Рейтинг
0.00

Birləşmiş Millətlər Təşkilatı

16 üzv, 17 topik

Ümumdünya Səhiyyə Təşkilatı

Ümumdünya Səhiyyə Təşkilatı — ÜST (World Health Orga­niza­tion  -   WHO)  -  1946-cı ildə yaradılmış və 1948-ci ildən BMT-nin ixtisaslaşmış müəssisəsi adlanır. ÜST demək olar ki, bütün ölkələri birləşdirir. ÜST-na 192 ölkə daxildir.
ÜST-nın baş orqanları aşağıdakılardır:
1.Ümumdünya Səhiyyə Assambleyası;
2.Icraedici komitə;
3.Katiblik.


Ardı →

BMT-nin Baş Assambleyası

BMT-nin Baş Assambleyası – BA – (General Assambly of the UN)  BMT-nin baş məşvərətçi orqanı adlanır və bu orqan BMT-nin üzvü olan bütün dövlətlərin sədrlərindən ibarətdir. Ona BMT-nin Nizamnaməsi çərçivəsində və ya onun hər hansı bir bölməsinin funksiyasına aid olan bütün məsələləri həll etməyə və ya təkliflər verilməsində vəkil edil­mişdir.
Baxmayaraq ki, Assambleyanın qərarı onun iştirakçısı olan ölkələr, dövlət və hökumətlər üçün hüquqi güc sayılmır, lakin dünya ictimaiyyətinin fikrini ifadə etdiyi üçün mühüm rol oynayır.


Ardı →

Kənd təsərrüfatı sahəsində təşkilatlar

BMT-nin Ərzaq və Kənd təsərrüfatı Təşkilatı ƏKTT- (Food and Agriculture Organization — FAO)  aclığa qarşı qlobal mübarizə məqsədilə 1945-ci ildə yaradılmışdır. Onun tərkibinə 174 dövlət üzv və bir beynəlxalq təşkilat – Avropa Ittifaqı daxildir.1946-cı ildən ƏKTT BMT-nin ixtisaslaşmış müəssisəsidir.
ƏKTT-nın əsas orqanları aşağıdakılardır:
1.Konfranslar;
2.Şuralar;
3.Katiblik.
ƏKTT-nın yerləşdiyi yer – Roma.


Ardı →

2.1. BMT-nin quruluşu. Əsas orqanları

XIX əsrdən başlayaraq cəmiyyət həyatının bir çox tə­rəf­lə­rinin beynəlmiləlçiliyə cəhd göstərməsinə can atması beynəlxalq əməkdaşlığın yeni formasını yaratmağın lazım olduğunu qarşıya qoydu. 1865-ci ildə yaranan – Ümumdünya Teleqraf Itti­faqı və 1874-cü ildə Ümumdünya Poçt Ittifaqı dünya icti­maiyyətinin yeni inkişaf mərhələsində ilk beynəlxalq universal təşkilat müəssisəsi hesab edilirdi.
Hazırkı dövrdə mindən çox müxtəlif hüquqi statusu olan beynəlxalq təşkilatlar vardır. Bu isə Mərkəzi BMT (Birləşmiş Millətlər Təşkilatı) olan beynəlxalq təşkilatlar sis­temi haqqında danışmağa imkan verir.


Ardı →

ECOSOC-Iqtisadi və Sosial Şura

BMT-nin Nizamnaməsinə uyğun olaraq iri təşkilatların və onların ixtisaslaşmış müəssisə və orqanlarının iqtisadi və sosial sahələrdə Iqtisadi və Sosial Şura – ISŞ (Econo­mic and Social Counsil -ECOSOC) əlaqələndirici orqandır.  ECOSOC-un altı funksional komissiyası vardır:


  • Statistik komissiya (Statistica Commission);

  • Inkişaf məqsədli elm və texnika üzrə komissiya (Com­mission on Sience and Technology for Development);

  • Inkişafa kömək komissiyası (Commission on Sustai­nable Development -  CSD);

  • Sosial inkişaf üçün komissiya (Commission for Social Development -  CSD );

  • Transmilli Korporasiyalar üzrə komissiya (Commis­sion on Transnational Corporations);

  • Narkotik vasitələri üzrə komissiya (Commission on Na­rcotic Drugs — CND);

Ardı →

Nəqliyyat və rabitə sahəsində təşkilatlar

Beynəlxalq Telekommunikasiyalar üzrə Ittifaq – BTI –(International Telecommunication Union — ITU) – 1994-cü ildə teleqraf, telefon, radio, radioverilişlərinin bey­nəlxalq əmək­daşlığı sahəsində elektrorabitənin səmərəli isti­fadə edilməsi məqsədilə 1965-ci ildə əsası qoyulan Beynəlxalq elektrorabitə ittifaqının yenidən qurulması ilə əlaqədar ola­raq yaradılmışdır.


Ardı →

BMT-nin Təhlükəsizlik Şurası

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası – (Council of Safety of the UN) BMT-nin fəaliyyətdə olan siy­asi orqanı, BMT-nin Nizamnaməsinə uyğun olaraq beynəl­xalq sülhün və təhlükəsizliyin qorunub saxlanması kimi vəzi­fələr ona həvalə edilmişdir. Şura beynəlxalq münasibətləri tənzim etmək, dövlətlər arasında hərbi toqquşmaya yol ver­məmək, hər bir təcavüzü aradan qaldırmaq və beynəlxalq sülhü təmin etmək üçün böyük səlahiyyətlərə malikdir.


Ardı →

BMT-nin Inkişaf Proqramı (UNDP)

BMT-nin Inkişaf Proqramı (United Nations Develop­ment Programme — UNDP) 1965-ci ildə BMT-nin geniş tex­niki yardım və xüsusi fondları bir proqramda birləşdirmək məqsədi ilə yaradılmışdır. BMT-nin Inkişaf Proqramı bu sis­temdə olan və soxsahəli iqtisadi və texniki cəhətdən ma­liyyələşdirən ən iri təşkilatları təmsil edir.
Məqsədi:


  1. milli inkişaf planı ilə əlaqədar olan onların iqtisadi və sosial inkişafının sürətlənməsinə daimi köməklik etmək məq­sədilə inkişaf etməkdə olan ölkələrə yardım göstərmək;

  2. iqkişaf etməkdə olan ölkələrə yüksək iqtisadi sə­viyyəyə çatdırmaq və bu ölkələrin əhalisinin sosial həyat şə­raitini yaxşılaşdırmaq üçün onlara köməklik göstərmək;

Ardı →

BMT-nin Iqtisadi və Sosial Şurası -ECOSOC

BMT-nin Iqtisadi və sosial şurası (Economic and Social Council — ECOSOC) 14 ixtisaslaşmış müəssisəni, 10 funksional komissiyanı, 5 regional komissiyanı əlaqələn­dirir, BMT-nin 11 fond və proqramından məruzə alır, üzv olan dövlətlərə və BMT sistemində olan təşkilatlara proqram xarakterli tövsiyələr verir.
ECOSOC üzərinə iqtisadi, dünya ticarəti, sənayeləş­dirmə kimi sahələrdə, həmçinin müxtəlif sosial quruluşa ma­lik olan dövlətlərin iqtisadi və sosial sahələrdə qarşılıqlı əməkdaşlığını inkişaf etdirmək və əlaqələndirmək kimi çox geniş və müxtəlif funksiyalar qoyulmuşdur. Təbii resurslar­dan istifadə etmə, insanların beynəlxalq hüquq və azadlıqla­rının müdafiəsi, qadınların vəziyyəti, əhali artımı, sosial tə­minat, elm və texnika, cinayətkarlığın xəbərdarlıq edilməsi və bir çox məsələlər belə funksiyalara aiddir.


Ardı →