İtaliyanın milli sərvəti “Ferrari” avtomobilləri

İtaliyanın milli sərvəti hesab edilən “Ferrari” avtomobilləri İtaliyanın şimalında yerləşən Maranello şəhərində böyük bir zavodda istehsal edilib yığılır. Sözü gedən zavod Ferrarinin tam imicinə uyğundur. Belə ki, həmin zavod təxminən 5 futbol stadionu ölçüsündədir, həmçinin zavodun özünün 3 kmuzunluqda sınaq trassı vardır. Zavod hərbiləşdirilmiş təhlükəsizlik xidməti tərəfindən mühafizə edilir.


Ardı →

Ərzaqlardan sənət əsəri

İngilis fotoqraf Carl Warner ərzaq dekorasiyası sənətini yeni səviyyəyə qaldırır. O, real və mürəkkəb səhnələr yaratmaq üçün müxtəlif ərzaqlardan istifadə edir. Çörək yığıntılarından kələ-kötür dağlar, xiyardan ağac gövdələri, kələmdən, göyərtidən yarpaqlar hazırlayır.

Warner və onun komandası kulinariya elementlərini parça-parça, dəqiqliklə quraşdırmaqla Tac Mahal və Çin Səddi kimi məşhur memarlıq strukturları, qondola sürücülərindən kovboylara qədər insan fiqurları və London Skyline və böyük səhralar kimi gözəl mənzərələrin maketlərini yaratmışdır. 

Ardı →

Həyatımın son günü olsaydı...

Bir dəfə Stiv Cobs universitetdə məruzə ilə çıxış edirdi. Onun gələcək həyat yoldaşı da auditoriyada əyləşmişdi. Xanım Stivin xoşuna gəlir və məruzədən sonra Stiv ona yaxınlaşır. Qız öz nömrəsini Stivə verir. Elə həmin gün Stiv onu nahar yeməyinə dəvət edir. Amma xanım bildirir ki, onun həmin vaxta planlaşdırılmış işgüzar görüşü vardır. Həyatda belə də olur. Öz maşına doğru istiqamət alan Stiv özündən soruşur:

“Əgər bu, həyatımın son günü olsaydı, onda mən nə edərdim?”

Bundan sonra onun nə etdiyini təxmin etmək çətin deyil: o bir göz qırpımında auditoriyaya qayıdır, həmin qızı tapır və onu özü ilə aparır. Həmin dövrdən onlar birlikdə idilər.

Ölümlü olduğunu anlamaq – böyük müdriklik mənbəyidir. Qaçılmaz bir sonluğun olduğunu dərk etmək – əla bir praktikadır, bu özündə ehtiras oyatmağın, riskə getməyin və həyat adlandırdığımız oyuna baş vurmağın əla üsullarından biridir. Özünə ünvanlanmış bu sual bizə diqqətimizi ən vacib olanlar üzərində cəmləməyə kömək edir. Nə qədər ki, gec deyil.
Davamı →

Yeni ideyalar

Peşəkar inkişaf prosesində bütün yaradıcı insanlar bəzi eyni mərhələlərdən keçir. Əvvəlcə siz həvəskar kimi yalnız ilham sizi yaxalaynda yaradıcılıqla məşğul olursunuz. Sonra, ətrafınızdakıların ümid yerinə çevrilir, ilk sifarişlərinizi qəbul edir və gözləntiləri doğrultmağa çalışırsınız. Sonda isə peşəkara çevrilirsiniz. Yaradıcılıq artıq sizin işinizdir və siz “şıltaq muzanızdan” asılı olmayaraq həmişə yüksək səviyyəli xidmətin təminatçısı kimi çıxış etməlisiniz.

Bir sətir belə yaza bilməyəndə və yaradıcılıq potensialınızın bitdiyini düşünəndə nə etmək olar? 
Birincisi ümidsizliyə qapılmayın və heç vaxt muzanızı “həvəsləndirmək üçün” qadağan olunmuş stimulyatorlardan istifadə etməyin. Əvəzinə isə bu məqalədə təklif olunan yoxlanmış vasitələrdən birini sınayın.

1. Sadəcə əyləşin və istirahət edin
 Heç bir şey etməyin. Gözlərinizi yumub beyninizdə olan bütün fikirləri özünüzdən uzaqlaşdırın. Məkan və zaman anlayışını unudun. Elə bu vaxt beyninizin dərin künclərində gizlinən ideya özü işıq üzünə çıxacaq.

2. Yeni müştərilərlə işləməyə başlayın
 Daimi müştərilərin olması bir baxımından yaxşdır, amma bu yaradıcılıq durğunluğuna səbəb ola bilər. Tamamilə yeni tapşırıq və tələbləri olan yeni müştərilər isə sizin peşəkar bacarıqlarınızı genişləndirməklə yanaşı kreativliyinizi də oyada bilər.

3. Rəy bildirin
 Yəqin ki ixtisasınızla bağlı ən yaxşı bloq və forumlara abunəsiniz. Bəzən sadəcə onları oxyub keçmək kifayət deyil, maraqlı olan məqalələrə rəy də bildirmək lazımdır. Öz sahəsində əsl peşəkar olanlarla fikir mübadiləsi apamaq yeni ideyaların yaranmasına səbəb ola bilər.
Ardı →

Ziqmund Freydin testi

Bu testin əsas qaydası odur ki, siz hiss etdiyiniz və ağlınıza ilk gələni yazmalısınız. Əgər müxtəlif suallara sizin eyni cavabınız varsa, eybi yox. Hər şeyi birdən oxumayın! Sualları növbə ilə oxuyun.

Əgər qarşınızda qələm və vərəq varsa, başlaya bilərik.

1. Sən dənizə baxırsan.
(sənin ilk təəssuratın, gözlərini bağlaya bilərsən…)

2. Sən meşə ilə gedirsən və ayaqlarının altına baxırsan.
(nə hiss edirsən, suala 30-40 saniyədən çox vaxt sərf etməyin).

3. Qağayıların uçmasını görürsən.
(həmin an nə hiss edirsən…)

4. At ilxısı görürsən.
(çox fikirləşmə, ağlına ilk gələni yaz)

5. Səhrada bir divar var, həmin divarda deşik, onun arxasında isə oazis.
Ardı →

Anton Çexovun qardaşına ibrətamiz məktubu: tərbiyəli insanın 8 keyfiyyəti

Moskva, 1886
Rus klassik ədibi Anton Pavloviç Çexovun doğma qardaşı, istedadlı rəssam Nikolay Çexov zəif xarakterli bir insan idi, sərxoşluğa qurşanmaqla özünü məhv edirdi. Anton onun zəif cəhətlərini bilir, ona görə həmişə narahat olur, qardaşının öz istedadına sayğısız münasibəti onu sarsıdırdı. “Güclü rus istedadı məhv olmaqdadır, heç nədən məhv olmaqdadır” – bu nida həm Antonun öz qardaşının aqibəti ilə bağlı, həm də bir istedadın məhvi ilə öz xalqının itkisindən yaranan kədərini əks etdirir.
Çexovun qardaşına məktubu çox təsirli və ibrətamizdir. İstedadını öz əli ilə məhv edən, “məni başa düşmürlər” deyib canına qəsd edən, bunula həm özünə, həm onu özünə yaxın bilənlərə yamanlıq edən adamlar üçün xüsusən vacib nəsihətdir.
Davamı →

Gülməli suallar

1.-Bir adam OMO ilə yuyunmuş və meymuna çevrilmişdir.niyə?
Cavab: Çünki OMO ilə yuyunan hər şey ilk günkü kimi olur

2.-Yuyunan tona nə deyilir?
Cavab: Washing Ton

3.-Hər şeyi bilən ördəklərə nə deyilir?
Cavab: Blendax (bilən ducks)

4.-Həmişə dönən ördəyə nə deyilir?
Cavab: Fırıldaq (fırıl duck)

5.-Ən kök qız kimdir?
Cavab: «fat»ma

6.-Ərlə arvadının ortaq xüsusiyyətləri nədir?
Cavab: Eyni gün evlənmələri

7.-Bir pişik iti cırmaqlamışdır,bəs it nə demişdir?
Cavab: Heç bir şey təbii ki,çünki itlər danışa bilməz.

8.Adamın biri gecə yarısı yatağının ətrafında qaçırmış. nə üçün?
Cavab: Yuxusu qaçmış,onu tuturmuş.

9.İnək nə üçün quyruğunu yelləyir?
Cavab: Südünə milçək düşməsin deyə.

10.IV. Murad Osmanlı taxtına çıxdıqdan sonra nə etdi?
Cavab: Oturdu.

11. Bir qadın ərini milyoner edə bilərmi?
Cavab: Əri daha əvvəl milyarder idisə bəli

12.Divar saatıyla boşboğaz bir qadın arasında nə fərq vardır?
Cavab: Divar saatı heç olmazsa arada bir dayanar

13.4-cü Murad niyə intihar etmişdir?
-Cavab: İlk 3ə girə bilmədiyi üçün...

14.- Adamın biri hovuzdan çıxıb Dəsmalla qurulanmağa çalışırmış, amma heç cür quruya bilmirmiş. Niyə?
— Çünki adamın yaş günüymüş…
Davamı →

Beynini işlət, düzgün cavab ver!

1) Sizə onu veriblər və indidə o sizə məxsusdur. Siz onu heç vaxt heç kəsə verməmisiniz, ancaq ondan sizin bütün tanışlarınız istifadə edirlər. Sual belədi: O nədir?

2) Antoni ve Kleopatra yunan villassında döşəmədə ölmüş halda uzanmışlar.Yaxınlıqda sınmış akvarium var.Lakin onların bədənində heç bir zədə yeri yoxdur və onlar zəhərlənməmişlər.

Sual belədi: Onların ölümünü necə izah edə bilərsiniz?

Qeyd edək ki ölməzdən əvvəl hər ikisinin də 1 yaşı var idi.


Ardı →

Səadət nədir?

Xoşbəxtlik bir sevgilidir hər kəs həsrətini çəkər onun, (xoşbəxtlik) bir uca qayədir hər fədakarlığa qatlanarlar onun yolunda. İnsanlar arasında elə bir fərd yoxdur ki, məsud olmaq istəməsin. Bəs, səadət nədir? Budur çətindən də çətin məsələ!..

Yunanlıya görə, o, eşq və sevda, Sezara görə şan və şöhrət, Firona görə iqtidar və məqam, Qaruna görə də yığın-yığın sərvət və xəzinələrə sahib olmaqdır. Halbuki, bunlardan heç biri, nə gerçək səadət, nə də onun bir vəsiləsidir. Həqiqi xoşbəxtliyi bu yollarla axtaranlar həmişə aldanmış və xüsrana məruz qalmışdırlar.

Gerçək səadət insan zehninin dağınıqlıq və pərişanlıqdan qurtarılması, insan qəlbinin itminan və rahatlığa qovuşmasından ibarətdir. Onu dəniz sahillərində, dağların zirvəsində, tənha yerlərdə axtaranlar daim yanılmışlar. Hərçənd, ruhuna bundan qeyri yollarla istirahət etdirməyi bilməyən avam üçün bu da bir vəsilə sayıla bilər. Ancaq gerçək hüzur və səadəti əldə etmək üçün nə zamana, nə də zəminə ehtiyac var. O hər yerdə insanla birlikdədir; onun iç aydınlığına, onun hür iradəsinə əmanət edilmiş müqəddəs bir sevgilidir. Hər bir insan istədiyi vaxt qanadlanan ruhu ilə qəlbinin sonsuz diyarlarına pərvaz edib tamaşasından doya bilməyəcəyi aləmlərə baş çəkib həsrətini çəkdiyi xoşbəxtliyi əldə edə bilər. Üstəlik qəlb xəzinəsi də tərtəmiz fikirlərlə süslənmiş və ləbriz (ağzına qədər dolu, dopdolu) edilmişsə… Boysun (Boycenin) dediyi kimi: “Nə bəxtiyardır o insan ki, ruhunun dərinliyində belə bir mehrabı var!..”


Ardı →

Yaxşı əhval-ruhiyyə üçün 10 məsləhət

Əgər siz həyatınızda nəyinsə düz getmədiyini, kədərli fikirlərin daha çox olduğunu hiss edirsinizsə, çalışın bu vəziyyətdən tez çıxasınız, çünki bu getdikcə uzana bilər. Bunun öhdəsindən gəlmək üçün yollar axtarın. Bu gün mən bu yolların bir neçəsini sizə təklif edəcəyəm.

1. Həmişə əhval-ruhiyyənizin yaxşı olmasını istəyirsinizsə, özünüzü idarə etməyi öyrənin. Kiçik şeylərə görə inciməyin. Çalışın ki, sizə yaxın olan insanlarla mübahisə etməyəsiniz,  onları bağışlayın. Bağışlayaraq siz hirs və qısqanclıq hisslərindən azad olursuz,hansı ki bu ilk növbədə sizi məhv edir.

2. Dünyaya yumor hissi ilə baxmağa çalışın. Hətta əgər siz narahat olur və ya çətin bir vəziyyətə düşürsünüzsə, buna rəğmən gülümsəyin və deyin ki, “Bu da keçəcək”. İnanılmazdı, amma buna həqiqətən inansanız, onda pis şeylər doğurdan da keçəcək.

3. Bütün dünyaya küsərək evdə oturmayın! Əmin ola bilərsiniz ki, küçədə, dostların-tanışların əhatəsində əhval-ruhiyyə pis olmur! Sübut olunmuşdur.
Ardı →