365 gün?

       Yuli Sezar təqvimdəki qarışıqlıqları həll etməsi üçün Misirli astronomiya alimi Sosigenesi yanına çağırtdırır. O vaxtlar 1 ilin 365 gün 6 saat davam etdiyi bilinirdi.
       Sosigenes də qarışıqlığı belə həll edir: 
       Hər il 365 gün davam edəcək. Hər ildən 6 saat artacaq. Artan saatlar  4 ildə bir təqvimə əlavə olunacaq və o il 365 + 24 SAAT = 366 gün olacaq. 366 gün 12 bərabər hissəyə bölünmədiyi üçün 6 ay 30 gün, digər 6 ay 31 gün davam edəcək. Yaxşı 365 gün çəkən illərdə aylara görə bölgü necə olacaq? 
       Sezar əmr verir: 
       365 gün çəkən illərdə ən son aydan 1 gün azaldılsın!
       O vaxtlar yeni il mart ayından başlayırdı, yəni fevral ilin son ayı idi. Beləcə fevral ayı, 4 ildə bir 30 gün, digər illərdə 29 gün olur. Sezar bununla da kifayətlənməyib aylardan birinə öz adını verir: JULIUS, yəni JULY. 
       Sonradan imperator olan Augustus, Sezardan dala qalmayıb və sonrakı aya öz adını verir: AUGUSTUS, yəni Avqust.
       Ancaq Julius Sezar ayı 31 gün ikən, Augustusun ayı 30 gün olar? 
      O da əmr verir:       İlin son ayından 1 gün daha azaldılsın, mənim ayım da 31 gün olsun!
      Yazıq Fevral 1 gün azaldılır və Avqusta əlavə olunur. O gündən bəri Fevral ayı, 4 ildə bir 29 gün, digər illərdə 28 gün olur. Sezar ayı İyul və Augustusun ayı Avqust da ardıcıllıqla 31 gün davam edir.
            nice.az
Davamı →

Hamının haqqı

 Bir uşaq məktəbə gedirdi. Birdən yolunun üstündə bir gül gördü. Əyilib gülü iylədi və sonra yoluna davam etdi. Uşağın bu hərəkətini görən bir adam ona yaxınlaşdı və gülü nə üçün dərmədiyini soruşdu. Uşağın cavabı çox maraqlı idi: "Çünki o gülü iyləmək hamının haqqıdır! "
Davamı →

Koma

Koma (yunanca koma — dərin yuxu) — mərkəzi sinir sistemində kəskin ləngimə nəticəsində huşun itməsi, reflektor fəaliyyətin pozulması, həmçinin tənəffüs, qan dövranı və maddələr mübadiləsində dərin pozulmalarla xarakterizə edilən ağır patoloji haldır. Komanın müxtəlif növlərinin öz etiologiyası və patogenezi vardır. Lakin onların hamısının inkişafında beyin qabığının, qabıqaltı nüvələrin və beyin kötüyünün funksiyalarının pozulması, xüsusən torabənzər törəmənin beyin qabığına fəallaşdırıcı təsirinin zəifləməsi başlıca rol oynayır ki, bunun da nəticəsində xəstə huşunu itirir. Komatoz vəziyyətlərə endokrin vəzilərin, qaraciyərin, böyrəklərin patologiyası, eləcə də bəzi zəhərlənmələr zamanı maddələr mübadiləsinin ağır pozulması səbəb olur. Bunların patogenezi və klinik əlamətləri etioloji amildən çox asılıdır. Bu baxımdan komanın ən çox təsadüf edilən növləri aşağıdakılardır:


Ardı →

Altı il sonra

     Bir gənc Texasda motosikleti ilə gedirdi. Bir fermanın yanından keçəndə bir buzovu vurdu. Gənc tez fermaya getdi və ferma sahibinə buzovun qiymətini ödəməyə hazır olduğunu bildirdi. Ferma sahibi əvvəlcə bir az fikirləşdi, sonra istehza dolu bir ifadə ilə: «Düzdür, buzovun indiki qiyməti iki yüz dollardır, ancaq altı il sonra doqquz yüz dollar olacaqdı»… — dedi. Bu sözləri eşidən gənc tez cibindən bir çek dəftəri çıxardı və dəftərə: «900 dollar» yazdıqdan sonra tarix hissəsinə  altı il sonranın tarixini yazdı.
Davamı →

Tükənən xəzinə

Kral böyük bir ziyafət təşkil etmiş və bu ziyafətə ölkənin ən varlı adamlarını dəvət etmişdi. Ziyafətin ortasında kral üzünü qonaqlara tutdu və: «Dostlarım! Yeni vergilər qoyduğumuz halda gəlirlərimiz artmaq əvəzinə azalmaqda davam edir. Kim bunun səbəbini mənə izah edə bilər? » — deyə soruşdu. Qonaqlar bir-bir söz almağa və vəziyyəti izah etmək üçün cürbəcür «iqtisadi nəzəriyyələr» irəli sürməyə başladılar. Nəhayət, söz yaşlı bir qonağa çatdı. Qonaq: «Mən yığılan pulların aqibətini hamınıza göstərmək istəyirəm», — dedi və əlinə böyük bir buz parçası götürdü. Sonra o, bu buz parçasını yanında oturan adama ötürdü və hamıdan bu buz parçasını bir-birinə ötürməyi xahiş etdi. Bir qədər sonra artıq buz parçası kralın qarşısında idi. Ancaq o kiçilə-kiçilə noxud boyda olmuşdu. Kral yenə üzünü qonaqlara tutdu və: «Dostlarım! Artıq başqa bir izaha ehtiyac yoxdur. Gəlirlərin niyə bu qədər „sürətlə əridiyini“ başa düşdüm», — dedi…                                                                          
Davamı →

Eroica | Lüdviq van Bethoven

BethovenBethovenin ömrünün son illəri idi. Qulaqları ağır eşitməyə başlamışdı. Hər kəsin Bethovenin bu halına yazığı gəlirdi. Karlıq onu cəmiyyətdən uzaqlaşdırmaqla kifayətlənmir, eyni zamanda yaradıcılığına da ağır zərbə vururdu.

Bəstələdiyi əsərləri eşitməmək Bethoveni dəli etmişdi. Hətta bir neçə dəfə həyatına qəsd etməyi belə düşündü. Amma hələ tez idi. Bəstələmək məcburiyyətində olduğu əsərləri var idi.

O talehi ilə mübarizə apararkən Avropa böyük bir müharibə ilə imtahan olunurdu.
Bethoven insanlığın qəhrəmanı, səltənətin düşməni olaraq gördüyü Napaleon Bonaparta heyran idi. Bəstələdiyi 3-cü Simfoniyanı ona həsr etməyə qərar verir. Tam əsəri Parisə göndərməyə hazırlaşarkən, Napaleonun «fədəkar qəhrəman»lıqdan çıxıb imperator taxtına oturduğunu eşidir və çox əsəbiləşir.


Ardı →

Bir həyat hekayəsi

Bu yazı məşhur Helen Adams Keller (1880-1968) haqqındadır. Keller başqa uşaqlar kimi dünyaya sağlam gəlmişdi. Ancaq 1 yaş 7 aylığında keçirdiyi bir xəstəlikdən sonra gözləri tutuldu. Artıq onun qulaqları da eşitmirdi. Uşaqlığının ilk illərində çox əsəbi və çılğın idi. Buna görə də, valideynləri ona tərbiyəçi axtarmağa başladılar. Nəhayət, əvvəllər kor olan, sonra əməliyyatla (az da olsa) görməyə başlayan Enn Mensfild Sallivanı tapdılar. Sallivanın bütün səylərinə baxmayaraq, ilk vaxtlar Kellerdə heç bir dəyişiklik olmadı. Nəhayət, bir gün qızcığaz əlinə su tökərkən Sallivan barmağı ilə o biri əlinə «su» sözünü yazdı. Bundan sonra Kellerdə böyük bir dəyişiklik başladı. Keller əvvəlcə sözləri öyrəndi. 1890-cı ildə isə danışmağa başladı. Məktəbi bitirdikdən sonra məşhur «Mənim həyat hekayəm» (1902) kitabını yazdı. «Bütün Dünya» jurnalının 1954-cü il sayında «Korluğu heçə sayan qadın» adlı yazı da Keller haqqında idi. Mark Tven isə 19-cu əsrin iki böyük dahisinin Napoleon və Keller olduğunu deyirdi.


Ardı →

Milyonçu model | Oskar Uayld

Oskar UayldVarlı deyilsənsə, gözəl olmağının da elə bir faydası yoxdu. Eşqbazlıq məzlumlara deyil, zənginlərə yaraşır. Kasıbasa həyata dik gözlə baxmaq qalır. Bir sözlə, qəşəng oğlan taleyini bölüşməkdənsə, illik gəlirə sahiblənməyin qat-qat sərfəlidi.

Hyui Erksinin vara bilmədiyi müasir həyatın dahiyanə həqiqətləri yetərincə sadəydi. Biçarə Hyui!

Etiraf etməliyəm ki, o, mahiyyətinə görə də qabarıq fiqur deyildi. Həyatı boyu nə hazırcavablığı, nə də acıdilliyi ilə fərqlənmişdi. Əvəzində şabalıdı qıvrımları, yunan profili və qonur gözləri onu gözəl kişi siyahısında birinci edə bilərdi.  

Kişilərin də, qadınların da eyni qədər sevimlisi olan Hyuinin ən axsayan cəhətisə pul qazana bilməməsiydi.

Atası ona öz süvari xəncərini və on beş cildlik “İspaniyaya yürüşlərin tarixi”ni miras qoymuşdu. Hyui birincisini güzgünün başından asmış, ikincisini isə rəfdə  Raffın soraq kitabçası və “Beyliz meqezin”lə yanaşı qoymuşdu. Özüsə bu arada yaşlı xalasının ildə iki yüz funtuna möhtac qalmışdı.

Özünə bir düzən qurmaq üçün hər şeyə əl atmışdı. Altı ay birjada oynamışdı, yalnız bundan sonra vaxtını havaya uçurduğunun fərqinə varmışdı. Elə bir o qədər də çay alverinə girişmişdi, amma sonunda bu işdən də usanmışdı. Sonra quru xeres (şərab növü – red.) satmağa cəhd eləmişdi. Amma burda da bəxti gətirməmişdi: xeres həddən ziyadə quru olmuşdu. Nəhayət, sadəcə bir heç olduğuna imza atmışdı – yaraşıqlı, yunan profilli, avara-sərgərdan növcavan.


Ardı →

Yaşlı göstərən saç modelləri

Saçlarınızın tərzi və rəngi yaşlı görünməyə səbəb ola bilər. Saçlarınız sizi rəzil də edər, vəzir də. Odur ki, saçlarınızla bağlı qərar vermədən öncə yaxşı düşünün.

Eyni boyda kəsim — Saçların hər tərəfinin eyni boyda olması yaşlı görünməyə səbəb ola bilər. Yaşlı insanların saçlarını düzəltməyə vaxtı və həvəsi olmur. Buna görə də saçları eyni uzunluqda olur. Bir az qatlı saçlar gənc göstərir və azad görüntü bəxş edir. 

Saç düzləşdirici alətlər və saç məhsullarından aşırı istifadə — saçları korlayır və yaşlı göstərir. Bu məhsullardan çox istifadə edildiyində solğun parlaqlıq verir.

Sapsarı saçlar yaşlı göstərir — Yaşlandıqca dəridəki piqmentlər azalır və dəri solur. Sarı saçlar daha da yaşlı görünməyə səbəb olur. 

Qırıq saçlar — Baxımsız və qırıq saçlar nəyin ki, yaşlı göstərir, həm də səliqəsiz olduğunuzu bildirir. Parlaq olmayan saçlar yaşlılığın əlamətidir. Qidalandırıcı kremlər və maskalar edin. 
Ardı →