Durnalar

                                                                                                Bir zaman havada qanad saхlayın,
                                                                                                Sözüm vardır mənim sizə, durnalar!
                                                                                                Qatarlaşıb nə diyardan gəlirsiz,
                                                                                                Bir хəbər vеrsəniz bizə, durnalar!
                                                                                                                         Molla Pənah Vaqif 

Durna məşhur quşdur. Nağıl və təmsillərdə, mahnı və atalar sözlərində onun adı tez-tez çəkilir. Bu quşu tanımayan adam yoxdur. Durnakimilər dəstəsinin bütün nümayəndələrini onların xarici görünüşü birləşdirir. Uzunsov bədəni, uzun düz ayaqları və uzun dimdiyi olan, eyni zamanda hacıleyləyi xatırladan bu quşların ölçüsü kifayət qədər böyükdür, çəkisi isə 15 kiloqrama çatır. Amma hacıleyləkdən fərqli olaraq, durna heç vaxt ağaca qonmur. Yalnız uzaq bataqlaşmış meşələrdə yaşayan tropik durna növləri arama və balabansəs pis uçsa da, ağaclara qonur və yerdə sürətlə hərəkət edir. Durnaların sevimli məskəni çöl və bataqlıq ərazilərdir. Cənubda yaşayan durnalar köçəri quşlar deyil, şimaldakılar isə qışlamaq üçün cənuba üz tutur. Bu quşlar toxum, giləmeyvə (quşüzümü), bitkilərin kök yumruları, onurğasızlar, balıq, suda-quruda yaşayanlar, xırda məməlilərlə qidalanır. 
Davamı →

Qaranquşlar

Hamımız itili qanadları olan şən qaranquşları müşahidə etmişik.
Deyilənə görə bu quş kimin damının altında yuva qursa həmin evdə səliqə və xoşbəxtlik olar. Qaranquşların həyatı insanlarla sıx bağlıdır. Sinəsi ağ şəhər qaranquşları səliqəli, bağlı yuvalarını daş və taxta evlərin karnizləri altında, kənd qaranquşları isə samanlıq və kənd evlərinin damları altında qurur.

Onlar palçıqdan hazırladıqları açıq yuvalarını tirlərə, taxta divarların və damların çıxıntılarına bərkidir. Qaranquşların gölməçələrin kənarındakı qurumamış palçığı dimdikləri ilə gətirərək kiçik və səliqəli yuvalar tikdiyini görmüşük.

Həm şəhər, həm də kənd qaranquşları yalnız həşəratlarla qidalanır. Demək olar ki, ömürlərini havada – uçaraq keçirir. Qaranquş yay fəslində yarım milyondan bir milyona qədər mığmığa, ağcaqanad və mənənə ovlayır.
Davamı →

Ağcaqanadlar bizi niyə sancır?

Yay günlərində ağcaqanadlar gecələr yatmağa imkan vermir. Nə qədər qovsaq da, bu həşəratlar sonda öz istəyinə nail olur. Səhər yuxudan oyananda isə bədənimizdə ağcaqanadların qoyduğu xoşagəlməz izlər qalır. Bəs niyə ağcaqanad bizi sancır? Əlbəttə, bu səbəbsiz deyil. 

Alimlər ağcaqanadların daha çox kimi sancdığı ilə bağlı araşdırmalar aparıblar. Müəyyən edilib ki, bəzi insanlar ağcaqanadların daimi hədəfi olduğu halda, bəzilərinin yanından heç uçmurlar da.
Davamı →

Pando - Dünyanın ən yaşlı ağacı

  • Flora
Dünyanın ən yaşlı ağaclarından ilk sırada duran ABŞ-dakı pando ağaclarıdır. Bu ağaclar ardıcıl düzülüşü ilə diqqəti özünə çəkir. Bu ağacların 80 min ildən çox yaşı var.


Pando ağacları, eyni zamanda, dünyanın ən ağır ağacları sırasında yer alıb. Bu ağaclar ABŞ-ın Yuta ştatından başqa heç bir ölkədə yoxdur. Təxminən altı milyon kiloqramlıq ağırlığı olan və kiçik meşəlik təsviri bağışlayan ağaclar dünyanın ən ağır “canlı orqanizmi” hesab edilir. Bəzi mütəxəssislər deyirlər ki, eyni kökdən olan həmin ağacların yaşı bir milyon ildən çox ola bilər.
Davamı →

Molyuskların su püskürtmə sistemi və generatorlar

Kalmar, mürəkkəb böcəyi və osminoq kimi başıayaqlı molyusklar su püskürtmə sistemi ilə üzürlər.
Mühəndislər molyuskların bu xüsusiyyətindən ilham alaraq sürət texnologiyasını təkmilləşdirməyə çalışırlar. Başıayaqlı molyuskların sürətlərini artırmaları üçün xüsusi sistem var. Mühəndislərin heyranlıqla və diqqətlə tədqiq etdikləri bu sistem qüsursuz işləyir.

Bu canlıların reaktiv üzmə sistemi uca Allahın onlar üçün yaratdığı xüsusi bədən quruluşlarından qaynaqlanır. Bəs, bu canlıların bədən quruluşu necədir?

Başıayaqlı molyusklarda daxili orqanların yerləşdiyi bədən boşluğunu əhatə edən manto adlı qalın dəri qatı var. Dəri qatının altında yerləşən əzələlər vasitəsilə bu canlılar bədənlərinə su toplayır və sonra bu suyu geri püskürərək üzürlər. Manto divarının içinə dolan su qıf formasındakı boru vasitəsilə püskürdülərək xaric edilir. Sistemin işləməsi eynilə kosmik gəmilərin istehsalındakı geri itələmə prinsipinə, başqa sözlə, raket sisteminə bənzəyir.
Davamı →

Qarğıdalı saçağı çayı

Artıq qarğıdalı mövsümü başlayıb. Bu isə o deməkdir ki, yayın ləzzətini doya-doya yaşayacağıq.
Bu həm də o deməkdir ki, dəniz kənarında, evlərdə qarğıdalı bişəcək. Kifayət qədər kalorili və faydalı bitki olan qarğıdalının saçağı da ən az özü qədər faydalıdır.

Min bir dərdin dərmanı olan qarğıdalı çayının sonsuz fayaları var:
Sidik yolları, sidik kisəsinin və prostat vəzi infeksiyası kimi xəstəliklərin müalicəsində istifadə edilir. Qarğıdalı saçağı çayı bu xəstəliklərə qarşı istifadə edildikdə boymadərən ilə birlikdə hazırlayın.

— Qarğıdalı saçağı çayı bədənə qüvvət verir.
— Qırxaçar çayı kimi yel ağrılarına yaxşı təsir edir.
— Qan şəkərini tarazlaşdıran qarğıdalı saçağı çayı pəhrizdə ikən arıqlamağa yardım edir.
— Sidik qovucu xüsusiyyətə malik qarğıdalı saçağı çayı böyrək daşının əmələ gəlməsinin qarşısını alır.
Davamı →

Şaftalı suyunun faydaları

Şaftalı suyu C, E və K vitaminləri, fosfor, maqnezium, mis, sink, kalium, manqan, dəmir və kalsium kimi minerallarla zəngin yay içkisidir.

Əsl vitamin anbarı olan şaftalı suyu orqanizmin ehtiyac duyduğu faydalı qida dəyərləri ilə təmin edir.

Hipokalemiyanın qarşısını alır
Qandakı kalium çatışmazlığı hipokalemiya adlanır. Bu, ürək döyüntülərinin tezliyinin və əzələlərin zəifləməsinə səbəb olur. Kalium dəyərləri baxımından zəngin olan şaftalı suyu hipokalemiyanın qarşısını alır, əzələ toxumasının regenerasiyasını yaxşılaşdırır.
Davamı →

Ağcaqanad əleyhinə dərmanlar insana da ziyandırmı?

Yay fəslinin dəbdə olan vasitələrindən biri də ağcaqanad və digər həşəratlar əleyhinə nəzərdə tutulan dərmanlardır.

Bu günə kimi məişətdə məxsusi olaraq ağcaqanadlara qarşı bir neçə «sınanmış vasitə» tətbiq olunsa da, etriaf etməliyik ki, onların heç biri xüsusi kimyəvi tərkibli dərmanlar qədər effektiv olmayıb.

Ağcaqanad əleyhinə dərmanların müxtəlif növləri və fərqli istifadə qaydaları var. Son vaxtlar bunların içərisində ən çox üstünlük veriləni isə xüsusi qabda enerji şəbəkəsinə qoşulan dərmanlardır. Bəs istifadəsi xeyli asan olan və ağcaqanadları bir göz qırpımında məhv edən bu vasitələr insan orqanizminə necə təsir göstərir? Hansı növ dərmanlar daha ziyanlıdır? Mövzu ilə bağlı ekspertlərin fikirini öyrəndik.
Davamı →

Kosmetikaların tərkibindəki silikon maddələrin fəsadları

Gözəllik sektoru bu gün dünyada ən çox gəlir gətirən sahələrdən biridir. Mütəxəssislər cavanlaşmaq istəyən xanımlar üçün hər il minlərlə məhsul istehsal edərək böyük pullar qazanır. Və həmişə bütün pulunu bu məhsullara xərcləyən milyonlarla qadın tapılır. Təəssüf ki, təbii tərkibli adı ilə satılan kosmetik vasitələrin çoxu gözləntiləri doğrultmur. Nəticə etibarı ilə dəriyə qulluq üçün alınan məhsullar ona yavaş-yavaş, lakin ciddi ölçüdə ziyan vurur.

Dərinizin tipindən asılı olmayaraq, alimlər və mütəxəssislər silikon tərkibli məhsullar istifadə etməməyi məsləhət görür. Əsas çətinlik buradan yaranır ki, onları etiketdə maneəsiz tapmaq olmur, istehsalçılar uzun illərin təcrübəsi nəticəsində hər cür zərərli məhsulun adını şifrələyərək və elmi terminlərlə işarələyərək onları uğurla «gizlətməyi» öyrəniblər. Bundan başqa, unutmaq olmaz ki, mütəxəssislər hər gün yeni modifikasiyalı yeni silikonlar icad etməyə davam edirlər.
Davamı →

Tonometr alanda nələrə diqqət etməli?

Hipertoniyanı “lal qatil” adlandırırlar. Simptomsuz inkişaf edən bu xəstəlik insult və infarktın əsas səbəbidir.

Məhz bu səbəbdən həkimlər hər gün təzyiqi ölçməyi tövsiyə edir ki, bu hipertoniyanı vaxtında aşkar etməyə və müalicəyə başlamağa yardım edir. 

Arterial təzyiqi ölçən cihaz (tonometr) hər bir evdə olmalıdır. Tonometri düz seçmək lazımdır. 

Bilək nahiyəsinə taxılan tonometrlər daha kiçikdir və istifadədə asandır. Lakin manjeti olan və qolun yuxarı hissəsinə taxılan tonometrlər daha dəqiq və etibarlı sayılır.
Davamı →