Рейтинг
+47.82

Kulturologiya (mədəniyyətşünaslıq)

51 üzv, 231 topik

Şərq portreti

Abşeron – günəşin sevdiyi, torpağında izini buraxdığı, bütün rəngləri ilə təbiətinə nüfuz etdiyi, dözülməz istisini bürkülü yay günündə yalın ayaq altında kimi hiss etdirdiyi bir yerdir. Abşeron – şairlərin doğma diyarıdır, bu şairlərin arasında öz rəngkar salnaməçisi var. Onun adı Tahir Salahovdur. Görkəmli ustad, Azərbaycan və Rusiyanın xalq artisti, dövlət mükafatları laureatı – bütün nailiyyətləri sadalamaq mümkün deyil.

Davamı →

Rauf Ra - Aynalama və çarpaz xətlər...

Məşriqdən qeydlər:
Qarşı-qarşıya qoyulmuş iki ayna arasında, əks etdirmə morafonu — rəssamlıq və ədəbiyyatın əbədi qaçış oyunu.
Əlbəttə ki, bu aynalama məsələnin realizm pikselindən görünən və ya təsviri və ədəbi realizmi əsas götürürüksə, görünməyən tərəfidir. Aynalar arasındakı boşluqda yerləşən bənzətmə dəhlizində hər iki tərəf, əvvəl ana başlığa, sonra isə monoton təqlidə çevrilən əks etdirmələrin orijinallığına müəllif hüququ etiketini yapışdırmağı bacarır.

Davamı →

Rauf Ra - İntellektə aparan yollar

Keçənlərdə bir xanım feysbukda qızının çəkdiyi minimalist peyzajı paylaşmışdı. Balaca öz təxəyyülündə (xatiratında) canlandırdığı mənzərəni — kiçik evi, evdən daha hündür olan alma ağacını və onların arasından uzanan ensiz cığırı təsvir etmişdi. Bu, minimalist peyzajın diqqətimi çəkən tərəfi alma ağacındakı üç almanın və evin iki pəncərəsi ilə qapısının düzülüşü oldu. Evin pəncərələrinin və qapısının düzülüşü «T» şəkilli struktura sahib — insan simasındakı gözlər və ağızın yerləşmə nöqtələri ilə yaratdığı  «tərs üçbucaq» sxemini barındırırdı. Kiçik, kənd evlərinin bu cür təsvirinə əksər uşaq rəsmlərindən vərdiş almışıq. Lakin bu rəsmin əsas maraqlı cəhəti evin bu formada təsviri ilə bərabər, ağacın da, yəni ağacın üzərindəki üç almanın da insan simasındakı gözlər və ağız düzülüşündə («tərs üçbucaq» formasında) təsviri idi.

Davamı →

Niyə bu gün Azərbaycanda Üzeyir Hacıbəyovlar doğulmur?

Deyəsən, bu gün Almaniyada da Bethovenlər doğulmur, Rusiyada da daha Dostoyevskilər yoxdur, Çində də Konfutsilər ancaq bardaş qurub oturmuş köhnə heykəllərdir, Amerikada da Çaplinlərə rast gəlinmir. Əlbəttə ki, biz burada anaların doğduğu bioloji fərdlərdən deyil, mədəniyyətlərin doğduğu dahi şəxsiyyətlərdən danışırıq, baxmayaraq ki, hər ikisi ağrı çəkərək doğur.
Görünür, “dahilər zamanın övladlarıdır” fikri ilə razılaşmalı olacağıq; bəzi şeylər təkrarolunmazdır!
Qərb mədəniyyətinin ontoloji qısırlığa yuvarlandığını özünə dərd edən və “islamın önündə diz çökməliydik” deyən Nitsşe 1889-cu ildə yazdığı “Bütlərin Alaqaranlığı” kitabında qədim yəhudi peyğəmbərləri kimi fəryad edir: “Başqa ölkələrdə tez-tez məndən soruşurlar, “Alman filosofları yenə varmı? “Yenə varmı alman şairləri?” Üzüm qızara-qızara, bəli, var, deyirəm, Bismark!”

Davamı →

Şuşa qalasındakı məşhur qəbirüstü abidələr

Abidələr təkcə tarixi əhəmiyyəti olan hadisəyə ucaldılan heykəl, qoyulan nişangah və qədim dövrlərə aid mədəniyyət əsəri deyil. Görkəmli şəxsiyyət və tanınmış adamların məzarı üstündə onların şərəfinə yaradılan heykəltəraşlıq və memarlıq əsərləri də bu qəbildəndir. Azərbaycanın mədəniyyət mərkəzi olan Şuşa qalasında da tarixdə iz qoyan görkəmli sənət adamlarının xatirəsini əbədiləşdirən qəbirüstü abidələr vardı...

Davamı →

Sabit Rəhmanın sosial kuklaları

Dünya çapında XVIII yüzilin ən böyük ədəbi siması F.M.Volter deyirdi ki, tanrılar insanların aqibətini yüngülləşdirməkdən ötrü ümid və yuxunu onlara bir əlac kimi göndəriblər.
Dünya çapında XVIII yüzilin ən böyük filosofu İ.Kant isə F.M.Volterin fikrini bəyənib bu iki əlaca gülüşü də əlavə edirdi. Beləliklə, biz görürük ki, ümid, yuxu, gülüş mental müstəvidə psixolojinin məlhəmi kimi, terapevtik üsul kimi qavranılır, xilasedici missiya yerinə yetirir.
Mən Volter və Kantdan təqribən üç yüzil sonra, insan aqibətini yüngülləşdirən və həm də əcaib şəkildə ağırlaşdıran bu əlaclar sırasına sözü də qatardım.

Davamı →

Sənətin elitarlığını korlayanlar

Metafizikanı kinoya gətirən, ya da kinonu metafizikaya çevirən Andrey Tarkovski deyirdi ki, sənətin missiyası insanı ölümə hazırlamaqdı. Bu, sənətin boyununa yüklənən dini öhdəlikdir. Sənət insanı ölümə hazırlayacaqsa, onda din nə işə baxacaq? Sənət, bəlkə də, ölümü insana bir anlıq da olsa unutdurmaq cəhddir; gerçəkliyin yumoristik şərhi sənətin zatındadır. Servanteslə Tarkovskinin yaşadığı eyni dünya olsa da, yaratdıqları dünyalar tamamilə bir-birinə zidd idi.

Davamı →

Şərqdən Qərbə. Söz və göz mədəniyyəti

 “Conatus” – insanın özünü sevmək ehtiyacıdır. Spinozanın sözləri ilə desək, konus – insanın yaşamaq arzusu və həyata canatmasıdır. Tarix boyu insanın yaşamaq və bunun üçün mübarizə aparmaq şövqünə səbəb olan da məhz bu ehtiyacdır. Yaşamaq uğrunda mübarizə prosesi, bu ideyanı həyata keçirmə vasitə və üsullarının ortaya çıxmasına səbəb olub, hansılar ki, öz növbəsində və ümumi anlamda mədəniyyət adlandırıla bilər.

Davamı →

Sənət - həqiqətə aparan yalandır

Müharibə dəhşətləri, qan, ölüm, insan qırğını, faşist diktaturası üstəgəl, Basklar ölkəsi Qernikanın bombardmanı. Yaradıcı insan baş verən hadisələrin qarşısında susa bilməzdi. Geniş zaman kəsiyində başa gələn əsərlərindən fərqli olaraq “Gernika” bir ay ərzində tamamlanır. Olduqca soyuq, rəngsiz təsvir müharibənin bütün dəhşətləri özünü ifadə etməyi bacarmışdı.

Davamı →

İsanın obrazları – LGBT, marixuana, kommunizm

Təsviri sənətdə İsa Məsih qədər obrazı yaradılan ikinci peyğəmbər çətin tapılsın. Avropa rəssamlığında İsanın doğuluşundan tutmuş son günlərinədək həyatının müxtəlif epziodlarını əks etdirən onlarla tablo çəkilib. Bir qayda olaraq, həmin rəsmlərin əsasını körpə İsanın anası müqəddəs Məryəmlə təsviri, Məcdəlli Məryəm və həvarilərlə bağlı əhavalatlardakı konkret vəziyyətlər, həmçinin, İsanın əzablarının dərinliyini, ağrısının gücünü göstərmək, İudanın xəyanəti, xaçdaşıma, çarmıxa çəkilmək, dirilmə və s. motivlər təşkil edir. Bu əsərlərdə fiziki, real dünyadan çox, ruhanilik, ilahilik, müqəddəslik əsasdır.

Davamı →