Tamm İqor

Görkəmli Sovet nəzəriyyəçi fizi­ki, akademik İ.Y.Tamm 1895-ci ildə Vladivostokda mühəndis ailəsində anadan olub. Onun uşaqlıq və gimnaziya illəri Ukraynanın Yelizaveta şəhərində keçib.
1913-cü ildə Tamm Şotlandiyanın Edinburq universitetinə daxil olur. Lakin 1914-cü ildən 1918-ci ilə kimi Moskva universitetinin fizika-riyaziyyat fakültəsində oxuyub. Universiteti bitirdikdən sonra Tamm uzun müddət Krım uni­versitetində, Odessa Politexnik institutunda və Moskvanın ali məktəblərində müəllim vəzifəsindən professorluğa qədər yüksəlmiş, nəzəri fizika kafedrasının müdiri işləmişdir.
Tamm öz tədqiqat işlərinə L.İ.Mandelştamm rəhbərliyi ilə başlamış və onun elektrodinamikaya həsr edilmiş birinci işi 1924-cü ildə nəşr olunub.
1934-cü ildən Tamm P.N.Lebedev adına fizika institutunun nəzəri fizika kafedrasına rəhbərlik edib.
Onun elmi işləri nəzəri fizikanın müxtəlif sahələrinə aiddir. Bu sahələr kvant mexanikası, bərk cisimlər fizikası, fiziki optika, nüvə fizikası, tətbiqi fizika, klassik elektrodinamika, şüalanma nəzəriyyəsi, elementar zərrəciklərin qarşılıqlı çevrilməsi sahələridir.


Ardı →

Bronxial astma xəstəliyi

Bronxial astma – tənəffüs sisteminin xroniki infeksion-allergik mənşəli xəstəliyidir. Xəstəlik zamanı tənəffüs sistemi selikli qişasının müxtəlif qıcıqlara qarşı həssaslığı yüksəlir. Bronxial astma xəstəliyinin əsas kliniki əlamətləri bronxial keçiriciliyin pozulmasıı ilə müşahidə olunan tutma şəkilli təngnəfəslik, öskürək və xırıltıdan ibarətdir.
Bronxial astma tutması qısa və uzun müddətli ola bilər. Xəstəliyin ilkin inkişaf mərhələlərində baş verən tutmalar qısa müddətli olub, öz-özünə keçir, insan hər hansı bir xəstəliyin olmasından şübhə etmir. Vaxt keçdikcə, xəstəlik daha da irəliləyir, tutmaların baş vermə tezliyi, müddəti və xarakteri dəyişilir.


Davamı →

Qızıl istehsal edən bakteriyalar

ABŞ-dakı Miçiqan Universitetinin mikrobiologiya və molekulyar genetika fakültəsinin əməkdaşı, professor Kazım Kaşefi ilə elektronika fakültəsinin professoru Adam Braun hazırladıqları kompakt laboratoriyada «Cupriavidus metallidurans» adlı bakteriya ilə təbiətdə olan zəhərli kimyəvi turşu, heç bir maddi dəyəri olmayan qızıl xloridini bir araya gətirərək qarışdırıblar.
Ardı →

BALQABAQ TUMU BİRİNCİ YER TUTDU

Britaniya alimləri sübut ediblər ki, insanın qidalandığı bütün məhsullar onun xarici görünüşünə güclü təsir göstərir.“Gözəlləşdirən məhsullar” siyahısında birinci yeri balqabaq tumu tutur. Sinklə zəngin olan bu tumlar dəridə sızanaqların qarşısını alır.
Vəzəri sifətin dərisini təravətləndirir. O, dərinin sağlam və parlaq görünməsinə kömək edir. Vəzərinin tərkibindəki dəmir dərini təravətləndirir, antioksidantlar isə iltihabı aradan qaldırır. Bundan əlavə, vəzəri DNT-nin zədələnməsinin qarşısını alır.
Alimlər göz xəstəliklərinin profilaktikası üçün ispanaq yeməyi məsləhət görürlər. Tərkibində çoxlu lütein olan ispanaq zülalların təbii rəngini bərpa edir və yorğunluğu aradan götürür. Ağappaq dişlərə malik olmaq istəyənlər çoxlu alma yeməlidirlər. Gündə bir alma yeməklə diş həkiminə tez-tez getməkdən canınızı qurtara bilərsiniz. Alma diş fırçası kimi, diş minasını ləkələrdən təmizləyir.
Alimlər saçları möhkəmləndirmək üçün yetərincə yaşıl paxla yeməyi tövsiyə edirlər. Onun tərkibindəki silisium turşusu saçların sağlam və parlaq olmasına kömək edəcəkdir.
Kətan toxumu da çox faydalıdır. Mütəxəssislər onu salata, xəmirə, yoqurta əlavə etməyi məsləhət görürlər. Cavan qalmaq üçün C vitamini ilə zəngin kivini də unutmaq olmaz. Bu vitamin qocalma prosesini ləngidən kollagen istehsalını stimullaşdırır.
 
Davamı →

SİM KARTLI FOTOAPARATLAR GƏLİR

Artıq fotoaparatladan telefon kimi istifadə olunacaq. Dünyanın ən çox fotoaparat satan firmaları «Canon», «Nikon» və «Olympus» yalnız fotoaparat istehsalçısı deyil. Bazarlarını «Nokia» və «Samsung» kimi telefon istehsalçılarına qapdırmamaq üçün paylaşma xüsusiyyəti olan fotoaparat hazırlayırlar.


Ardı →

Boyu müəyyən edən gen

Harvard və Oxford universitetlərinin əməkdaşlığı ilə aparılan tədqiqatlar nəticəsində insanlarda boyu müəyyən edən gen aşkar edilib. 35 min insanın DNT — ni nəzərdən keçirən alimlər bəzi insanların digərlərindən daha uzun olmasının səbəbini genetik şifrələrdə olan dəyişiklikdə görürlər.
Ardı →

Energetik içkilər

Energetik içkilərin dişləri zədələməsi ilə bağlı iddialar səsləndirilməyə başlayıb. RİA «Novosti» agentliyinin verdiyi məlumata görə, energetik içkilərdə turşuluğun miqdarı çox yüksəkdir. Turşuluğun isə dişlərin mina təbəqəsini zəiflətdiyi deyilir. Energetik içkiləri qəbul edən şəxslərdə dişin mina təbəqəsində eroziyanın yaranması üçün bəzən 5 gün də kifayət edir.
Ardı →

Osmanli dövləti

Osmanlı dövlətinin yaradılması. Osmanlı imperatorluğunun qurucusu oğuzların qayı boyundan olan Osman bəy idi. Çingiz xanın Mərkəzi Asiyaya yürüşü ilə əlaqədar 70 min nəfərə yaxın oğuz türkü Anadoluya köçmüşdü. Təxminən 400 çadırdan ibarət qəbilənin başında Gündüz Alp dururdu. Qayı sərkərdəsi Ərtoğrul qəbiləsi ilə birlikdə Əhlət yaxınlığında məskunlaşmışdılar. Ərtorğrul 1231-ci ildəqayı tayfasını Ankara sərhədlərinə gətirmiş və səlcuq sultanından Söydlü qəsəbəsini və Domançı yaylağını iqta olaraq almışdı. Bunun müqabilində qayılar Bizansla olan sərhədləri qorumalı idilər.

Söyüddə yaşayan qayılar ətrafdakı Bizans hakimlərini özlərindən asılı vəziyyətə salaraq, onları xərac verməyə məcbur etdilər. Ərtoğrul bəy 1289-cu ildəvəfat etdikdən sonra, oğlu Osman bəy qayıların başçısı oldu. Əmisi Dündar bəy ona qarşı çıxsa da, Osman Qazi qalib gəldi və öz sərhədlərini genişləndirməyə başladı.Əskişəhər-İraq yolunu ələ keçirməklə osmanlılar Konya sultanlığının varlığına son qoydular və 1299-cu ildə öz dövlətlərini yaratdılar.


Ardı →