Рейтинг
+71.59

Bilirsinizmi?

94 üzv, 610 topik

Cərrahlar niyə məhz yaşıl və mavi forma geyinir?

Heç düşünmüsünüzmü ki, əməliyyat otağındakı həkimlər nəyə görə ağ deyil, yaşıl, yaxud mavi rəngli forma geyinirlər?

İlk öncə tibb işçilərinin hamısının geyimi ağ rəngdə olub. Lakin 1914-cü ildə nüfuzlu həkimlərdən biri bu rəngdən imtina edərək əvvəlcə yaşıl, sonra isə mavi rəngi seçdi. Məsələ burasındadır ki, cərrah baxışlarını qanın tünd rəngindən həmkarlarının xalatına yönəldərkən ağappaq rəng bir neçə anlıq onu kor edə bilər. Eyni şeyi biz evdən çıxarkən günəşli havada qara baxanda yaşayırıq.
Davamı →

Yoxsulluğa proqramlaşdıran 7 vərdiş

Bilirsinizmi ki, vərdişlərimiz fiziki və emosional vəziyyətimizə təsir edir, davranışlarımız həyatımızı proqramlaşdırır, hətta maddi durumumuzu müəyyənləşdirir. Hətta elə vərdişlər var ki, onları vaxt itirmədən tərgitməli və hər vəchlə özümüzdən uzaqlaşdırmalıyıq. Məsələn, vərdiş halına çevrilən 7 xüsusiyyət var ki, onlar nəinki insanın yoxsulluğundan xəbər verir, hətta insanı ona proqramlaşdırır.

1. Özünə yazığı gəlmək
Özünə mərhəmət hissi taleyində yaşanmış uğursuzluqlara təəssüflənməklə başlayır. Nə bədən quruluşu, nə siması, nə maaşı, nə mənzili ürəyincə olur. Hər xırda problem, uğursuzluq özünə yazığın gəlməsi üçün bəhanə ola bilər. Özünə yazığı gəlməyi vərdiş halına gətirən insanlar tezliklə ətrafdakıların gözündən düşür. Nəticədə bütün yaxşı əlaqələrini itirir, karyerada uğur əldə edə bilmir. Əlbəttə ki, zavallıya yazığı gələn tapılar. Lakin həmin zavallı unutmamalıdır ki, həyatda özünə yazığı gəlməklə işini bitmiş saymamalıdır. Boş dayanmamalı, hansısa şirkətin zəng edib onu işə çağırmasını gözləməməlidir.
Davamı →

İt, yoxsa pişik?

Pişik saxlamaq istəyənlərlə it həvəskarları arasında hər zaman gizli mübarizə gedir sanki. Hərə öz seçimində haqlı olmağa çalışır. Lakin elm adamları heyvansevərlərə müjdə olan araşdırmanın nəticəsini təqdim edib. 600 universitet şagirdinin iştirak etdiyi araşdırmada it və pişik sevərlərin fərqli və ortaq xüsusiyyətləri ortaya qoyulub. 

Davamı →

İynələrdən sonra qalmış şişləri necə yox edək?

Bəzən iynə vurulan yerlərdə (əsasən bu sağrı nahiyəsi olur) şişlər, bərkimiş sahələr əmələ gəlir. Bu şişlər insanlara ağrı və narahatçılıq verir. Belə şişlər iltihablaşa və irinləyə bilər ki, nəticədə bu problemi yalnız cərrah həll edə bilər.

Bu vəziyyətə çatdırmamaq üçün ilk növbədə inyeksiyanın vurulması yalnız mütəxəssis tərəfindən həyata keçirilməlidir. İnyeksiyanın texnikasına dəqiqliklə riayət etmək, uzun iynəsi olan şprislərdən istifadə etmək bu problemin qarşısını alır. İnyeksiya zamanı pasiyent əzələni boş saxlamalıdır — bu şişlərin əmələ gəlməsinin profilaktik tədbirlərindən biridir.
Davamı →

Təhlükəli yastıqlar

Bəzi insanlarda tez-tez öskürək, boğazda quruluq, gözlərin yaşarması kimi simptomlar müşahidə olunur.

Həkim-həkim gəzən bu insanlar illər ərzində problemin səbəbini və həllini tapa bilmir. The Daily Mail xəbər verir ki, amerika alimlərinin fikrinə görə, bir çox hallarda bu simptomların səbəbi yastıqlarda yaşayan mikroskopik gənələrin ifrazatlarına olan allergik reaksiyadır.

Bu gənələr insanlar üçün təhlükəli deyil, lakin onların ifrazatlarının tərkibində olan enzim bir çox insanlarda allergiyaya səbəb olur. Keçməyən «səbəbsiz» öskürək, burun axması, boğaz quruluğu və s. isə məhz allergiyanın simptomlarıdır. Astmadan əziyyət çəkən insanlarda simptomlar daha da ağır ola bilər.
Davamı →

Saç rənginiz xarakterinizdən xəbər verir

Saç rənginə baxaraq insanların xarakterini öyrənə bilərsiniz. Bəli, araşdırmalar göstərib kİ, insanın saç rəngi onun xarakteri haqqında ipucları verir. Təbii ki, burada söhbət təbii saç rəngindən gedir.

1. İradəli və istiqanlı 

Sarışınların iradələri çox güclü olur. Nə istədiklərini bilirlər və onu əldə edənə kimi mübarizə aparırlar. Kommunikativ dil qabiliyyətləri var. İstiqanlıdırlar, tez ünsiyyət qura bilirlər. 
Davamı →

Yuxuda danışmaq

Uşaqların 50 %-i, böyüklərin isə 5 %-i yuxusunda danışır. Mütəxəssislər hələ də tam səbəbi bilinməyən bu halın kişilərdə daha çox görüldüyünü deyir. Yaxşı, bəs gecənin bir yarısı yanınızdakı adam yuxusunda danışarsa, nə edəcəyinizi bilirsizmi?

Yuxuda danışmaq nədir?
Yuxuda danışmaq yuxunun hər hansı bir mərhələsindən dolayı yaranan narahatlıqdır. Anlaşılmayan dialoqlar, monoloqlar, tamamilə mənasız sözlər və mırıldanmaq şəklində olur. Yuxusunda danışan adamlar özləri bu hərəkətlərindən xəbərsiz olurlar.
Davamı →

Bədənimizdəki elektrik yükündən necə xilas olaq?

Gündəlik vərdişlərimiz bədənimizdəki elektromaqnit kirliliyini artırır. Mütəxəssislər isə bundan xilas olmaq və yenidən enerji yığmaq üçün 3 yol məsləhət görür.

Elektromaqnit kirlilik mobil telefonlar başda olmaqla bütün elektrik cihazlarından yayılan dalğalardan qaynaqlanır, stress və bədən yorğunluğuna səbəb olacaq elektrostatik yükü artırır. Hər səhər duş qəbul etmənin bütün bədəni elektromaqnit yükündən xilas edəcəyi, insanı stress və yorğunluqdan qurtaracağı bildirilir.

İnsanları tənbəlləşdirir
Stressə səbəb olan elektromaqnit kirliliyinin zərərlərindən biri insanı tənbəlləşdirməsidir. Bu təhlükədən qorunmaq üçün sağlam qidalanmaqla yanaşı elektrik cihazlarını mümkün olduqca balanslı istifadə etməlisiz. Gündəlik qidalanmada immuniteti gücləndirəcək qidalara çox yer verməlisiz. Saçınızı saç qurutma aləti yerinə təbii şəkildə qurudun. Mobil telefon yerinə ev telefonundan çox istifadə etməklə elektromaqnit kirliliyi azalda bilərsiz.
Davamı →

Düyünü bişirməzdən əvvəl yuyun

Alimlər sübut edib ki, düzgün bişirilmədikdə düyü sağlamlığımıza ciddi ziyan vura bilər. The Daily Mail xəbər verir ki, Belfast Kral Universiteti alimləri düyüdə çoxlu miqdarda «arsen» adlı zəhərli maddəni aşkar edib. Bu maddə düyüyə torpaqdan və sudan düşür. İstənilən digər məhsullarla müqayisədə düyüdə arsenin miqdarı 10 dəfə çoxdur.

Arsen güclü zəhərdir və orqanizmdə toplanaraq xərçəng, ürək xəstəlikləri, diabet, sinir sistemi pozulmalarının riskini xeyli artırır.

Düyüdə arsenin konsentrasiyanı azaltmaq üçün həkimlər düyünü yaxşı yumağı və axşamdan səhərə qədər bol suda islatmağı tövsiyə edirlər. Bu halda aresin miqdarı düyüdə 80%-ə qədər azalır.
Davamı →