Evlərdə uşaqlar üçün yaradılmış həbsxanalar

Uşaqların kompüter və televizor qarşısında keçirdikləri vaxtı tarazlaşdırmaq valideynlərin vacib vəzifələrindən biridir. Kompüter və televizora gün ərzində 1-2 saatdan çox vaxt ayırmaq olmaz.

Kompüter və televizor asılılığı
Xüsusilə, uşaqlar tətil zamanı kompüter və televizorların qarşısından qalxmırlar. Ancaq bu vəziyyət uşaqların inkişafına mənfi təsir edir. Həddindən artıq televizora baxmaq, uşaqlarda sosial inkişaf geriliyindən piylənməyə qədər müxtəlif pis nəticələr doğura bilir.
2 yaşdan kiçik uşaqların isə televizora baxmaqları çox ziyandır.

Televizorun uşaqlara təsiri
Körpəlik dövrü 0-2 yaş arasıdır. Bu müddətdə televizora baxan körpələrin inkişafında gerilik müşahidə edilir. Uşaqlar yaşıdları və böyüklər ilə ünsiyyət qurmağa həddindən artıq ehtiyac duyurlar. Televiziyada uşaqlara uyğun olmayan proqramlar, onların qorxmasına və zorakılığa meylli olmasına səbəb olur. Valideynlər uşaqların kompüter və televizor arxasında keçirdikləri vaxta nəzarət etməlidirlər. Bunun üçün sərhədlər, limitlər qoymalı və nəzarət etməlidirlər.


Ardı →

Sevginin növləri

  • Sevgi

Ən geniş yayılmış sevgi tipologiyalarına daxildir Dimitri  Li tərəfindən  irəli sürülmüş tipologiya nəzəriyyəsi. Nəzəriyyədə irəli sürülən  tipologiyalar təxminən  807 nəfər arasında aparılan tədqiqatlar əsasında sübuta yetirilmişdir. Beləliklə,  aşağıdakı növ tiplər  göstərilir:

Eros – ehtiraslı, yalnız əylancə məqsədli intriqa oyunu, tam fiziki yaxınlaşmaya meyllik.

Lyudus – gedonostik oyun-sevgi,  heç də daimi olmayan  müvəqqəti xarakter daşıyır, xəyanətə meyllik.

Storqe – sakit, etibarlı və xoş dostluq -sevgi tipi.

Praqma – lyudus və storqe tiplərinin birləşməsindən  təşkil olunub. Şüurlu şəkildə idarə olunan, hesablı sevgi tipi.

Maniya – eros və lyudusun birləşməsindən əmələ gəlib. irrasional sevgi, sevgi obyektindən asılı olmağa meyllik, inamsızlıq və sılılıq nümayiş göstərən tip.

Aqape  – eros və stroqenin sintezi, təmənnasız sevgi, özünüqurban tipi.

Belə fərz  olunur ki, qadınlar üçün daha çox storqi, praqmatik və maniakal tip sevgilər mövcuddur.  Kişilər üçün isə daha çox eros və lyudus sevgi tipləri xarakterikdir.


Ardı →

Leonardonun sirləri

LEONARDO DA VİNÇİNİN BEŞ SİRRİ

1. Leonardo da Vinçi bir çox
əsərlərini şifrələyirdi.

Bunu o, insanların onun ideyalarının tədricən açmaqlarını istədiyi üçün edirdi. İxtiraçı sol əli ilə və xırda hərflərlə, üstəlik sağdan sola yazırdı. O, açmacalar ilə danışırdı, metamorfik təxminlər edirdi, bulmacalar tərtib etməyi sevirdi. Leonardo əsərlərini imzalamırdı, lakin onların əksəriyyətində müəyyənedici işarələr var. Məsələn, onun rəsmlərinə diqqətlə baxsaq, simvolik uçan quşu görə bilərik. Belə işarələr çoxdur. Ona görə, dahinin bir neçə əsərləri yüzilliklər ötdükdən sonra aşkarlanıb. Belə bir hal “madonna Benua” ilə də baş vermişdi. Onu uzun bir müddət səyyar artistlər özləri ilə əsas ikona kimi aparırdılar.
Ardı →

Maraqlı məlumatlar-2

-İnsan bədənində 5 sm boyunda bir mismar düzəldəcək qədər dəmir vardır.
— Körpəykən 270 dən çox sümüyümüz varkən, böyüdükcə bunların bəzisi bir-biriylə qaynaşaraq sonunda yalnız 206 sümüklə qalarıq.
— Normal bir insan bədənində olan elektrik, 25 Wattlıq bir lampanı dəqiqələrlə yandıra bilər.
— Əsmərlərdə 120 min, sarışınlarda isə 140 min ədəd saç teli vardır.
— İnsan dırnağı bir ildə 3,75 metr qədər uzanar.
— İnsan doğulduqdan bir neçə gün sonraya qədər, heç bir şey eşitməyəcək qədər kardır.
— İldə ortalama 10 milyon dəfə göz qırparıq.


Ardı →

Sürpriz

surprizQapı döyüldü. Qarı bütün gücünü toplayıb oturduğu yerdən qalxdı və qapıya doğru yönəldi. Gələnlər oğlunun əsgər yoldaşları idi. Qarını unutmur, həftədə, ayda bir baş çəkib, onun dərd-səri ilə maraqlanır, bir ehtiyacı olub-olmadığını soruşurdular. Hər ikisi qarının əlini öpdü və uzun boylu: 
— Anacan, vaxtını almayacağıq, gəldik ki, baş çəkək, öyrənək görək bir ehtiyacın varmı?- söylədi. Qadın qətiyyətli bir səslə:

— Heç elə şey yoxdur. Buyurun içəri keçin, bir şey yeyib-içməsəniz, sizi burdan buraxan deyiləm, — söylədi. Həm də o qədər amiranə, ərklə dedi ki, gənclərin içəri girməkdən başqa çarələri qalmadı. O həmişə belə olmuşdu, çünki ehtiyac görməmişdi. Evində başının tacı bildiyi əri, qarşısında nər kimi oğlu olmuşdu. Amma indi heç biri onun yanında deyildi, Haqq dünyasına köçmüşdülər.

Oğlu savaşda şəhid olmuş, əri də bir il keçmədən əbədiyyətə qovuşmuşdu. İndi o ərli, oğullu günlərin alışqanlığı ilə gəncləri içəri dəvət eləmişdi ki, süfrə açsın. Amma heç evdə nəyin olub-olmadığını düşünməmişdi belə. Gənclərdən birisi qapıda gəzişən toyuqları görüb:

— Yaxşı, anacan, bir halda ki, məsələ belədir, onda səndən bir xahış edim: Çox əziyyət çəkmə, hərəmizə iki yumurtanın qayğanağını elə, yeyib gedək. Özü də o vaxt bişirirdin haa, hər biri dən-dən, ayrı-ayrı dursun.                                       Gənclər keçib oturdular, hal-əhval tutdular. Ötən günləri xatırlayıb kövrəldilər.

Ananın şəhid olan oğlu da yumurtanı belə yeməyi çox xoşlayırdı, hər dəfə də anasına deyirdi ki, tavanı qarışdırmasın, qaba necə çırpıbsa, eləcə də süfrəyə gətirsin. İndi bu gənclər də bu xahişlə əslində o dostluğa sadiq olduqlarını isbat etmək istəyirdilər. Bilirdilər ki, ananın bu cür ərkdən xoşu gəlir.     

Qadın da mətbəxə getdi və birdən ağlına gəldi ki, toyuqlar üç gündür bir yumurta da verməyib, qabın dibində də cəmisi iki yumurta qalıb. Yumurtaları ovcunda tutub bir müddət eləcə qaldı, əlindən başqa bir şey gəlməyəcəyini düşünüb köksünü ötürdü. Daha neyləmək olardı ki… Yumurtaları bir-bir yağı dağ olmuş tavanın qırağına vurub qırdı və ortadan ayırıb yağın içinə çevirdi. Qarşısındakı mənzərədən özü də heyrətə gəldi: qazanda dörd yumurta sarısı vardı, sən demə hər yumurta cüt sarılı imiş.


Davamı →

Azərbaycanda rok

Azərbaycanda rokAzərbaycanda rok janrı 1960-cı illərdən yaranmağa başlayıb. Bu dövrdə Azərbaycan SSR komsomolunun rəhbərliyinin aktivliyi nəticəsində şərti olaraq ideoloji xarakter daşıyan, məğzinə görə isə gənclərin əsl musiqi baxışını əks edən müxtəlif festival və müsabiqələr keçirilirdi. Bunların arasında ən genişmiqyaslısı isə müxtəlif janrları (cazdan xalq musiqisinədək) özündə birləşdirən və ajiotajla müşahidə olunan “Qızıl payız” festivalı idi.

Xarici qruplardan təsirlənən gənclər məktəblərdə, universitetlərdə, mədəniyyət evlərində müxtəlif özfəaliyyət qrupları yaradıb, geyim tərzi və mahnılarında onları təkrarlayırdılar. 70-ci illərin əvvəllərinədək əsasən yumşaq rok, ritm və blyuz (R&B) çalan “Eskulap”, “Xürrəmilər”, “Ekspress-118”, “Pəzəvəng”, “Üvet” ansamblları yarandı və gənclər tərəfindən çox böyük rəğbətlə qarşılandı.
Davamı →

Piton masajı

piton masajı
Bütün qəribə və ağlagəlməz hadisələr Uzaq Şərqdə baş verir. Gözəl incə-mincə çinli xanımların masajından sıxılan qıyıq-gözlü kişilər maraqlı masaj növü tapıb. Belə ki, pitonla masaj icad ediblər.


Ardı →

Umberto Econun nəvəsinə məktubu

Mənim əziz nəvəm!

İstəməzdim ki, bu milad məktubu De Amicis sayağı səslənsin və bizim kimilərə, vətənə, dünyaya və bu qəbildən olan digər şeylərə sevgi bəsləməyi təbliğ etsin. Əks təqdirdə mənə qulaq asmazdın və bu tövsiyəmə əməl edərkən (sən yeniyetmə, mən isə tarix olanda) dəyərlər sistemi elə dəyişə bilər ki, mənim məsləhətlərim artıq vaxtı keçmiş sayılar.

Beləliklə, iPad-i istifadə edərkən (iPad-dən istifadə etməməyi sənə rəva bilməməkdə məqsədim özümü çox danışan baba olmaqdan sığortalamaq deyil; Sadəcə özüm də onu çox istifadə etdiyimdən bu məsələyə toxunmuram) belə əməl edə biləcəyin bir məsləhətin üzərində dayanmaq istəyirəm. Sənə maksimum bu məsləhəti verə bilərəm: əgər təsədüfən iPad-ində iki insan övladı arasındakı və yaxud bir insan övladı ilə bir heyvan arasındakı əlaqəni göstərən yüzlərlə porno saytlardan birinə daxil olsan, çalış, seksin yalnız bundan ibarət olduğuna inanmayasan.

Bundan əlavə kifayət qədər monoton olan bu səhnəciklər, sənin çölə çıxıb həqiqi qızları görməmən üçün təşkil olunub. Əvvəlcədən deyim ki, bu məsləhətimi sənin heteroseksual olduğunu düşünərək dilə gətirirəm, yox belə deyilsə, mənim tövsiyyəmi öz mühitinə uyğunlaşdır: diqqətini məktəbdəki və yaxud oynadığın yerdəki qızlara yönəlt, çünki həqiqi qızlar TV-də gördüyün qızlardan daha yaxşıdırlar və bir gün internetdəki qızlardan daha çox həqiqi qızlardan məmnun qalacağının şahidi olacaqsan. Səndən daha təcrübəli birinin sözlərinə inan (əgər mən ancaq kompyuterdə seksə baxsaydım, sənin atan doğulmazdı, sən də kim bilir harda olacaq, hətta bəlkə heç olmayacaqdın).
Ardı →

Nəsib bəy Yusifbəyli

     1919-1920-ci illərdə Azərbaycanın baş naziri olan Nəsib bəy Yusifbəylinin atası ona belə bir məktub yazır:

"Əziz oğlum, çox səbir etdim, amma yazacam. Sıxıntı çəkərək, borc altına girərək səni yüksək təhsillə təmin edə bildim. Artıq təhsilini qurtarıb gəldin, şəhərin ərzaq işləri üzrə rəisi oldun. Sənə yenə mən baxdım. Məndən yalnız pul istədin. Sonra Tiflisə gedərək Seymin maarif naziri oldun. Aldığın maaş ilə dolanmadın. Bir neçə dəfə pul istədin göndərdim, sonra Azərbaycanın istiqlalını elan etdiniz. Cümhurriyyətimizin maarif naziri oldun. Paytaxtımız Bakıda çalışdın. Yenə də maaşın xərclərini ödəmədi. Məndən pul istədin. Həmişə göndərirdim. Mənə aid olan torpağın bir parçasını satmışdım. Həmin pullardan göndərirdim. Bu gün isə baş nazirsən, dövlət rəisisən, yəni ölkəmizin padşahı olmusan. Yenə bağının qamışını mən alım?"

 
Davamı →