Рейтинг
+71.59

Bilirsinizmi?

94 üzv, 610 topik

Yayı olmayan il

Bu hadisələri təsvir edəndə adətən başdan danışırlar, amma bu dəfə icazə verin, mən sondan başlayım.
1816-cı ilin iyun ayıdır. Cenevrə gölünün sahillərinə istirahətə gələn bir qrup ingilis ziyarətçi özlərini dörd divar arasına könülsüz həbs edib. Hava o qədər soyuqdur ki, axşamlar villanı isitmək üçün az qala bütün buxarıları qalamaq lazım gəlir.
Villanın dustaqları arasında gələcəyin məşhurları Bayron, Persi Şelli və Meri Godvin də var – sonuncunun adı sizə tanış gəlmədisə, gələcəkdə Meri Şelli. Çox güman, uzun söhbətlərin mövzusu yenə də siyasət və qeybətdir, amma, inter alia, kültürdən və sənətdən də danışırlar. Bir də ən yaxşı XIX əsr adətlərinə uyğun şəkildə kitab oxuyurlar – yəni bir nəfər bərkdən oxuyur, digərləri diqqətlə qulaq kəsir. Onların hansı kitabı oxuduğu bizə dəqiq məlumdur: Fantasmagoriana. Alman qorxulu nağıllarının fransız dilində anonim antologiyası.

Davamı →

Duz haqqında

Keçmişdə duz çox bahalı idi. Duz pul kimi istifadə olunurdu, duz müharibələrin və çaxnaşmaların səbəbi olurdu.
Süfrəyə duz bahalı qablarda verilirdi, duz bolluğun, varlılığın rəmzi sayılırdı. Bəzi xalqlarda (ruslar, ukraynalılar və s.) hörmətli qonağı çörək və duzla qarşılamaq adəti indiyə kimi qalmaqdadır.
Keçmiş əsrin 60-cı illərində duza «ağ ölüm» adını verdilər və bir çox xəstəliklərin taqsırkarı (hipertoniya, ürəyin işemik xəstəliyi, böyrək çatışmazlığı, piylənmə və s.) kimi qələmə verdilər.

Davamı →

Paraşütü kim icad edib?

Leonardo da Vinçinin ideyaları rus aktyoru və ixtiraçısı Qleb Kotelnikovun ölməz dizaynına necə sirayət etdi
İxtira demək olar ki, mükəmməlliyə gətirildikdə, hər kəs üçün əlçatan olduqda, bizə elə gəlir ki, bu predmet əbədi olmasa da, heç olmasa çoxdandır ki, mövcuddur. Bu radio və ya avtomobil ilə əlaqəli olmasa da, paraşütlə demək olar ki, təxminən belədir. Hər bir ixtiranın mütləq bir doğum tarixi və mütləq bir «valideyni» mövcuddur.

Davamı →

Qara qızıldan yaşıl qızıla?

Son zamanlar marixuana (çətənə kolu, kannabis) Azərbaycan ictimaiyyətində müzakirə edilən mövzulardan birinə çevrilmişdir. Lakin KİV ictimaiyyətə bu bitki barədə dolğun məlumat verə bilməmiş, əksinə zehinlərdə daha çox sualların yaranması və köhnə stiqmaların yenidən canlanmasını şərtləndirmişdir.
Beləliklə, marixuana nədir, haradan gəlir və ondan kimlər istifadə edir?
Arxeloji qazıntılara əsaslanaraq demək olar ki, marixuana ilk dəfə baba yurdumuz olan Orta Asiyada kütləvi şəkildə istifadə olunub. Eramızdan əvvəl 2737-ci ildə qədim Çin İmperatoru, çin xalq təbabətinin banisi Şen Nung yazılarında çətənə kolunu ağrıkəsici, sakitləşdiri bir bitki kimi klassifikasiya edir.

Davamı →

Süni ət – gələcəyin qidası

Əslində süni ət yaratma üzrə işlər artıq kifayət qədər uzun yol keçib. Süni ətdən ilk hamburger hələ 2013-cü ildə holland biomühəndisləri tərəfindən yaradılmışdı və bu proses ümumilikdə 250 min avroya başa gəlmişdi. 2018-ci ildə isə İsraildə ilk süni steyk hazırlanıb. Bu zaman nazik ət diliminin qiyməti artıq 50 dollar idi. Amma bu layihənin üzərində işləyən mütəxəssislərin öz sözlərinə görə bu ətin orqanoleptik xassələri, yəni kobud desək dadı hələ idealdan uzaq idi.

Davamı →

Konspiroloji nəzəriyyələr: nədir və kim yaradır

Bəzi insanlar dünyaya baxışlarını, öz qlobal mənzərələrini konspiroloji nəzəriyyənin köməyilə qururlar. Sözügedən nəzəriyyələrdə tez-tez rasional, ya da elmi-təbiət nöqteyi-nəzərindən əcaib, absurd fərziyyələrdən istifadə olunur: məsələn, guya Yer kürəsi müstəvi şəklindədir, insanların davranışlarını reptiloidlər idarə edir, koronavirus pandemiyası isə qəsdən, hamıya çip qoymaq üçün uydurulub. İnsanlar belə şeylərə niyə inanırlar? Onları öz problemlərinin izahını hansısa hökm sahibi bir qrupun gizli sövdələşməsində axtarmağa nə vadar edir?

Davamı →

Geni dəyişilmiş meyvələr nədir?

Tüstü burumları göyə qalxar, ocaq alışdıqca təndir qızarar və divarlara dən düşərdi.
Üzünə yumurta yaxılmış xəmir kündələr divara yapılandan sonra təndirin ortasında korun-korun yanan ocağın təsirindən get-gedə allanardı. Buğda unundan bişən çörəyi təndirdən çıxaranda onun xoş və məftunedici ətri xeyli aralıdan hiss edilərdi…
Bostanda çəpərlərə dırmaşan xiyar, pomidor tağları iki göz istəyirdi ki, tamaşasına dursun. Eyni tağda yetişən məhsulların görkəmi də bir-birindən fərqli idi: biri uzun, biri gödək, biri yumru, biri yastı, biri əyri, biri sivri… Əlbəttə ki, kənddə doğulanlar və yaşayanlar üçün tanış mənzərələrdir. Amma elə bil ki, digər dəyərlər kimi onlar da qəhətə çəkilib…

Davamı →

Ölüm və onun növləri

Ölüm canlı orqanizmin həyat fəaliyyəinin labüd sonudur. Səbəblərinə görə 2 cür olur:
1. Fizioloji (təbii)
2. Patoloji (vaxtından əvvəl).
Həddindən artıq qocalmış orqanizmin həyatının başa çatması fizioloji ölüm sayılır. Fizioloji ölüm canlı orqanizmin qocalıqla əlaqədar olaraq bütün həyati funksiyalarının başa çataraq sönməsi nəticəsində baş verir. İnsanlarda fizioloji ölümə nadir hallarda rast gəlinir.

Davamı →

Tərcümədə üslub incəlikləri

Tərcümə prosesi zamanı müəlli­fin hisslərini, ruhi vəziyyəti­ni, müşahidələrini olduğu kimi çatdırmaq heç də asan deyil. Bunun üçün böyük lüğət ehtiyatına malik olmaq da kifayət etmir. Bəzən tərcüməçi yaratdığı mətnə daha artıq ifadəlilik, hissiyyatlılıq vermək üçün qəsdən müxtəlif üslublardan istifadə edir.
Bənzətmələrin, mübaliğələrin, müqayisələrin tərcüməsi əksər mütərcimləri öz işlərinə həddən artıq diqqətlə yanaşmağa məc­bur edir. Qeyd edək ki, ekspressiyanın, yəni mətnin təsir gücünün tərcüməsi problemi təkcə təcrübəsiz yox, peşəkar mütərcimləri də çətin vəziyyət­də qoyur.

Davamı →

Azərbaycanın müharibə uşaqları və onların qorxuları

Axşam saat 10-da uşaqlar, yaşlılar, qocalar, hamilə qadınlar maşınlara əyləşdirilir və kəndlərdən çıxarılaraq qəbirstanlığının ətrafına, rayon mərkəzlərinə aparılırdı.
Kənd yolu və magistralların hər iki tərəfi içərisi insanlar və zəruri yüklərlə dolu maşınlarla əhatə olunmuşdu.
Kişilərdən bir qismi öz ailə üzvləri ilə birgə evdən çıxır və onlarla birlikdə maşında gecələyir, bəzi kişilər isə ailəsini çıxardıqdan sonra evinə qayıdır. Maşınların şüşələrindən həmin ailə başçısının axrasınca bir neçə narahat göz baxır.

Davamı →