Dərdlərə dərman olan içki

İnsan orqanizmi üçün bir çox faydalı içkilər var, məsələn minerallarına görə içkilər, vitaminlərinə görə içkilər, dadına görə və sair. Amma bu içkimiz həm mineralına görə, həm vitamininə görə, həm antioksidant özəlliyinə görə tamamilə başqa bir içkidir. Bu içkidən içdikcə sanki insan vücudu yenilənir, ağarmış saçlar yavaş-yavaş qaralmağa başlayır, təzə tökülmüş saçların yerinə yenisinin  gəldiyini görəcəksiniz, solğun dərinin əvəzinə daha parlaq və canlı bir dəri görəcəksiniz, ağrıyan orqanlarınızın yavaş-yavaş ağrısının azaldığını görəcəksiniz, yüksəlmiş qaraciyər fermentlərinin yavaş-yavaş normallaşdığını görəcəksiniz.
Davamı →

Mədəaltı vəz xəstəliklərinin çarəsi

Mədəaltı vəz və ya pankreas, adından göründüyü kimi mədənin altında yerləşən və 100 qrama qədər çəkisi olan bir orqandır. 100 qram olmağına baxmayaraq çox böyük bir işin öhdəsindən gəlir. Mədəaltı vəz yağların, zülalların, karbohidratların parçalanması üçün xüsusi maddələr ifraz edir.
Mədəaltı vəzin istehsal etdiyi maddələr öd axacağına tökülür və öd şirəsi ilə qarışmış halda həzmdə iştirak edir. Bu səbəbdən də mədəaltı vəzdə problem əmələ gələndə ilk növbədə öd kisəsi və öd yollarının vəziyyətinə baxılmalıdır. Öd yollarının daşla tutulması zamanı nə öd, nə də mədəaltı vəzin şirəsi onikibarmaq bağırsağa axa bilmir və şirə mədəaltı vəzin özünü yandırır, nəticədə mədəaltı vəzin iltihabı – pankreatit baş verir.
Davamı →

Qurudulmuş meyvə alarkən nələrə diqqət etməliyik

Qurudulmuş meyvələr il boyu bizlərin faydalı vitamin və minerallarla təmin edən qidalardandır. Ona görə alarkən və yeməzdən öncə bu məqamlara diqqət edin:
Quru meyvə yeyilməzdən əvvəl ilıq su ilə təmiz yuyulmalıdır. Qaynar sudan istifadə etməyin. Çünki qaynar su quru meyvənin tərkibindəki vitaminləri yox edə bilər.
Keyfiyyətli quru meyvə ya bütöv, ya da səliqə ilə doğranmış olmalı və üzərində zədə, ləkə olmamalıdır.
Quru meyvələr nə çox bərk, nə də çox yumşaq olmamalıdır. Çünki meyvə qurudulan zaman onun tərkibindəki nəmlilik dərəcəsi 18-20 faizədək azalır. Bu isə o deməkdir ki, quru meyvə elastik və rahatyeyilən olmalıdır.
Davamı →

Boymadərən bitkisinin faydaları

  • Flora
Bu gün dünya alimlərinin daha dərindən və geniş bir şəkildə araşdırdığı bitkilərdən biri də boymadərəndir. Onun təsir sferası o qədər genişdir ki, aparılan araşdırmalar yeni-yeni təsiredici maddələrin aşkar olunması və boymadərənin tətbiq sahəsinin genişlənməsi ilə nəticələnir.
Avropada, Amerikada və eyni zamanda Azərbaycanda geniş yayılmışdır.
Əsasən bağ, bostan sahələrinin ətraflarında daha çox bitir. Azərbaycanda ağ və sarı boymadərən növlərinə daha çox rast gəlinsə də, tibdə ağ boymadərən tətbiq olunur.
Boymadərən otunun tərkibində efirli birləşmələr, xüsusən də azulen, sineol, limonen, borneol, xamazulen daha çoxdur. Bunların sayəsində bitki bakterisid və iltihab əleyhinə təsir göstərir.
Davamı →

Allergiya üçün təbii vasitələr

Geyinilən paltar, qəbul olunan qidalar və  məişətdə allergenlər çoxaldığına görə (çünki süni iplərdən toxunmuş paltarlar, sintetik yeməklər və kimyəvi tərkibli yuyucu vasitələr gündən günə artır) allergik xəstəliklər də artır. Allergiya deyəndə ilk növbədə ağıla bədəndə səpgilər və qaşınma gəlir. Onlar allergiyanın ilkin əlamətləridir, lakin bunlarla yanaşı bronxial astma kimi illərlə davam edən xəstəliklər də var.
Allergiyası olanlar bədənin allergenə, yəni allergiya törədən maddəyə qarşı müqavimətini artırmaq üçün nələr etməlidir? Xəstəliyin qarşısını almaq üçün illərin sınağından çıxmış üsullardan istifadə etmək olar. Həmin üsulların biri kömək etməyəndə digərini sınamaqdan çəkinmək lazım deyil, çünki əlavə ziyanlı təsirləri yoxdur, orqanizmin möhkəmləndirilməsi üçün də istifadə edilə bilər.
Davamı →

Mastopatiyanın xalq təbabəti ilə müalicəsi

Mastopatiya süd vəzinin xoşxassəli şiş xəstəliyidir. Əsasən 25-50 yaşlı qadınlar arasında daha geniş yayılıb. Lakin son illər mastopatiyaya cavan, hətta ailə həyatı qurmayan qızlarda da tez-tez rast gəlinir. Bu hormonal xəstəlik əsasən irsi xarakter daşıyır.
Mastopatiyaya səbəb olan digər faktorlar da var: yumurtalıqların iltihabı, zob, öd kisəsi və qaraciyər xəstəlikləri, diabet, piylənmə, stress, depressiya, qeyri-müntəzəm cinsi həyat, abortlar, süd vəzin travmaları, alkoqol, nikotin, ilk hamiləliyin gec olması, erkən aybaşı və s.
Davamı →

Canlılarda ifrazat

Maddələr mübadiləsinin son məhsullarının orqanizmdən xaric edilməsi ifrazat adlanır. Canlılarda ifrazat orqanları fərqlidir.
Bitkilərdə ifrazat. Bitkilərdə xüsusi ifrazat orqanları yoxdur. Əksər bitkilər ifrazat məhsullarını buxar şəklində ağızcıqlardan xaric edir. Bildiyiniz kimi, bu, transpirasiya prosesi adlanır. Çiyələk və buğda kimi bitkilərdə damcılar şəklində ayrılan su özü ilə duz və digər maddələri də çıxarır. Bu, quttasiya adlanır. Bitkilərin sintez etdiyi nektar və efir maddələri də ifrazat məhsullarıdır. Bəzi ifrazat məhsulları vakuollarda toplanır və xəzan vaxtı yarpaqlar töküldükcə bitkilərdən uzaqlaşır. Bitkilərin bir qismi kökləri vasitəsilə lazımsız məhsulları xaric edir.
Davamı →

Canlılarda çoxalma

Bilirsiniz ki, canlıları cansızlardan fərqləndirən əsas xüsusiyyətlərdən biri çoxalmadır. Çoxalma bütün canlılara xas olan xüsusiyyətdir və onların sayının artmasına səbəb olur.
Çoxalmada orqanizmin əsas əlamətlərinin yeni nəslə ötürülməsi və nəslin davam etdirilməsi prosesi baş verir.
Çoxalma 2 yolla baş verir:
  1. Cinsi
  2. Qeyri cinsi

Davamı →