İELTS-ə hazırlaşarkən bunları bilməlisiniz

1. Dinləmə (listening) bölməsində bəzi suallar üçün “2-dən və ya 3-dən artıq söz yazılmamalıdır” şərti varsa və cavabda müvafiq olaraq, 3 və ya 4 söz yazılırsa, cavab yanlış hesab olunur.

2. Yazılı tapşırıqların həcmi vacibdir, məsələn, esse üçün şərt maksimum 250, sxem/diaqramlar üçün isə 150 sözdürsə və hesablama zamanı sözlərin sayı göstərilən şərtdən az olarsa, bu, balı aşağı salır.

3. Essenin uzun olması heç də onun yaxşı qiymət alacağına zəmanət vermir. İELTS barəsində yanlış miflərdən biri də məhz budur. Essenin uzun yazılması səhvlərin də çox olmasına gətirib çıxara bilər.

4. Mövzudan kənara çıxmaq yolverilməzdir. Məsələn, bəzən tələbələr mövzunu başa düşməyəndə (xüsusilə yazı bölməsində) yeganə çıxış yolunu mövzunu dəyişməkdə görürlər. Dəyişdirmiş olduğunuz mövzuda nə qədər gözəl iş təqdim etmənizə baxmayaraq, yanlış mövzu ətrafında yazdığınız üçün sıfır bal ala bilərsiniz.
Ardı →

Maraqlilar

Nə üçün əsnəyirik?
Əslində əsnəmənin fiziolojik səbəbi hələ də bilinmir. Əvvəllər insanın yorğun olduğu zamanlarda qandakı oksigen miqdarını artırmaq üçün bədənin aldığı nəfəs sistemi olaraq fikirləşilən əsnəmək, sonradan nəfəs almağın əsnəməyə elə də güclü təsiri olmadığı ortaya çıxıb.
Sadəcə insanlar deyil, bir çox heyvanlar da əsnəyirlər. Ancaq aparılan araşdırmalarda daha çox diqqət çəkən bir hadisədə əsnədikləri halda, insanların isə diqqət yayındıqda və ətrafdakı reaksiyalara cavab verməyəndə əsnədikləri bəlli olub.
Əsnəmək də gülmək kimi bulaşıcıdır. Qarşındakı insan əsnəyəndə o biri insan da bundan təsirlənməyə başlayır. Yemək yeyən insanı görəndə acmaq kimi birşeydir. Qədimdə insanlar odun ətrafında yığışaraq kollektiv şəkildə oturaraq, əsnəyərək bütün dişlərini göstərirdilər. Bu artıq gecənin başladığını və səhərə kimi tərpənməmək lazım olduğu demək idi. Qrupun digər adamları isə bunu təkrarlayaraq qəbul etdikləri cavabını verirdilər.
Davamı →

Moskva göz yaşlarına inanmır

  • Kino
– Mən səni nə qədər çox gözləmişəm? Москва слезам не верит
– 3 gün.
– Mən səni nə qədər çox gözləmişəm…
Əlbəttə ki, onun kimi kişini hər bir qadın bütün ömrü boyu gözləməyə hazırdır, təki o gəlsin. Ancaq gəlirmi? Onun kimi kişilər necə deyərlər, “göydən tökülmür”. Məncə, elə göydən tökülür axı, sadəcə çox az-az tökülür və ya ümumiyyətlə, tökülmür. Gözlə ki, gözləyəsən…

Qadını hansı kişi xoşbəxt edə bilər? O necə görünür, hündürboydur, sarışındır, imkanlıdır? Gəlin, çox axtarmayaq. Bütün bu sualların cavabını 1979-cu ildə “Moskva göz yaşlarına inanmır” filmini çəkən Vladimir Menşov verir. O nəinki sovet qadınlarına, hətta bütün dünyadakı qadınlara necə bir kişi ilə xoşbəxt ola biləcəklərini göstərir. Bu, Qoşa idi. Onu, həmçinin, Qoqa, Yura, Jora da adlandıra bilərsiniz, adın önəmi yoxdur. Önəmli olan onun kişi xasiyyətli olması və özünə, ətrafına, sevdiyi qadına hörmətlə yanaşmağı bacarmasıdır.

Əslində, bu obrazı yaratmaq üçün qadın psixologiyasına dərindən bələd olmaq lazım idi. Qadının nə istədiyini, ona necə yanaşmağı bilmək lazım idi. Menşov, görünür, bunu çox gözəl bilirdi. Məlumdur ki, rejissor özü bir ata, bir həyat yoldaşı kimi idealdır. Odur ki, “Qoşa” obrazını yaratmaq onun üçün heç bir çətinlik törətmir. Qoşa xarakterinə qayıdacağıq, hələlik isə sovet filmləri arasında öz xüsusi yeri olan “Moskva göz yaşlarına inanmır” haqda ətraflı söhbət edək. Vladimir Menşov filmi çəkərkən heç kim onun uğur qazanacağına inanmırdı. Onu filmin süjetinin primitiv olmasında təqsirləndirirdilər: “Bu çox adi, banal bir hekayədir”…
Ardı →

Beyninizi “oyadın”

Tapmaca və çətin tapşırıqlar həll edin.

Özünüzdə ambidekstriyanı (həm sağ əl, həm də sol əldən aktiv şəkildə istifadə etmək bacarığı) inkişaf etdirin. Çalışın dişlərinizi yuyanda, saçlarınızı darayanda, kompüterlə işləyərkən sol əlinizdən istifadə edin. Əgər solaxaysınızsa sağ əlinizdən istifadə edin.

Qeyri-müəyyən, sirli məsələlər üzərində çox düşünməyə çalışın. Paradokslardan zövq almağı bacarın.

İntellekt-kartları həll etməyə çalışın.

Bir müddətlik bəzi hissiyatlarınızı “blok” edin. Məsələn, əllərinizi bağlayaraq yemək yeyin, müəyyən müddətə qulaqlarınıza pambıq tıxayın, gözü bağlı şəkildə duş qəbul edin.

Hər hansısa əşyanı başqa hansı məqsədlər üçün istifadə etməyin mümkün olduğu üzərində düşünün.
Ardı →

Adi sevinclər

Həyat təfərrüatlardan ibarətdir. Sevincli anlar hər gün baş verir. Yəqin ki, bu xırda anlardan zövq almaq bacarığı bizə xoşbəxtlik hissini bəxş edir.
Sadəcə bir an dayanın və ətrafınıza nəzər yetirin. 
Biz sizə bu məqalədə sevinə biləcəyimiz xırda anları təqdim edirik. Lakin unutmayın ki, ətrafımızda minlərlə belə xırda anlar baş verir.

Təmiz mələfələri olan yataqda yatmaq.

Üç dəfə və daha çox səbr gətirmək.

Ayaqlarınızı suya salmaq.

Sizin çox sevdiyiniz bir kitabda bir neçə daha oxunmamış səhifənin olduğunu aşkarlamaq.

Ayağınız sürüşür, lakin siz yıxılmırsınız.

Barmaqlarının arasında qum dənəciklərini hiss etmək.
Ardı →

Ayşvariya Ray

Hindistanlı aktrisa Ayşvariya Ray hamının ürəyində taxt quran gözəllərdəndir. Azərbaycanda belə bir çox maşınları, avtobusları bəzəyən fotoları əldən ələ keçərək evlərdə yerini tapıb. O, “Bollivud”un ilk aktrisasıdır ki, Hollivudda da təqdir qazanmışdı. Pakistanın Baş Naziri Yusuf Reza Gilani belə, avtobioqrafik romanında qeyd etmişdi ki, altı il həbsdə olarkən Ayşvariya ilə nəfəs alıb.

Hindistanlı Krişnaray və Vrinda Rayın gözəl qızları 1 noyabr 1973-cü ildə dünyaya gəlib. Bu sevimli cütlük bir-birinə pərəstiş edirdi. Övladları da bu sevgidə üzürdü. Oğlanları Aditya və qızları Ayşvariya xoşbəxt ailədə böyüdülər. Ayşvariyanın atası hərbçi olduğu üçün ailə tez-tez müxtəlif yerlərə köçməli olurdu. Son dəfə onlar qızlarının 3 yaşı olanda Mumbaya köçdülər və həmişəlik orada qaldılar. Aktrisa uşaqlığı barədə həmişə xoş danışıb. Yadına salır ki, uşaq olarkən yaşıdlarından qaçırmış, adətən böyüklərlə otururmuş. Valideynləri isə qızlarının arzuları ilə oturub-dururdular. Onlar Avropa ruhunu sevirdilər və övladlarını da bu ruhda böyüdürdülər.


Ardı →

ALLAH heç kimi ATAsız, ANAsız qoymasın!

— Ata biz buya niye cəliriy tez-tez?
+ Mamanı görmək üçün..
— Bəs mama hanı,yoxdu axı ((
+ O bizi görür
— Bəs mən niyə cöymüyəm?
+ Böyüyəndə görəcəksən ((
— indi cözləyim bayacadı,böyüyəndə böyüyəcək həə?)))
+ :)) həə oğlum həə ((
— Bəs sən onuynan danışıysan?
+ həə danışıram…
— nə deyiyçi sənə?))
+ deyirki dünyanın ən şirin balası sənsən
— Bəs sən niyə ağyıyıysanki? ağyamada (( kişi ağyamaz ((
+ :)) ağlamıram balaca))
— Mamam qəşəngdi həə?
+ Dünya gözəliydi))
— Bəs haydadıyee? Məndə cörməy istiyiyəm Mamanı(( Sən hayda cöymüsən,mənidə apay məndə baxımda mamaya(((
+ Ən son burda görmüşəm..
— Neyniyirdiçi,çimiydi?
+ Aha..O dənizdə üzə-üzə bizə əl eliyirdi,məndə sahildə sənə gəzməyi öyrədirdim
— Sonya noydu?
+ Sonra mama dediki mən gedirəm,oğlum böyüyəndə gələcəm…
— Onda Allaha diyəcəmçi məni tez böyütsün :))
+ ay səni şeytaaaaaan

Davamı →

Heyvanlarla danışmaq mümkün olacaq


Heyvanların davranışı öyrənən sahənin aparıcı mütəxəssisi professor Kon Slobodçikov 5-10 il sonra vəhşi və ev heyvanlarının dilini anlamağa imkan verən qurğu yaradır. Alimin sözlərinə görə, gün gələcək, biz heyvanlarla mobil telofon ölçüsündə olan qurğu vasitəsilə ünsiyyət qura biləcəyik.


Ardı →