Mesopotamiya mədəniyyəti

Mesopotamiyanın ilk sakinləri təxminən b.e.ə. 40-cı minillikdə məskunlaşmışlar. İnsan qruplarının bir hissəsi mağaralarda yaşayaraq dağ keçisi və qoyunlarının ovu ilə məşğul olurdu. Yalnız b.e.ə. X minillik müəyyən dəyişikliklərlə müşayiət olunur – insanlar torpaqla işləməyə başlayaraq oturaq həyat tərzinə keçirlər. Bu həyat şəraiti onların özləri üçün komalar, çiy kərpicdən evlər inşa etməsinə imkan yaradır. Beləliklə, b.e.ə. VII minillikdə artıq Mesopotamiya ərazisində torpaqla məşğul olanlar məskunlaşmağa başlayır. Cəmiyyətin bundan sonrakı inkişafı sürətlə tərəqqiyə doğru irəliləyir.
B.e.ə. IV-III minillikdə ilk şəhər-dövlətlər yaranmağa başlayır: Ur, Uruk, Kiş, Laqaş, Nippur, Akkad belələrindəndir.
Şəhərlərin çoxu şumerlər tərəfindən qoyulduğu üçün həmin mədəniyyəti şumer mədəniyyəti kimi adlandırmaq qəbul edilmişdir. Şumerlərin irqi mənşəyi dəqiq məlum deyil. Aparılan arxeoloji qazıntılar zamanı tapılan kişi və qadın təsvirləri onların Aralıq dənizi və Qafqaz irqinə mənsub olması haqqında ehtimal irəli sürməyə əsas verir.


Ardı →

Kim daha xoşbəxtdir?

Zəka və bilik səviyyələri aşağı olan insanların biçarə, bədbəxt və depressiya vəziyyətində olma şansı ağıllılardan daha çoxdur.«Psychological Medicine» bildirir ki, London Kral Kolleci və «Adult Psychiatric Morbity Survey in England»ın birgə araşdırmaları zamanı alimlər bilik və zəka qabiliyyətinin insan həyatında daha az gəlir, yoxsulluq, müxtəlif problemlər, gündəlik yaşamda məşəqqətlər, başqalarının yardımlarına ehtiyac duymağa səbəb olur.Bütün bunları yaşayan insan, çətin ki, özünü bəxtəvər saysın.
Ardı →

Terner sindromu

Yəqin ki, hamınız cinsiyyətsiz — neytral insanların varlığı haqqında eşitmisiniz. Belə insanlar X xromosomunun çatışmazlığı və ya zəifliyi nəticəsində dünyaya göz açır. Söhbət X xromosomundan getdiyi üçün, bu xəstəlik qızların xəstəliyidir. Dünyada hər 2500-3000 qızdan biri bu xəstəliyin daşıyıcısıdır.
Ardı →

ÖZ SƏNƏT İDEYALARI İLƏ DÜNYANI HEYRAN QOYAN RƏŞAD ƏLƏKBƏROVUN ƏSƏRLƏRİ

Azərbaycanlı rəssam Rəşad Ələkbərov ötən il öz yaradıcı ideyaları ilə Londonu və incəsənət  həvəskarlarını heyran qoymuşdu. O, müxtəlif əşyaların üzərində işıq və kölgənin köməyi ilə möhtəşəm sənət əsərləri yaradır.
Rəssamın sözlərinə görə, hər bir işində həyatından bir parçası əks olunur. Rəşad Ələkbərova məşhurluq gətirən isə  «Bakıya uçuş» layihəsi olub.
 
Davamı →

KÖHNƏ JURNALLARDAN YENİ SƏNƏT ƏSƏRLƏRİ

Şotlandiyalı heykəltaraş Devid Mak orijinal abidələri və installasiyaları ilə tanınır. O, müxtəlif materiallar və fərqli texnika ilə işləyir.
Devidin sonuncu layihəsi isə köhnə jurnallarla bağlı olub. O, bu nəşriyyat materiallarından nəhəng sütunlar və kiçik heykəlcikdən təyyarəyə kimi real obyektləri qoynuna alan dəhşətli dalğalar yaradıb.
Davamı →

RORAYMA - SİRLİ VƏ MÖHTƏŞƏM DAĞ

Rorayma dağı Venesuela, Braziliya və Qviananın qovşağında yerləşir. Hündürlüyü 400 m olan bu dağın hər tərəfi sıldırım qayanı xatırladır. Ekspedisiyada olarkən qeyri-adi dağı yaxından görən Artur Konan Doyl bu məkandan ilham alaraq “The lost world” (Itirilmiş dünya) romanını yazmışdır.

Maraqlıdır ki, Rorayma üzərində hər zaman iri bulud müşahidə edilir.


Ardı →

Daun sindromu

Normal halda insanların bədən hüceyrələrinin hər birində 46, cinsi hüceyrələrində isə 23 xromosom olur. Cinsi hüceyrələr birləşərkən yeni orqanizmin 46 sayda olmaqla xromosom dəstini əmələ gətirirlər.Bəzi hallarda yeni orqanizmin xromosom dəstinin sayında dəyişiklik (normal saya nisbətən azalma, artma, xromosomların fraqmentlərinin itirilməsi və s.) baş verir. Statistik məlumatlara əsasən xromosom saylarının anomaliyası olan belə ruşeyimlərin 60%-i doğuşa qədər məhv olurlar. Belə xromosom dəsti ilə doğulanlarda isə əksər hallarda müxtəlif inkişaf qüsurları, zehni zəiflik və s. çatışmazlıqlar təsadüf edilir.


Ardı →

Uşaq yuxusu

Yuxu (xüsusən gecə yuxusu) uşaq üçün çox vacib hesab olunur. Məhz gecə saatlarında uşağın immun sisteminin mükəmməlləşməsi baş verir. Gecənarahat yatan və ağlayan uşaqların immun sistemi rahat yatan uşaqlara nisbətən daha ləng şəkildə formalaşır. Məhz buna görə ana, uşağın gecə saatlarında normal vaxt ərzində rahat yatmasını təmin etmək üçün bütün mümkün vasitələrdən istifadə etməlidir.Əgər uşağın 5 yaşınadək, onun gecə yuxusu ilə müəyyən problemləri qalmış olarsa, bu o deməkdir ki, yaşa dolduqca onda yuxusuzluğun olması ehtimalı daha çox olur. Bu isə, əlbəttə ki, onun immunitetinin zəifləməsi, sinir və digər sistemlərinin fəaliyyətində müxtəlif problemlərin yaranması ilə nəticələnə bilər.

Somnoloqlar (yuxu üzrə mütəxəssislər) təsdiq edirlər ki, valideynlər uşağı yatmağa öyrətməlidirlər. Bəs bunu necə etməli?


Ardı →