Yerin daxili quruluşu

Yer daxili quruluşuna görə yer qabığı, mantiya və nüvədən ibarətdir. Ümumiyyətlə, yerin mərkəzinə doğru süxurların temperaturu və sıxlığı artır. Yerdə süxurların orta sıxlığı 5,5 q/sm3, səthdə 3,5 q/sm3, Yerin mərkəzində 12,9 q/sm3-dir. Yer qabığında dərinliyə doğru hər 100 m-də temperaturun arrması geotermik qradiyent adlanır və bu, təxminən 3ºC-dir. Süxurların temperaturunun 1ºC artması üçün lazım gələn dərinlik geotermik pillə adlanır (təxminən 33 m-dir). Fəal seysmik sahələrdə geotermik pillə kiçik, platforma sahələrdə isə böyükdür.
Davamı →

Sevgiliniz sizə nə dərəcədə uyğundur?

  • Sevgi
Uyğun ömür yoldaşına rast gəlmək qəliz məsələdir. Çünki əksər hallarda rastlaşdığımız insanlar bizə uyğun olmur və ünsiyyət məyusluqla sonlanır. Bu isə zamanla sevgiyə olan istəyi və marağı öldürür və «onsuzda bu dəfə də eyni nəticələnəcək» düşüncəsi bizi sıxır.
Bəs qarşımıza çıxan insanın bizə uyğun olub olmadığını, «həqiqətən onu tapdım» deyəcəyimiz insanı necə anlamaq olar ? 
Bunun üçün
Davamı →

Peşmanlıq hissi yaradan 10 şey

Bəzi şeylər vardır ki, insan keçmişi düşünərək təəssüf hissi keçirir və daim «ey kaş ki» sözünü işlədir. Bu da insanı indiki zamanda yaşamasının qarşısını alır. İnsan unutmamalıdır ki, onun indiki durumu, bir müddət sonra onun keçmişi sayılacaqdır. Odur ki, nə qədər gec deyil, keçmişə xoş xatirələr atmaq lazımdır.


Davamı →

I Riçard

Dünya tarixində «Aslan ürəkli Riçard» kimi məşhur olan ingilis kralı II Henrixin oğlu Fransanın Akvitaniya vilayətində doğulmuşdur. Bütün dünyada ləyaqət və alicənablıq rəmzi olan Riçardın həyatı gərgin vuruşlarda, döyüşlərdə və intriqalarda keçmişdir. O zaman Fransanın bəzi hissələri İngiltərənin əlində idi. Belə vilayətlərdən biri Fransanın cənub-qərb əyaləti olan Akvitaniya idi. Bu vilayəti və hersoq dərəcəsini ona atası bağışlamışdı. Lakin kralın üç oğlu vardı. Oğullar ataya qarşı qiyam qaldırdılar. Çünki böyük oğul bir varis kimi tezliklə kral olmaq, kiçik oğlu da öz payını almaq istəyirdi.
Davamı →

Aralıq dәnizi və ya Mediterrana

Aralıq dәnizi və ya Mediterrana 3 qitəni əhatə edən tarixi regiondur. Sahəsi 4 mln. km2-ə qədər olan bu ərazi oxşar coğrafi xüsusiyyətlərə malikdir. Dənizsahili ərazilərdə isti və quru yay, mülayim və rütubətli qış müşahidə olunur.

Aralıq dənizi ən qədim dövrlərdən gəmiçiliyin inkişafı ilə seçilmişdir. Uzun müddət regionun hər tərəfində inkişaf səviyyəsi təqribən eyni olmuşdur. Regiondakı tikililər memarlıq baxımından oxşar olmuşdur. Ticarət əlaqələri regionun hər tərəfində böyük satış bazarlarının yaranmasına, istehsal alətlərinin, kənd təsərrüfatı məhsullarının mübadilə edilməsinə şərait yaratmışdır.


Davamı →

Yüksəliş müsabiqəsi QABİLİYYƏT VERBAL imtahan sualları 2023

Sual 1

Hər bir xalqın tarixində silinməz iz qoymuş görkəmli qadınlar vardır. Azərbaycan xalqının da tarixində görkəmli qadın şəxsiyyətlər az olmamışdır. Onlardan biri də Azərbaycanın ilk qadın hərbi pilotu Züleyxa Seyidməmmədovadır.

Züleyxa Seyidməmmədova 1919-cu ildə Bakıda anadan olub. Valideynləri Züleyxanın ali təhsil alıb neft mühəndisi olmasını istəyirdilər. Amma onun arzusu təyyarəçi olmaq idi. O, 1934-cü ildә orta mәktәbi bitirdikdәn sonra Azərbaycan Sәnaye İnstitutunun mədən fakültəsinə daxil olur. Ali tәhsil alan Züleyxa 1935-ci ildә həmin institutda qızlar arasında paraşütlə tullanma üzrә birinci yeri tutur. Bu birincilik onun üçün hәr şeyin başlanğıcı idi. O öz yolunu seçmişdi.


Davamı →

Uşaqlara harada və nə zaman yox deməliyik?

Uşaqlarına “yox” demək bu gün bir çox valideynlər üçün ümumi problemdir. Yox deməyin mənfi nəticələrə gətirib çıxaracağından qorxan və bəzən necə davranacağını bilməyən valideynlərlə rastlaşırıq.

Bununla belə, valideynlik nə uşağın hər dediyinə “yox” demək, nə də onun hər dediyinə “hə” demək deyil. Valideynlik müsbət motivasiya elementlərindən istifadə etməklə uşağı nizam-intizam qaydaları çərçivəsində böyütmək bacarığıdır. Müsbət motivasiya və mənfi motivasiya çox vacibdir. Çünki bu, ümumiyyətlə ölkəmizdə tətbiq olunan mənfi motivasiyadır.
Davamı →

Uşaq tərbiyəsində cəzalandırma necə olmalıdır?

Uşaqda arzuolunmaz davranışı aradan qaldırmaq üçün adətən valideynlər cəza tətbiq edirlər. Ailələr ümumiyyətlə evdə asayişi qorumaq və uşağın intizam şüurunu artırmaq üçün cəza metodundan istifadə edirlər. Cəza, uşaq üçün lazımlı və uşaq tərbiyəsində vacib rol oynayan məqamlardan biridir. Amma bu üsul düzgün tətbiq edilmədikdə,
Davamı →

Fikrət Əmirov yaradıcılığının mirvarisi - Azərbaycan Kapriççiosu

Vətən eşqi sonsuz və intəhasızdır. Hər bir vətəndaş bu eşqi öz təbirincə izhar edir. İnsanlara vətən sevgisini aşılamaqda sənətkarların rolu daha böyükdür. Kimi sözü, kimi musiqisi, kimi təsviri sənət nümunələri ilə bu sevgini ifadə edir. Böyük bəstəkar Fikrət Əmirovun yaradıcılığında da vətənpərvərlik mövzusu mühüm yer tutur. “Mənim yaradıcılıq xəmirim xalq musiqisi ilə yoğurulub”, – deyən bəstəkar öz əsərlərində də məhz bu fikrə əsaslanan sənət inciləri yaradıb. Müxtəlif janrlı əsərlərində xalq musiqisi intonasiyalarından rişələnən melodiyalar onun hiss və duyğularını yüksək peşəkarlıqla sənətsevərlərə çatdırır.


Davamı →