Cemli piroq

Tərkibi:
Cemli piroq  üçün lazım olanlar:
2 x.q. xama
1 st. şəkər toz
3 st  un 
1 yumurta
1 ç.q. soda
200 qr. yağ

Hazırlanması: 
3 st un 1st şəkər, 200 qr yağı əlavə edib qarışdırırıq.
1 yumurta 2 x.q. xama, 1 ç.q. soda əlave edib əlimizlə xəmiri qarışdırırıq.
Xəmirdən bir hissəni götürüb soyuducuda 30 dəq. saxlayırıq.
Daha sonra tavanı yağlayıb xəmiri yayıb üzərinə cem çəkirik.
Daha sonra soyuducudakı xəmiri sürtkəcdən keçirib cemin üzərinə səpirik.
Sobada 30-35 dəq. bişdikdən sonra hazırdı. Nuş olsun!
 

0 şərh