Рейтинг
+71.59

Bilirsinizmi?

94 üzv, 613 topik

Yelpiyin tarixcəsi

yelpikYelpik qədim tarixə malik bir əşyadır. Onun yaranması ilə bağlı müxtəlif rəvayətlər mövcuddur. Onlardan biri  imperatriça Von Vanla bağlıdır.

  3 min il bundan əvvəl qızmar,isti və bürkülü yay günlərinin birində imperatriça sarayın bağında istirahət edirdi. Hava dəhşət bürkü idi, külək belə əsmirdi. İmperatriça yalnız bağdakı fəvvarədən çıxan sərin su ilə rahatlıq tapır və əlindəki böyük yaşıl yarpaqla özünü sərinlədirdi. Onun üzündə xəfif bir təbəssüm var idi, öz ideyasından olduqca məmnun görünürdü. Bu kiçik, lakin eyni zamanda dahiyanə ideya sonradan qədim adətlər tarixində uzun bir yol keçir. Çin rəvayətinə görə, yelpiyin tarixi belə başladı.


Ardı →

Sirləri ifşa edənlər

paparassi  Əslində onlar 50-ci illərin sonlarında meydana çıxıblar. Şirin, xəyali həyatın episentrində — italyan kino ulduzları və digər vacib personaların yaşadığı Roma şəhərində. Foto kameralar varlıları və məşhurları bir dəqiqə belə obyektivin diqqətindən kənara qoymayaraq daimi gərginlikdə saxlayırdılar. Onlar Lambaretta və Vespa markalı motorollerlərində gəzirdilər. Misir kralı Fərruxu əsəb sarsıntısı keçirməyə, Anita Ekberqi oxla «atəş açmağa» məcbur etmişdilər. Riçapd Barton onları ölümlə hədələmişdi. Cekki Kennedi onları görəndə qorxurdu. Qalmaqalçı fotoqraflar üçün adı Federiko Fellini tapıb. Fellini onlardan birini «Şirin həyat» filminin personajına çevirərək Paparasso adını vermişdi. 
   
   Dahi rejissor «Şirin həyat» filmini məşhur jurnalist Ennio Flayanonun ssenarisi əsasında çəkib. Qəhrəmanını da uşaqlıq dostunun şərəfinə belə adlandırıb. Amma «paparassi» sözünün necə yaranmasına dair başqa bir versiya da mövcuddur — Guya Fellini bu adı XIX əsrdə yaşamış yazıçı Corc Qissinqin əsərindən götürüb. (Onun qəhrəmanı Kariolano Paparasso mehmanxana sahibi idi).
Ardı →

Dırnaqda ağ xətlər niyə meydana gəlir?

«Zülal əskikliyi, kalsium, selenium, dəmir, sink kimi mineralların və folik turşusu, B12 vitaminlərinin qeyri-kafiliyindən dırnaqlarda bəzi çatışmamazlıqlar meydana gəlir. Bunlar daha çox qırılma, çatlama, kobudlaşma və təbəqələşmə şəklində də ola bilər. Ən diqqətə çarpan nümunəsi isə dəmir çatışmamazlığı anameyasında qaşıq dırnaq dediyimiz dırnağın qaşıq içi kimi çuxurlaşmasıdır».

Vitamin çatışmazlığı ilə əlaqəsi yoxdur!
Dırnaqlarımızda müəyyən vaxt ərzində ağ xətlər və ya nöqtələr çıxır. Xalq arasında vitamin qeyri-kafiliyi ilə bağlı meydana gəldiyi deyilən bu vəziyyətin vitamin çatışmamazlığı ilə bağlı olmadığını deyən Koca belə davam edir: «Bu ağ xətt və nöqtələr hər hansı bir zərbə, manikür və ya başqa bir səbəbdən dırnağın içərisinə hava qabarcıqlarının girməsi nəticəsində meydana gələr.
Bunun vitamin çatışmamazlığı ilə heç bir əlaqəsi yoxdur. Narahat olmağa heç bir səbəb yoxdur. Yalnız bizi görünüş olaraq narahat edə bilər».

Sağlam dırnaqlar üçün
Dırnaq quruluşu üçün lazımlı olan zülal və vitaminlər (Folik turşusu, B12) üçün ət və quru paxlalılar kafi miqdarda istifadə olunmalıdır.
Gündə 2-3 stəkan süd və qatıq dırnaqlar üçün lazım olan zülal və kalsium cəhətdən əhəmiyyətlidir. Dəmir çatışmamazlılığını təmin etmək üçün ət, yumurta, quru paxlalılar (dəmirin aktivləşməsi üçün C vitaminini təmin edən qidalardan alınır) və tünd yaşıl yarpaqlı tərəvəzlər süfrələrdə olmalıdır.
Gündə 5-9 boşqab müxtəlif rənglərdə təzə tərəvəz və meyvələrlə dırnaqların ehtiyacı olan vitamin, minerallar və antioksidanların alışı təmin edilə bilər. Sink təmin edən balıq və digər dəniz məhsulları həftədə 2-3 dəfə qəbul olunmalıdır. Gündə orta sayla 2 litr su mütləq içilməldir.
Davamı →

Ev heyvanlarının uşaqlara təsiri

Heyvanlar uşaqların inkişafında müsbət rol oynayır.  Uşaqların inkişafında müsbət rol oynayan heyvanlar, uşaqların sosial varlıq kimi yetişməyinə də təsir edir.
Mütəxəssislər məsləhət görür ki, heyvanları uşaqlara alınıb-satılan canlı kimi varlıq kimi təqdim etmək lazım deyil. Valideynlər heyvanları uşaqlara sevdirməyi və qayğısına qalmağı öyrətməlidir.
Türkiyəli uşaq psixoloqu Ayşən Kayahan heyvanların uşaq həyatında ciddi yer tutduğunu deyib. 

«Ev heyvanlarına oyuncaq kimi baxırlar»
O, bildirib ki, uşaqlar çox vaxt ev heyvanları ilə oyuncaqları səhv salır. Uşaqlar valideynlərdən evdə saxlamağa hansısa heyvan istəyir. Valideynlər isə uşaqların xahişini yerinə yetirib ev heyvanı alır. Uşaqlara heyvanları adi bir varlıq kimi tanıtmaq düzgün deyil. Çünki heyvanlar uşaqların gözündə lazımsız bir şey kimi formalaşmağa başlayır və heyvanları istədikləri vaxt tullaya biləcəyini düşünür. Halbuki, heyvanlarla uşaqlar arasındakı ünsiyyət düzgün şəkildə öyrədilsə, bu hər iki tərəfə də faydalı ola bilər. Xüsusən də uşaqların zehni inkişafının artmasına səbəb ola bilər. 
Ardı →

Çəkik gözlü, yoxsa?

cəkik gozlərYalnız Çinlilərin deyil,  Yaponların, Orta  və Cənub-şərqi Asiyada yaşayanların hətta Eskimosların belə gözləri  çəkikdir. Əslində  'çəkik gözlü'  olmaq tərifi qətiliklə səhvdir. Göz quruluşu dünyada bütün insanlarda eynidir. Fərqi yaradan yalnız göz qapaqlarıdır.

 Çəkik  gözlü deyə  xarakterizə edilən irqlərdə  gözün üzərindəki göz qapağının ikinci qıvrımı, gözün üstünə doğru daha çox enmişdir və bu vəziyyət gözün sanki daha darmış kimi görünməsinə səbəb olur. Yaxşı bu, nə üçün   belədir?

Bir   nəzəriyyəyə   görə   göz   qapağının   üzərində  dayanan ikinci qıvrım, bu insanların gözlərini sıx olan qar təbəqəsinin göz qamaşdıran işığından qorumaq üçün bir cür qar gözlüyü kimi inkişaf etmişdir.


Ardı →

Alçanı duzlayaraq yeməyin


A, B1, B2, B3, B6, C, E vitamini və kalium və maqneziumla zəngin olan alça həzm sistemi xəstəliklərinin qarşısını alır, qəbizliyi aradan qaldırır. 

Qaraciyər, ürək, böyrək və revmatizm xəstəlikləri üçün əsl şəfa mənbəyi olduğu üçün alçadan bol-bol istifadə etmək lazımdır.

Bundan başqa, alça şəkər xəstəliyinin də qarşısını alır. Bütün meyvələr kimi alçanı da yaxşıca yuduqdan sonra yeyin. Lakin alçanı duzlayıb yemək məsləhət deyil, çünki hipertoniya və böyrək xəstəliklərinə səbəb olur.
Davamı →

facebook haqqında


2004-cü ildə fəaliyyətə başlayan və virtual ünsiyyət imkanları haqda təsəvvürümüzdə sıçrayışa səbəb olan Facebook daha çox insan reallığına inteqrasiya edir.



  Bu social şəbəkənin hər gün sürətlə artan populyarlığı şəbəkə istifadəçilərinin sayının 100 milyonlarla ölçülməsinə gətirib çıxarmışdır.

Hazırda şəbəkə istifadəçiləri arasında ən sürətlə artan yaş qrupu 35-dən başlayır və yaşlı nəslin nümayəndələri də gənclərə qoşulur.

Hər gün 35 milyondan çox istifadəçi statusunu yeniləyir.

Şəbəkə istifadəçiləri hər ay 2,5 milyard fotoşəkil və 14 milyon videoçarx yükləyir.

İstifadəçilər Paylaş düyməsinin köməyilə həftə ərzində bir-birilə 3,5 milyarddan çox kontent (istinadlar, şəkillər, videolar, qeydlər və s.) bölüşürlər.

Ardı →

Amerika prezidentləri haqında

Corc Vaşinqton ata minməyi sevirdi. Lakin o minəcəyi atın bütünlüklə təmiz olmasını tələb edirdi və Vaşinqton hətta atın dişlərinin təmizliyini də yoxlayırdı.

Tomas Ceferson öz məzar daşının dizaynını özü yaradaraq onun üçün mətn də yazmışdı. Bu mətndə onun prezident olduğu qeyd olunmamışdı.

Con Kvinsi Adams sübh çağı tez-tez Potomak çayında çılpaq halda üzürdü. O demək olar ki, paltarlarını dəyişmirdi və 10 ildən artıq eyni kostyumu geyirdi.

Endryu Cekson sərt duel həvəskarı idi və duellərin birində o sinəsindən güllə yarası aldı. Cərrahlar çox cəhd etsələr də gülləni çıxarmaq mümkün olmadı və Cekson ömrünün sonuna kimi bədənində bu qurğuşun parçası ilə yaşadı.

Martin Van Buren Ağ Evdən getdikdən sonra maraqlı bir memuar yazmışdı və bu memuarda bir dəfə də olsun həyat yoldaşı xatırlanmır.


Ardı →

Bilirsinizmi?


Biq-BenBilirsinizmi ki, Biq-Ben heç də Vestminister sarayının hündür qülləsi deyil? 

London şəhərinin simvollarından olan bu qüllə xalq arasında Parlament kimi tanınan Vestminister sarayının tərkib hissələrindən biridir. Biq-Ben dedikdə ani olaraq bu qüllə və onun saatı fikirlərimizdə canlanır. Lakin həqiqətdə Biq-Ben bu saatın siferblatı arxasında yerləşən zəngin adıdır. Onun ağırlığı təqribən 14 ton, hündürlüyü 2 metr, diametri isə təqribən 3 metrdir.

Sual oluna bilər ki zəngin bu adı haradan yaranıb. Bu suala heç kim cavab verə bilmir. Bir versiyaya görə bu zəng onun hazırlanmasında rəhbərlik etmiş ser Bencamin Hollun şərəfinə belə adlandırılıb. Başqa bir versiyaya görə isə, zəng o zamanlar məşhur olmuş boksçu Bencamin Kauntun şərəfinə adlandırılıb.

Yeri gəlmişkən, Biq-Benin gizləndiyi o məşhur qüllə Müqəddəs Stefan Qülləsi adlanır. Onun hündürlüyü 96 metrdir, daxilində isə 334 pillədən ibarət olan dar vintşəkilli pilləkən vardır.


Davamı →

Ən asta köpək balığı

Bilirsinizmi ki, hansı köpək balığı ən asta üzən növlərdən sayılır?

Qrenlandiya qütb köpək balığı dünyada ən asta üzən balıqlardandır. Onun sürəti 2 km/s-dan çox olmur. Buna baxmayaraq, müəyyən olunub ki bu köpək balıqları özlərindən dəfələrlə sürətlə üzən suitilərlə qidalanırlar. Bu suitilər əsasən yatmış vəziyyətdə köpək balıqlarına yem olurlar. Onlar qütb ayılarından qorxaraq buz üzərində yuxuya getməkdən çəkinir və eyni zamanda su altında üzən asta köpək balıqlarının şikarına çevrilirlər.


Davamı →