Рейтинг
+71.59

Bilirsinizmi?

94 üzv, 610 topik

Ölkələrin ənənəvi içkiləri

Çika – Perunun evdə hazırlanan qarğıdalı pivəsidir. Perunun kiçik kəndlərində qapısına süpürgə və ucuna qırmızı torba asılan evlər görsəniz, bilin ki, içəriyə girib ləzzətli Peru Çikası içə bilərsiniz.

Klub Mate – Argentina, Boliviya, Peru, Çili kimi ölkələrdə “soyuq çay” kimi içilən Mate gecə həyatı mədəniyyətinin ən vacib parçasıdır. Kafein kimi oyandırıcı təsiri olan soyuq çayı gecə klublarında verərkən, vodka üçün yer açacaq qədər içirsiniz, sonra üzərinə alkol əlavə edilir.

Fernet Kola (Argentina) – Həzmə kömək edən, ədviyyatlı Fernet Kola çox məşhurdu və ən çox kola ilə içilir.
Davamı →

Boyun çevrəsinin ölçüsü nədən xəbər verir?

Alimlərin fikrinə görə, boynun çevrəsi insan sağlamlığından xəbər verir. Normada boynun çevrəsi qadınlarda 34,5 sm, kişilərdə — 38,8 sm qədər olmalıdır.

Mütəxəssislər sübut edir ki, bu ölçüləri olan insanlarda bir çox xəstəliklərin riski xeyli aşağı olur. Əksinə çevrənin artması bəzi çox ağır xəstəliklərin riskini artırır.

Bu xəstəliklər arasında:
— şəkərli diabet
— hipertoniya (yüksək təzyiq)
— ürək-damar sistemi xəstəlikləri
— infarkt
— yuxunun obstruktiv apnoe sindromu (yuxuda nəfəsalmanın müvəqqəti dayanması ilə müşayiət olunan ciddi pozulma. Bəzi ağır hallarda yuxunun obstruktiv apnoe sindromu hətta insanın yuxuda ani ölümünə səbəb ola bilər.)
— piylənmə
Davamı →

Sodadan istifadə

Bütün mətbəxlərdə olan və hər zaman istifadə edilən soda bir çox işlərə yarayır. Məsələn, səhər yuxudan oyananda boğazınız göynəyir və qızartı hiss edirsinizsə, dərhal yarım stəkan suyun içinə yarım çay qaşığı soda töküb qarışdırın və qarqara edin. Bunu səhər, günorta, axşam olmaqla 3 dəfə edin. Sonrakı səhər yuxudan oyandıqda bu narahatlığın keçdiyini görəcəksiniz.

— Gündəlik üz təmizləmə vasitənizin içinə yarım çay qaşığı soda əlavə edin və dərinizi 2-3 dəqiqə masaj edərək çəkin. Sonra üzünüzü yaxşıca yuyun.

— Dişlərinizi gündə 1 dəfə mütləq soda ilə fırçalayın.

Davamı →

Kiçik mətbəxi böyük göstərməyin yolları

Mətbəxiniz kiçik, dar və qarışıqdırmı? Narahat olmayın. Evdə xanımların çox vaxt keçirdiyi bu məkanı geniş, daha rahat etmək mümkündür.

Açıq rənglər istifadə etmək
Ağ və digər açıq rənglər işığı əks etdirdiyi üçün mətbəxi böyük göstərəcək. Bir az rəng qatmaq istəsəniz, rəngli stol, stul və kətillərə yer verin.

Açıq rəflərə şans verin
Mətbəxdə qapaqlı şkaflar görməyə adət etmişik. Ancaq açıq rəflər mətbəxinizin nəfəs almasını təmin edəcək. Yalnız tozunu almağa laqeyd yanaşmayın.

Şüşə qapaqlara üstünlük verin
Açıq rəflər mövzusunda tərəddüdünüz varsa, mətbəxinizə dərinlik qazandırmaq üçün şüşə qapaqlı şkaflar seçə bilərsiniz.
Davamı →

Düz qarın üçün sadə üsul

Qarın əzələlərini idman etmədən də möhkəmləndirmək mümkündür. Bunun üçün səhər belinizə lent və ya qalın bərk ip bağlayın və yalnız yatmazdan əvvəl açın.

Bu üsul sizə gün ərzində həddindən artıq çox yeməyə imkan verməyəcək — lent dartılacaq və bədəninizə girəcək ki, bu da diskomforta səbəb olacaq. Beləliklə siz heç bir pəhriz tutmadan arıqlaya bilərsiniz.

Həmçinin lentə görə siz qarın əzələlərinizi daim gərginləşmiş vəziyyətdə saxlayacaqsıznız ki, bu da trenajor funksiyasını yerinə yetirəcək, əzələləri daha möhkəm, qarnı daha yastı edəcək. Mütəxəssislər də bu üsulu effektli hesab edir.

Lakin nəzərə almaq lazımdır ki, lenti çox sıx bağlamaq olmaz. Bu daxili orqanların fəaliyyətinə mənfi təsir edəcək.
Davamı →

Meteohəssaslıq

Havanın kəskin dəyişilməsi, maqnit qasırğalar bir çox insanların səhhətinə və əhval-ruhiyyəsinə mənfi təsir edir. Buna meteohəssaslıq deyilir. Meteohəssaslıq bu və ya digər formada, demək olar, hər bir insanda var.

Meteohəssaslığın yüngül formalarında insan yorğunluq, yüngül baş ağrısı, əhvalın dəyişilməsi hiss edə bilər. Ağır formalarda isə güclü baş ağrıları, təzyiqin kəskin yüksəlməsi, ürək tutması kimi simptomlar meydana çıxır.

Havanın kəskin dəyişilməsi səhhətinizə daha az təsir etsin deyə, həkimlərin tövsiyələrinə əməl edin:

1. Fiziki və emosional gərginlikləri azaldın — daha az işləyin, daha çox dincəlməyə çalışın.
Davamı →

Uşaqla səyahət edənlərə məsləhətlər

Səfər və səyahət etmək müsbət təəssüratlarla bol olmasına baxmayaraq əksər hallarda yorucu olur. Həm nəqliyyatda keçirilən müddət, iqlimin və saat qurşağının dəyişməsi müəyyən növ fiziki narahatlıq və gərginlik yarada bilir. Körpə və ya uşaqla edilən səfərin valideyn üçün iki dəfə daha çətin olduğu hamıya məlumdur. Uşaqlar nəqliyyat vasitələrindən tez yorulur, hərəkət etmək üçün daha çox məkan istəyir, ürəkləri bulanır, yemək yeməkdə problemlər yaradır üstəlik yol yorğunluğu müxtəlif cür kaprizlər vasitəsilə özünü göstərə bilir. Uşaqlı valideynlərin səyahəti asanlaşdırmaq üçün bir neçə ipucu təqdim edirik:

Səyahətin vaxtını öncədən nəzərə almaq səfər ediləcək müddəti imkan daxilində gecə saatlarına planlaşdırmamaq və uşaqların vərdiş etibarilə daha rahat olduqları vaxta salmaq valideynlərə daha az stress yaşadacaqdır.
Davamı →

Körpəni qucağa götürmək faydalıdır

Yeni araşdırmalara əsasən daha çox qucaqda olan körpələr böyüdükdə daha sağlam, daha məhsuldar, daha anlayışlı, mehriban və daha az depressiyaya meylli olurlar. Darcia Narvaez araşdırması əsasında 600 böyük adamı müşahidə etmişdir. Müşahidələrə əsasən məlum olmuşdur ki, körpəlikdə daha çox qucaqlananlar böyüdükdə daha sağlam psixikaya malik olaraq, daha az psixoloji narahatlıqlar keçirirlər. Həmçinin bu insanlar stresin öhdəsindən daha yaxşı gəlirlər. 

“Qucaqlamaq fərq edir” deyən həkimlər, bu araşdırmadan sonra köhnə yanaşma olan ” qucağa öyrəşdirmə” anlayışının tamamilə süquta yetdiyini qeyd edirlər. Qucağa götürməklə körpənizin tərbiyəsini korlaya bilməzsiniz, əksinə ağlayan və mızıldayan körpə hər istəyində qucağa götürülməlidir.
Davamı →

Səhər gözəl saçlarla oyanmaq üçün

Yuxudan oyananda güzgüyə baxmağa qorxursunuz? Saçlarınız sizi dəhşətə salır? Elə bilirsiniz gözəl saçlarla oyanmaq ancaq kinolarda olur? Əslində isə bu, sandığınız kimi çətin iş deyil.

Yatmadan əvvəl saçlarınızı hörün
Yatarkən saçlar bir-birinə sürtünərək, elektriklənir və dolaşır. Bunun qarşısını almaq üçün edilə biləcək ən praktik yollardan biri saçları hörməkdir. Ancaq saçlarınızı quru ikən hörün və çox bərk sıxmayın.

Bir neçə damcı hindqozu yağı damcıladın
Saç uclarına sürtdüyünüz hindqozu yağı saçların elektriklənməsinin qarşısını almaqla yanaşı parlaq görünməsinə də yardımçı olur. Ancaq hindqozu yağını çox istifadə etməməyə və saç diblərinə sürtməməyə diqqət edin.
Davamı →

Yeməkdən sonra yatmağın zərərləri

Bir çox insanlar bilir ki, yeməkdən dərhal sonra uzanmaq və yatmaq olmaz. Lakin bunun səbəbləri bir çoxlarımız üçün dəqiq məlum deyil.

Həkimlər xəbərdarlıq edir — yeməkdən dərhal sonra uzanan və ya yatan insanda bəzi pozulmaların inkişafı riski xeyli artır.

1. Yeməkdən dərhal sonra uzanmaq və ya yatmaq ezofagit xəstəliyinin riskini artırır. İnsan uzandıqda mədədə olan turş kütlənin bir hissəsi geriyə — qida borusuna düşə bilər. Əgər bu hal tez-tez təkrarlanarsa, bu qida borusunun divarlarının iltihabına, divarlarda xoraların əmələ gəlməsinə səbəb olur. Qida borusunun iltihabı «ezofagit» adlanır. Ezofagit çox ciddi pozulma sayılır. Uzun müddət ərzində mövcud olan, müalicə olunmayan ezofagitin fonunda qida borusu xərçəngi inkişaf edə bilər.

2. Elmi araşdırmalar göstərib ki, yeməkdən sonra yatan insanda şəkərli diabet xəstliyinin riski artır.
Davamı →