Hansı ev bitkiləri havanı təmizləyir?

Gözəlliyi ilə insanı heyran edən ev bitkiləri,ev üçün həm dekorativ bəzək, həm də evin havasını təmizləyən önəmli bir atributdur.

Bu bitkilər, otağı çirkləndirən maddələrin konsentrasiyasını azaldır və hətta benzol, formaldeqid, toluol və ksilol kimi zərəli birləşmələrdən təmizləyə bilir. Ev bitkiləri həmçinin havada olan mikrobların sayını azaltma və rütubəti artırma gücünə malikdirlər.

NASA tədqiqatçıları və digər təşkilatlar, evin hər 10 m sahəsinə minimal olaraq 1 ev bitkisi saxlamağı tövsiyə edirlər. Pəncərə altında saxlanılan bitkilər nəinki havanın təmizlənməsini təmin edəcək, həmçinin baş ağrıları və sinir pozğunluqlarını aradan qaldıracaqlar.

Evinizin gözəlliyini, havanın mikroblardan təmizlənməsini, rütubətin artmasını və insan energetikasına xoş təsir bağışlanmasını təmin edən 6 ev bitkisi:

Xlorofitum
Bu gözəl bitki, havanı zərəli qatışıqlardan təmizləyir və formaldeqidləri udur. Həmçinin xlorofitum bakteresit (mikrobları öldürən) effektinə malikdir. Mütəxəssislər müəyyən ediblər ki, bu bitki 24 saat ərzində havanı mikroorqanizmlərdən təmamilə təmizləyir. Dibçəyə aktivləşdirilmiş kömür əlavə etdikdə isə təmizləyici xüsussiyyəti daha da artır.

Aloe 
Aloe, havanı formadegidlərdən təmizləyib, onda olan sadə mikrobları sayını azaldır. Gecə oksigen ifraz edib, karbon qazını udur. Aloe olan evdə insanlar az xəstələnir, xəstəlndikdə isə tez sağalırlar.
Ardı →

Parovoza baxanda | Rünoske Akutaqa

Uşaqlarımız çox vaxt özlərini parovoza bənzədirlər. Əlbəttə ki, bir yerdə dayanan parovoza yox. Fısıldaya-fısıldaya əl-qollarını tərpədib, sürətlə irəli gedən parovozu yamsılayırlar. Bunu təkcə mənim uşaqlarım etmirlər. Axı niyə onlar parovoza bənzəmək istəyirlər? Yəqin onda güc-qüvvə hiss eləyirlər. Ya istəyirlər ki, onlar da parovoz kimi coşqun həyat sürsünlər. Bu cür arzular yalnız uşaqlara xas deyil.

Ancaq böyüklərin parovozu – sözün həqiqi mənasında parovoz deyil. Doğrudu, sürətlə irəli getdiyinə, yolunun düzlüyünə görə parovoza oxşayır. Bu yol isə – ya pula aparır, ya şöhrətə, ya da qadına. Uşaq, ya böyük – fərqi yoxdu, biz sürətlə irəli getmək istəyilə alışıb yanırıq, ancaq elə bunu istəməyimiz azadlığın itirilməsi deməkdi. Bu, paradoks deyil. Bu, paradoksal həyat gerçəkliyidi. Ancaq qan yaddaşımızla hiss etdiyimiz saysız-hesabsız əcdadlarımız, müəyyən ölkənin müəyyən dövrdəki sosial şəraiti bu və ya başqa dərəcədə istəklərimizi tormozlayır. İntəhası, bu istəklər içimizdə hələ qədim zamanlardan kök salıb.

Hündür qum təpəsinin üstündə dayanıb, ora-bura qaçışan uşaqlara, yanımdan keçib-gedən parovozlara baxanda bu haqda düşünməyə bilmədim. Dayandığım qum təpəsinin qarşısında bir təpə də varıydı və onun üstündə artıq qurumağa başlamış əyri şabalıd ağacı bitmişdi. Bax o 32-71 parovozu isə Mussolinidi. Onun sürətlə getdiyi yol indi par-par parıldayır. Ancaq yada salsaq ki, qatarların getmədiyi istənilən yol axırda paslanır, onda yəqin Mussolininin də həyatı biz adi adamların həyatı kimi sona çatacaq. Bundan başqa…
Ardı →

Gözdəki qapı | Uells Tauer

Wells TowerSəfərdən axşam evə dönən qızım məni qorxutmağa niyyətliymiş sanki. Heç şorbamı bitirməmiş Şarlotta əlindəki sellofan paketə yığılmış bir yığın foto ilə mətbəxə girdi. Paket elə sarınmışdı ki, hətta sel fəlakəti də ona xətər toxundura bilməzdi. Görəsən bu şəkillərdə nə vardı ki, bunları bu cür qorumaq ehtiyacı doğmuşdu? Bunlar Şarlottanın evinin qarşısında sinəsindən güllə yarası alaraq ölən on səkkiz yaşlı oğlanın fotoları imiş.

— Görürsən, ata? Düz sinəsindən vurulubmuş. Görürsən, ağzının kənarından necə qan axır? Bu da onu göstərir ki, onu tapdığım zaman hələ təzəcə yaralanıbmış.

Soruşdum:

— Hə, nə olsun, axı? Ölüdür də. Mən onu tanıyırdım ki? Çevrədəki dəhşətlər azmış kimi, mən bir də niyə durub, bunlara baxmalıyammış?

Ancaq qızım hədsiz həyəcanlandığından bütün fotolara birbəbir baxmağa məcbur qaldım və ən nəhayət, hadisə yerinə gələn polislərin və “təcili yardım”ın Şarlottanın önünü kəsdiyi fotolara çatdım. Qızım qüssə ilə dedi:
Ardı →

Son nəfəs

İlk nəfəs harada başlayır: ruhlar aləmindəmi, ana bətnindəmi, yoxsa dünyaya ilk qədəm qoyandamı?
Necə olur ilk nəfəsin hərarəti? İnsan nələr hiss edir, nələr yaşayır? Yaşamağın ilk işarəsi, varlığın bəyanıdırmı o ilk nəfəs? Yəqin ki, bu sualların cavabını öyrənmək üçün ölmək lazımdır. Ölümü yaşamaq, o nəfəsin nə anlama gəldiyini anlamaq lazımdır.

Son nəfəs...
Heç bir zaman çətinlik çəkmədən aldığımız nəfəs bir gün ağırlaşır. İnsan ağır-ağır nəfəs almağa başlayır. Nəhayət ki, nəfəsin “qədrini” bilib, onu yersiz yerə tükətmək istəmir. Son nəfəs çox şirin olur. Ciyərlərinə qədər çəkmək istəyirsən. Amma nə isə sənə o nəfəsin dadını anlamağa mane olur. Nəfəsini xırıltı müşayət edir. Xırıltın yaşamağının isbatı olur…

Ətrafda baş verənlər iki aləmə ayrılır: bir sənin gördüklərin, bir ətrafındakıların. Onlar ümidlə sənin nəfəs almanı seyr edirlər. Hər nəfəsini güdürlər. Xırıltına diqqət kəsilirlər. Sənsə başqa şeylər hiss edirsən. Gözün halqasından çıxmış halda bir boşluğa dikilir. Sənin gördüklərini kimsə görmür. Sən uzaqlara, uzaq aləmlərə baxırsan. Gözündən pərdə qalxır və qeyb aləmindən kiçik bir pəncərə açılır.

Əzrayılla ilk görüşün baş tutur. Kimsənin qaça bilməyəcəyi bir görüşdür bu. Vaxtını Allah təyin edir. Görüşə ilk gələn Əzrayıl olur. Sənsə nəfəsini tükədə — tükədə, ayaqlarını sürüyə — sürüyə bu görüşə məcbur göndərilirsən. Bu məcburiyyət simanda əks səda verir. Gözü üzündə olan yaxınların uzun bir səfərə çıxacağını anlayır, sənin baxışlarını təqib edirlər. Baxdığın yerə baxırlar. Onların gördüyü sadəcə boş divar olur.

Sənin gördüyün böyük bir aləm. Bir neçə saat, bir neçə gün keçir. Sənin üçün böyük görünən bu zaman, yaxınların üçün anlıq olur. Bir anda nəfəsin tükənir. Daha bir cəhd edərək son nəfəsi alırsan. Onu uzun müddət içində saxlamaq istəsən də bacarmırsan. Və budur son nəfəs də səni tərk etdi. Onu bir dama göz yaşınla yola saldın…
Ardı →

Yaxşı dost

Xoşbəxtliyiniz üçün yaxşı bir dostunuzun olması vacib amillərdəndir. Yaxşı bir dost, dostunun nəyə ehtiyacı olduğunu daha o demədən bilir.
Nəyə görə dostlar həyatımızda bu qədər önəmli yer tutur? Bir çox tədqiqatçılar illərdir dostluğun faydaları haqqında araşdırmalar aparırlar.

Ardı →

İtlər haqda maraqlı faktlar

Siz ola bilsin düşünürsünüz ki, itinizlə bağlı hər şeyi bilirsiniz, lakin əmin ola bilərsiniz ki, hələ bilmədiyiniz çoxlu faktlar var. Aşağıdakı faktları çox güman ki, əvvəllər eşitməmisiniz.

1. Əslində itin quyruğunu bulaması heç də həmişə onun yaxşı əhvalda olması demək deyil. Faktiki olaraq bu tam tərsi də ola bilər. Bu onun kiməsə hücum edəcəyi mənasını da verə bilər.

2. Əgər siz İranda yaşayırsınızsa, qanun sizə iti ev heyvanı kimi saxlamağa icazə verməyəcək. Ov iti və ya gözətçi it saxlamaq isə sərbəstdir.
Ardı →

Dünyanın məşhur ölkələri haqda maraqlı faktlar

Norveç – çox bahalı ölkədir. Yerli supermarketlərdə 200 yevro ilə  mühüm bir şey almaq mümkün deyil. Burda xidmətlər (tikinti, taksi) hədsiz bahadır. Benzinin 1 litri 2 dollardır. Avtonəqliyyat vergiləri də kifayət qədər yüksəkdir. Buna baxmayaraq, Norveç neft məhsulları ixracına görə Avropada ikinci yeri tutur. Neft hasilatı ilə məşğul olan “Statoil” və “Shell” kimi nəhəng şirkətlər Norveç mənşəlidirlər. Demək olar ki, ölkənin bütün ərazisində yüksəksürətli internet mövcuddur. İqlim şəraiti və uzun məsafələr norveçliləri internetdə daha çox oturmağa vadar edir. Digər avropalılarla müqayisədə norveçliləri mini-oliqarx hesab etmək olar. Norveçdə orta əməkhaqqı 5-7 min yevrodur. Ona görə də norveçlilər üçün yerli qiymətlər normal olsa da gəlmələr üçün uyğun deyil.


Ardı →

“Qara Məxmər” şokoladlı mus

Fransız dilində mousse “köpük” deməkdir. Mus (mousse) şirniyyatına elə məhs köpüklü və yüngül olduğuna görə bu ad verilib. Bu mənim ən çox sevdiyim mus reseplərindən biridir. 

Resept Lori Longbothamın ”Luscious Chocolate Desserts” kitabından adaptə edilmişdir

Qeyd: Orijinal reseptdə bildirilir ki, bu mus üçün həm acı-şirin (bittersweet) həm yarı-şirin (semisweet) şokoladdan istifadə etmək olar. Acı-şirin şokoladdan istifadə edirsinizsə, onda reseptdə qeyd edilən şəkərin miqdarı musda gərəkən şirinliyi təmin edəcək.

Yox əgər yarı-şirin şokoladdan istifadə edirsinizsə, onda şəkərin miqdarını bir az azaldın və yaxud ondan heç istifadə etməyin. Bu qalıb sizin musu necə şirin xoşladığınıza.
Ardı →

Üzüm yarpağı

1. Plastmas butulkada üzüm yarpağı 
Bu üsul Azərbaycanda yayğındır. Cavan üzüm yarpaqları yığılır, üç-üç, beş-beş olmaq şərtilə üst-üstə düzülür, və boş plastmas butulkanın içinə salınır. Butulka dolduqca, çubuqla yarpaqların üstünə bastırılır ki, yeni yer açılsın. Buraya nə duz, nə də su vurulur. Butulka dolanda, qapağını sız bağlayıb, butulkanı sərin yeri qoyun. 1 il hətta 2 il belə sərin yerdə qala bilər. Yarpaqlar lazım olduğunda, butulkanı ortadan bıçaqla kəsib ikiyə bölün. Yarpaqları çıxardın. Dolma bişirin.
Ardı →

Şabalıdın təmizlənməsi

Şabalıdın qabığını soymaq üçün aşağıdaki 2 üsuldan birini istifadə edin.

Üsul 1: Şabalıdın yastı tərəfində iti bıçaqla X çərtin. Diqqətli olun, şabalıdın özünü zədələməyin. Bıçaq sadəcə şabalıdın qabığından keçməlıdir.

Ardı →