Рейтинг
+47.82

Kulturologiya (mədəniyyətşünaslıq)

50 üzv, 126 topik

Koreya mədəniyyəti

Koreya qədim mədəniyyətə malik ölkədir. Koreya tarixini başlanğıcı b.e.ə. 2333-cü ilə – əfsanəvi hökmdar Tanqunun dövrünə təsadüf edir. O, allahın oğlu kimi qəbul edilib Çoson dövlətinin, yəni «Səhər təravəti ölkəsi»nin banisi hesab edilir. Tarixi faktlar sübut edir ki, b.e.ə I əsrdə bu ölkədə Koqurye, Pekçe və Silla dövlətləri də mövcud olmuşdur. VII əsrin ortalarından Silla bütün Koreya yarımadalırını birləşdirdi. Koreya vahid ölkə səciyyəsi kəsb etməklə özünün siyasi və mədəni özünəməxsusluğunu qoruyub saxladı. Mədəniyyətin çiçəklənməsi Koqurye dövrünə (X – XIV əsr) və Çoson (XIV – 1910 il) dövrünə təsadüf edir. Koreya uzun müddət Yaponiyanın hökmranlığı altında olmuş və II Dünya müharibəsindən sonra iki dövlətə – Koreya Xalq Respublikası və cənubda Koreya Respublikasına bölündlü.


Ardı →

Afrika mədəniyyəti

Gözəllik yarışlarında, artıq, afrikan və filipinli qızlar da iştirak etməklə Qərb zövqünün ağ irqlə qapanmışlığını dağıdırlar. XX-XXİ yüzillərin musiqi sənəti isə iş o yerə gəlib çatıb ki, qaradərili müğənnilərsiz — Maykl ceksonsuz, Tupaksız, filansız  çəlimsiz görünür.

ABŞ-da cazın yaradıcıları olan zəncilərdən sonra musiqinin qapıları Afrika soylu musiqiçilərə taybatay açılmışdı. Rep, Hip-hop musiqilərindən sonra isə Şou sənətində, artıq, qlobal planda zəncilərdə dəb yarandı. Amerikanın kültür ekspansiyası bütün dünyanı zənci Şousuna öyrəşdirdi. İş hətta o yerə çatdı ki, Rusiyada belə, oxuyanların, çalançıların arasında rusdilli zəncinin olması səhnə görüntüsünə post-modernist cizgilər vurdu. Lui Armstronqacan iri zənci dodaqları arasından görünən yekə dişlər «nə qədər eybəcərdirlər» deyimini təsdiq edirdi. Lui Armstronqun bütün dünyaya yayılmış şəkillərindən sonra elə bir durum yarandı ki, hətta rus səhnəsində də zənci dişağartısı estetik effektə çevrildi.


Ardı →

Fələstin, Finikiya və Suriya mədəniyyəti

Qədim Finikiya təxminən müasir Livan dövlətinə uyğun bir ölkə idi. Şərqi Aralıq dənizi sahilindən şərqə doğru uzanan ərazini Suriya, Finikiya və Fələstin tuturdu. Finikiyalılar semit dilli tayfalardandır idi, onların dili yəhudilərin dilinə çox bənzəyirdi. Ölkə Aralıq dənizinin sahillərində yerləşdiyi üçün buranın əhalisi dənizçilik sahəsində böyük nailiyyətlər əldə edərək qədim dünyanın ilk ticarətçi xalqına çevrişmişdi. Çox da böyük olmayan bu xalq sonralar Avropa mədəniyyətinin formalaşmasına əhəmiyyətli dərəcədə təsir göstərmişdi. Bu prosesə ticarət əlaqələri, həmçinin geniş şəkildə yayılmış müstəmləkələr kömək edirdi. Digər Asiya ölkələrindən fərqli olaraq, Finikiya şəhər-dövlətlərin (Tir, Sidon, Palmira və s.) federasiyasını təşkil edirdi. Bu şəhərlərin başında şah dururdu. Onların hakimiyyəti kahinlər, adlı-sanlı və zəngin tayfalar şurası xalq yığıncağı (veçe) tərəfindən məhdudlaşdırılırdı.


Ardı →

Vyetnam mədəniyyəti

Vyetnamlılar çox zəngin və unikal mədəniyyətə malik sülhsevər bir xalqdır. Vyetnamın əksər əhalisini vyetlər və 50-dən çox azsaylı xalqlar təşkil edir. Bunlar: txay, txo, nunq, mionq, tiyam, kxmer, xaray, edə və başqalarıdır.
Vyetnam haqqında əksər təsəvvürlər eramızdan əvvəl 2000-ci ilə təsadüf edir. Qədim əfsanəyə görə ölkənin hökmdarı əcdaha – imperator Lak Lonq dağlara gəzintiyə çıxaraq orada pəri quşu Aukoya rast gəlmiş, sevib ailə qurmuşlar. Əcdaha və pəri quşunun 100 uşağı dünyaya gəlmişdi. Onların yarısı əcdaha ata ilə düzənliyə, yarısı isə anası ilə dağlara getmişlər. Hər il harada olmağından asılı olmayaraq Aukonun əcdadları ruhlara sitayiş etmək üçün vətənlərinə dönürlər. Əfsanəyə görə vyetnamlılar bir anadan olan qardaşların əcdadlarıdır.
Arxeoloji qazıntılar bir daha göstərir ki, vyetnamlıların çox qədim tarixi vardır. XX əsrdə artıq bütün dünyada tanınmış Xoabin mədəniyyəti mezolit dövrünə, Bakşon mədəniyyəti neolit dövrünə aid edilmişdir.


Ardı →

Barokko mədəniyyəti

XVII əsr Yeni dövrün milli-mədəni inkişafında müstəsna rol oynadı. İtaliya, İspaniya, Flandriya, Hollandiya, Fransa kimi ölkələrin hər birinin özünəməxsus bədii ənənələrə və milli bədii məktəblərə malik olması XVII əsri mədəniyyət tarixində yeni mərhələ kimi nəzərdən keçirməyə imkan verir. Bu ölkələrin milli xüsusiyyətləri onların ümumi cəhətlərə malik olmasını istisna etmir.

XVI əsrin ortalarından XVII əsrin sonunadək İtaliya incəsənəti Katolik ilahiyyatı, siyasəti və mədəniyyəti Reformasiyaya qarşı yönəlmiş kontrreformasiyanın təsiri altında idi. Kontrreformasiyanın əsas silahı hökumətə tabe olmayan və başqa dinə qulluq edənlərə qarşı mübarizə aparan inkvizisiya idi. 1555-ci ildə Roma papası IV Pavel xristianlığın əsas ehkamlarını elan etdi. Burada insanların öz günahlarını etiraf edərək tövbə etmələrindən, öz ruhunu bütünlüklə Allahın ixtiyarına vermələrindən, beləliklə də, həqiqəti dərk etməyə və Allahla birləşməyə çalışmaqdan söhbət açılır. Bu dini ideyalar İtaliyada XVI əsrin 80-ci illərində yaranan barokko üslubunun əsasını təşkil edərək onun əsas xüsusiyyətlərini müəyyənləşdirdi.


Ardı →

Monqolustan mədəniyyəti

Monqolustan, əsasən dağlıq ölkə olub, ən böyük silsilələri -Monqol Altayı (4362 m), Qobi Altayı (3957 m), Xanqayı (3539 m) əhatə edir. Onun mərkəzi hissəsində Xentey yaylası yerləşir. Müasir Monqolustan ərazisi geoloji cəhətdən Ural-Monqolustan qırışıqlı geosinklinal qurşağının bir hissəsini təşkil edən Mərkəzi Asiya sisteminə daxildir.

Monqolustanın tarixinə nəzər saldıqda Aşağı Paleolit dövründən məskunlaşdığı məlum olur. Yuxarı Paleolit dövründə Monqolustanın qədim əhalisi arasında matriarxal-qəbilə quruluşu mövcud idi. Neolit dövründə əhalinin əsas məşğuliyyətinin ovçuluq və balıqçılıq olduğu sübut edilir. Neolitdən Eneolitə keçiddə isə, ölkənin cənub vəşimal rayonlarında əkinçiliyə keçid başlandı. Tunc dövrünün sonu – Dəmir dövrünün əvvəlində (e.ə. I minillik) monqol tayfaları köçəri maldarlığa keçərək patriarxal-qəbilə quruluşunu formalaşdırır. Tarixin axarında ölkənin ictimai-siyasi aləmində dəyişikliklər təzahür olunur: belə ki, e.ə. IV-III əsrlərdə xüsusi mülkiyyət yaranır, mübadilə başlanır, feodalizm münasibətləri formalaşır.


Ardı →

Şimali Avropa intibahı

XV əsrdəki humanist hərəkat İtaliyanın hüdudlarından kənara nüfuz etməyə başlayırdı ki, bu da İntibahın vətənindən şimaldakı ölkələrin mədəniyyətinə də güclü təsir göstərirdi. Ona görə də Şimali Avropa İntibahı ifadəsinin işlədilməsi məntiqə müvafiq səciyyə kəsb edir. Bu intibahın əsas dayaqlarına İngiltərə, Almaniya, İspaniya, Niderland, İsveçrə və Fransa ölkələri daxildir.

Şimali Avropa intibahın xüsusiyyətlərini anlamaq üçün Qərbi Avropadakı istlahatçılıq istiqamətlərinin xarakteristikası ilə tanış olmaq vacibdir. İslahat hərəkatı Almaniyada başlayaraq tədricən Qərbi Avropa ölkələrinin əksəriyyətinə nüfuz etdi. Bu feodal cəmiyyətin özəyindəki ən ciddi dəyişikliklərlə izah olunurdu. Yetişən milli burjuaziya artıq ortodoksal katolitizmin fanatizmi, asketizm, Vatikan xidmətçilərinin ikiüzlülüyü ilə barışa bilmirdi. İslahatın təşəkkülündə İtalyan İntibahı ideyalarının rolu böyük əhəmiyyət kəsb etdi.


Ardı →

Exnaton dövrü incəsənəti

Exnaton dövrü mədəniyyəti

Ehtimala görə, IV Amenxotep hakimiyyətinin altıncı ili (təxminən e.ə. 1360-cı il) yeni ibadət mərkəzi yaratdı. O, Amon məbədi güclü olan paytaxtı Fiv şəhərini tərk etməli oldu. Misirin orta hissəsində (indiki əl-Amarna) Nilin sağ sahilində yeni paytaxt saldırdı. Adını yeni ibadətin  şərəfinə Axetaton, yəni «Günəş üfüqü» qoydu. Belə təsəvvür yaradılmışdı ki, Axetaton, ən qədim dövrlərdən guya günəşin məskəni olmuşdur. Şəhər  ətrafı əhalisi, torpağı, suyu, çölü və dağları ilə birlikdə Günəşin mülkü elan edildi. Eyni zamanda, firon Amenxotep (yəni «Amon

məmnundur») adını dəyişdirib Exnaton («Günəşə sərfəli») qoydu. Digər şəxsi adlarda Amon Aton ilə əvəz edildi. Exnatonun ailə üzvləri, onu  əhatə edən  əyanlar buna uyğun olaraq adlarını dəyişdirməli oldular. Digər yerli allahlara ibadət sıxışdırıldı. Exnatonun dini islahatı  təkallahlığa doğru atılmış ilk addım idi. Exnaton ömrünün son ilini Axetatonda yaşadı.


Ardı →

Misir memarlığı

Qədim Misir Şimali-Şərqi Afrikada Nil çayının vadisində və deltasında yerləşirdi. Qədim Misirin ən qədim və möhtəşəm memarlıq abidələri ehramlar idi. Ehramlar dünyanın 7 möcüzəsindən biridir. Qədim Misir Yer kürəsində ilk dövlət, dünya ağalığına iddia edən ilk qüdrətli imperiya olmuşdur. Bu dövlət xalqını tam itaətə gətirmiş güclü dövlət idi. Misir ali hakimiyyətinin əsas prinsipləri sarsılmazlığı və ağlasığmazlığı ilə seçilmişdir.
Misirin b.e.əvvəl XXVIII-I əsr memarlığında aşağıdakı əsas mərhələləri ayırmaq qəbul edilib; sülaləyə qədərki dövr (b.e.əvvəl IV minillik); Qədim şahlıq (b.e.əvvəl XXX-XXIII əsrlər); Orta şahlıq (b.e.əvvəl XXI-XVIII əsrlər); Yeni şahlıq (b.e.əvvəl XVI-XI əsrlər); Son dövrlər (XI əsr – b.e.əvvəl 332 il).
Ardı →

İntibah (Renessans)

«İntibah» — adlandırılan dövrü «Renessans» kimi də qeyd etmək məntiqə müvafiqdir. Fransızca eyni mənanı bildirən bu anlayışın beşiyi tarixən İtaliya olmuşdur. İntibah incəsənəti humanizm prinsipləri əsasında (latın sözü olan humanus – «insani» deməkdir) təşəkkül tapmışdır. Bu ideyalar XIV əsrdə təşəkkül taparaq XVXVI əsrin II yarısı ərzində digər Avropa ölkələrində vüsət tapdı. Humanistlər hesab edirdilər ki, hər bir kəs şəxsiyyət kimi inkişaf etmək azadlığına malikdir. Bu inkişafı isə o, öz qabiliyyətləri hesabına aparır. Daha çox incəsənətdə parlaq və tam təcəssüm tapan humanizm ideyalarının əsas mövzusu mənəvi və yaradıcı imkanları ilə zəngin olan harmonik inkişaf etmiş insan obrazı idi.

Renessans sənətkarlarının universallığı onların memarlıq, heykəltəraşlıq, rəngkarlıqla məşğul olması, öz sənətlərini təkmilləşdirmək üçün ədəbiyyat, poeziya, fəlsəfə, habelə dəqiq elmlərin öyrənilməsi ilə əlaqədardır. İntibah incəsənətində dünya və insan haqqında biliklərin elmi və bədii qovuşuğu başlıca əlamət kimi özünü göstərirdi.


Ardı →