Vətən qorudun sənindir… “Cabir Novruz”

Vətən qorudun sənindir,
Qorumadın özgənindir,
Qorumadın, yağınındır,
Qorumadın axırındır…

Vətən qorudun sənindir,
O, bayraq tutan əlindir,

Basılmaz qalan, dağındır,
Qorumadın göz dağındır…

Vətən qorudun sənindir,
Yoxsa gədə-güdənindir,
Yoxsa başsız sürünündür,
Bir ovuc sağ ölünündür…

Vətən qorudun sənindir,
Allahın, peyğəmbərindir,
Anan, qardaşın, balandır,
O, indi talan-talandır…

Vətən qorudun sənindir,
O tay-bu taylı ünündür,
İki ağlayan gözündür,
Dərbəndindir, Təbrizindir…

Vətən qorudun sənindir,
Qorumadın kəfənindir,
Qorumadın qübarındır,
Murdarlanmış məzarındır…

 


Davamı →

BİR DƏ BAXSAN MƏNƏ

Baxışın qəlbimi incitmişdir;
Bu baxışdan, bu duruşdan əl çək.
Bir də baxsan mənə, iş bitmişdir;
Bir də baxsan mənə, fikrim dönəcək.
Yenidən uyğusu qaçmış gecələr,
Sevgilər, fırtınalar başlanacaq.
Ayrılıqlar, qarışıq bilməcələr...
Yanacaq sıtmalı ruhum, yanacaq!

Bu baxışdan, bu duruşdan əl çək!
Yoxsa könlümdəki qızğın şimşək
Üstünə od sovurar hər yerdən.

Orda dur, burda dayan, hey bəklə,
Səni tale günəşim güdməklə
Keçməsin qorxulu vadilərdən.

Davamı →

İctimai inkişafın Marks konsepsiyası

Hazırda ictimai inkişafın ən çox yayılmış konsepsiyası Marks və Engels tərəfindən irəli sürülmüş konsepsiyadır. Həmin konsepsiyanın inkişafında sovet ictimaiyyətşünasları– filosofları, tarixçiləri, iqtisadçıları, sosioloqları mühüm rol oynamışdır. Marksizm cəmiyyət haqqında elmi tarixi materializm adlandırmışdır.
Tarixi materializmin əsas müddəaları K.Marks və F.Engels tərəfindən XIX əsrin 40– cı illərindən başlayaraq «1844– cü il iqtisadi– fəlsəfi əlyazmaları», «Müqəddəs ailə», «Alman ideologiyası» kimi əsərlərində, xüsusilədə ən mükəmməl şəkildə «Fəlsəfə yoxsulluğu»nda və «Kommunist Partiyasının manifesti»ndə ifadə edilmişdi.


Ardı →

Hafizə

1.            Hafizə haqqında anlayış.
2.            Hafizə növləri və tipləri.
3.            Hafizə prosesləri və mnemotexniki üsullar.

1-ci sual. Hafizə şəxsiyyətin psixi həyatının əsasıdır. Odur ki, insan hafizəsinin qanunlarının öyrənilməsi psixoloji elmlərin çox mühüm bölmələrindən biridir. Məlumdur ki, bizim hər bir hissimiz, yaşantılarımız, hərəkətlərimiz müəyyən izlər qoyurlar ki, bu uzun müddət saxlanılır, müvafiq şəraitdə yenidən təzahür edir və şüurun predmeti olur. Ona görə də hafizə dedikdə, keçmiş təcrübənin nəqşləndirilməsi, yadda saxlanması və yada salınması başa düşülür. Bu insana imkan verir ki, informasiya toplasın, keçmiş təcrübənin izləri ilə bu təcrübəni doğuran hadisə yox olduqda da iş aparıla bilsin. Hafizə hadisələri eyni dərəcədə emosional sahəyə və qavrayış sahəsinə, hərəki proseslərin və intellektual təcrübənin möhləmləndirilməsinə də aiddir.


Ardı →

Nəbzsiz insan

Çexiyalı kişi tibb tarixinə adını yazdırıb. Buna səbəb isə onun nəbzi olmadan yaşamasıdır. Türkiyə mətbuatının verdiyi məlumata görə, Çexiyanın paytaxtı Praqada yanğınsöndürən olan 37 yaşlı Jakub Halik dünyada nəbzi olmadan 6 ay yaşayan yeganə insandır.
Ardı →

"Kendi" qayıdış əvəzliyi

«Kendi» əvəzliyi Azərbaycan dilindəki "öz" əvəzliyinin ifadə etdiyi mənalarda işlənir:
  • kendi elim — öz əlim
  • kendi evi — öz evi
  • kendi kitabımız — öz kitabımız
  • kendi kardeşiniz — öz qardaşınız

Davamı →

Toxunma qablar

Avstraliya aborigenləri pandan palmasından torbalar və çantalar toxuyurlar. Bunlar bəzən elə sıx toxunur ki, hətta suyu da buraxmır. Toxunma kisələr məişətdə ərzaq məhsullarını və başqa əşyaları saxlamaq və daşımaq üçün istifadə edilir. Məsələn, iri kisələrə 12-15 kiloqram yams yığmaq mümkündür.
Sadə tutumlar sayılan səbətlərin yaradılması insanın ilk məişət müvəffəqiyyətlərindən idi. Bu Daş dövrünə aiddir. Tutumlar bitki      budaqlarından, yarpaqlarından, qabıqlarından toxunurdu. İbtidai insan təbiətdə heyvan kimi qida axtarıb yeməkdən yeni tipli qida əldə etmə dövrünə, yəni yığıcılıq dövrünə keçərkən toxunma səbətlər yaranırdı.


Ardı →

27.Klassik dixotomiya və pulların neytrallığı

THE CLASSICAL DICHOTOMY AND MONETARY NEUTRALITY
Biz pul təklifinin dəyişməsinin əmtəə və xidmətlərin qiymətinin orta səviyyəsinə necə təsir göstərdiyi ilə tanış olduq. Bəs pul-kredit sistemindəki dəyişikliklər istehsalat, məşğulluq, real əməkhaqqı və faiz dərəcəsi kimi başqa makroiqtisadi dəyişənlərə necə təsir göstərir? Bu sual iqtisadçıları çoxdan maraqlandırır. XIX əsrdə bu problemin tədqiqatı ilə görkəmli filosof Devid Yum məşğul olurdu. Bizim kitabda verəcəyimiz cavab, əsasən, onun tədqiqatlarının nəticələrinə əsaslanır. D.Yum və onun müasirləri bütün iqtisadi dəyişənləri iki qrupa bölmək təklifini irəli sürmüşlər. Birinci qrupu nominal dəyişənlər, yəni pul vahidləri ilə ölçülən kəmiyyətlər, ikinci qrupu isə real dəyişənlər – fiziki vahidlərlə ölçülən kə­miyyətlər təşkil edir.


Ardı →

Müsəlman təbiblər

Müsəlman alimləri bir çox ixtira və kəşfləri ilə avropalıları əsrlərlə qabaqlamışlar. Avropada cəhalətlə öyünüldüyü, elmlə düşmənçilik edildiyi, elm adamlarının öldürülüb yandırıldığı inkvizasiya dövrlərində müsəlman alimlər tərəfindən həyata keçirilmiş bəzi elmi axtarış və kəşflər diqqətəlayiqdir.İlk kağız fabriki 794-cü ildə Bağdadda Harun ər-Rəşidin vəzirinin oğlu İbn Fəzl tərəfindən qurulmuşdur. Belə bir fabrik 800-cü ildə Misirdə, 950-ci ildə isə Əndəlüsdə (İspaniya) inşa edildi. Avropada isə yalnız uzun illər sonra belə bir fabrik açıldı. 1100-cı ildə Bizansda, 1102-ci ildə Siciliyada, 1228-ci ildə Almaniyada, 1309-cu ildə isə İngiltərədə ilk kağız fabrikləri fəaliyyətə başladı. Məlum olduğu kimi kağız kitab üçün xammaldır. İslam dünyasında kağız fabriklərinin qurulması elmin sürətlə yayılmasını göstərir.

Ardı →

Yenidoğulmuşların sarılığı

Həyatının 2-ci və ya 3-cü günündə əksər körpələrdə dəri örtüyünün saralması müşahidə edilir. Bu hal körpənin qara ciyərinin funksional qeyri-yetkinliyindən irəli gəlir.Bu sarılıq fizioloji bir haldır və 1-2 həftədən sonra tamamilə keçib getməlidir. Əks halda həkim müalicə təyin edir.


Ardı →