Рейтинг
+71.59

Bilirsinizmi?

94 üzv, 605 topik

Meymunlar üzərində maraqlı təcrübə

Bir qrup elm adamı 5 meymunu bir qəfəsin içinə salır. Həmin qəfəsdə  üzərində banan olan bir nərdivan yerləşdirilir. Nə zaman meymunlardan biri bananları götürmək üçün nərdivana dırmaşmağa qalxsa elm adamları digər meymunları soyuq suyla isladır. Bir müddət sonra nə vaxt meymunlardan biri nərdivana dırmaşmağa qalxsa digər meymunlar onu döyməyə başlayır. Aradan bir az daha vaxt ötür və nərdivandakı bananlar nə qədər cazibədar olsada meymunlardan heç birisi nərdivana dırmaşmağa cəsarət etmir.
Ardı →

Saat niyə sağa doğru hərəkət edir ?

İlk olaraq qədim Misirlilər günəşin hər gün nizamlı olaraq bir yerdə doğulub, müəyyən zamanlarda səmanın eyni nöqtələrində görünüb batdığını müşahidə etdilər və bu hadisənin bir günün vaxtını bölmədə yararlı olacağı qənaətinə gəldilər. Beləcə günəşin bu hərəkətindən faydalanaraq ilk günəş saatını düzəltdilər. Bu saat, yüksək bir yerə böyük bir daş qoymaqdan və günəşin hərəkəti əsasında bu daşın kölgəsini izləməkdən ibarət idi.
Ardı →

Azadlıq Heykəli

İlk dəfə Fransız heykəltaraşı olan Frederik Avquste Bartholdiyə sifariş verilən bu heykəl, mis və poladdan hazırlanmışdır.Ama heykəl Nyu Yorkda yox, Misirdə tikilməsi üçün inşa edilmişdi.Sonradan Misirdə tikilməsindən imtina edildikdə Parisdə bir anbara saxlanılmışdır. Hazırlanan bu ilk heykəl Qırmızı dəniz ilə Aralıq dənizinin qovuşduğu yerə qoyulacaqdı. Heykəl fironluq dövründəki geyimlərə bürünmüş qadın şəklində idi və əlində 'Asiyanın işığının Misirdən gəldiyini' simvolizə edən bir məşəl tuturdu. Bu hadisədən 20 il sonra 1885-ci ildə Fransa hökuməti ABŞ ilə olan yaxşı münasibətlərinin bir göstəricisi olaraq böyük bir heykəl inşa etmək istədiyində, yenə eyni heykəltraşın qapısı döyülür. Hazır vəziyyətdə olan heykəl anbardan çıxarılır, heykəltəraş Bartholdi və Qustave Eiffel (Eyfel qülləsinin mühəndisi) birlikdə çalışaraq bəzi dəyişikliklərlə heykəli yeniləmişdir. Daha sonra heykəl New York sahilində Liberty adasına yerləşdirilmişdir.
Ardı →

Facebook haqqında maraqlı faktlar

Facebook haqqında bəzi maraqlı və bilmədiyiniz məlumatları sizinlə paylaşmaq istərdim.

1. Suriya, Çin, Vyetnam və İranda Facebook-a qadağa qoyulub.

2. Həm vətəndaşlar həm də polis idarələri şübhəli günahkarları tapmaq üçün Facebook-dan istifadə edir.

3. Facebook istifadəçisi sayı qədərində əhalisi olan bir ölkə olsaydı, dünyada əhalisinin sayına görə beşinci ölkə olardı. Siyahının əvvəlində Çin, Hindistan, ABŞ və İndoneziya olacaqdı.

4. Bu yaxınlarda aparılan araşdırmaya görə Facebookda qeydiyyatda olan istifadəçilərdən aktiv istifadəçilərin sayı istifadə etməyənlsbətdə nisbətdə daha azdır.

5. Lamebook.com adlı saytda, Facebooka yazılan gülməli və lazımsız yeniləmələr (statuslar) nəşr olunur.

6. Hər ay Facebook'a 2.5 milyarddan çox şəkil yüklənir.



Davamı →

Qurd Bacılar

Hindistanın Maharaştra Əyalətinin Pune şəhəri yaxınlarında kiçik bir kənddə yaşayan 3 bacı «Qurd adam sindromu» səbəbindən çölə çıxa bilmirlər.
Üzləri və bədənləri tüklərlə örtülü olan «qurd bacılar» Savita (23 yaş), Monişa (18 yaş) və Savitri Sanqli (16 yaş) çölə çıxanda yoldaşları tərəfindən ələ salındığını deyirlər. Tüklərdən xüsusi bir kremlə müvəqqəti olaraq xilas olan 3 bacının ən böyük istəyi isə lazer müalicəsi ilə tüklərdən xilas olmaqdır.

Qurd bacılar «Pulumuz olmadığı üçün müalicə ala bilmirik. Xahiş edirik imkanlı şəxslər bizə kömək əli uzatsın» deyir. Gənc qızlar tüklərindən xilas olduqdan sonra evlənmək istəyir.

P.S Allah köməkləri olsun.Amin


Davamı →

Xeops Möcüzəsi

Qahirədə olan «Xeops piramidası haqqında qəribə və maraqlı faktlar

— Hər biri 12 ton ağırlığında olan 2,5 milyon  daşdan ibarətdir.
— Gündə on daş (blok) yerləşdirilməsinin mümükünlüyünü nəzərə alsaq istehsal 664 il davam etməli idi
-Piramidanın üstündən keçən meridian quru ərazini və dənizləri tam bərabər iki hissəyə bölürz
— Piramida dünyanın ağırlıq mərkəzinin tam ortasında yerləşir. 
— Hündürlüyünün (145 metr) bir milyardla hasili günəşlə yer arasındaki məsafəyə bərabərdir. 
— Tavan sahəsinin hündürlüyünün 2 mislinə bölünməsi pi  rəqəminə bərabərdir.
— Piramidanın içərisində „ultrasound“, radar, sonar kimi cihazlar işləmir. 
Çirklənmiş su bir neçə gün piramidanın içində saxlanıldığında təmizlənir.
— Piramidanın içərisində süd bir neçə gün müddətdə təzə qalır və ən nəhayətdə normal qatıq halına gəlir.
— Bitgilər piramida içərisində daha sürətli böyüyür.
— Zibil qabının içindəki yemək tullantıları piramida içərisində heç bir qoxu yaymadan mumyalaşır.
— Yanmış, sıyrılmış dəri və digər yaralar piramidanın içində daha tez sağalır.
— Piramidanın içində yayda soyuq, qışda isti olur.
— Piramida kimin adına edilibsə onun mumyasının olduğu otağa ildə 2 dəfə günəş şuası düşür və bu günlər doğulduğu və hakimiyyətə çıxdığı  günlərdir.
Davamı →

Əyləncəli və maraqlı Google

Google web saytı haqqında bilmədiyiniz maraqlı məlumatlar İnternet məkanında Azərbaycan dilində ilk dəfə olaraq Kayzen.az saytında yayımlanır. Müəllif və mənbə qeyd olunması şərtdir.!

1 ) Ən tək rəqəm hansıdı? -  Google-dən çətin suallar soruşmaqdan çəkinməyin. Məsələn «What is the loneliest number» (ən tək ədəd hansıdı) yazdığınız zaman Google hesab maşını, sizə «1» cavabını verəcək.  

2 ) Askew -  Google -də «Askew» ya da «tilt» sözlərini axtarışa verin, səhifənin bir az yana yatdığını hiss edəcəksiniz. 
Ardı →

Su - Həyatdır!

Su həyatdır… Su haqda bildiklərimizi və bilmədiklərimizi nəzərdən keçirəkmi? Elə isə.....
— Bədənimizin  60% -i Sudur 
— Beynimizin 70% -i Sudur  
— Qanımıızın 80% -i Sudur 
— Heç bir şey yeməsək təxminən 1 ay yaşaya bilərik, Amma bədənimiz susuzluğa 1 həftə belə dözə bilməz.

Milyard illər öncə Dünyada var olan su, bu gün hələ də var. Planetimizin böyük hissəsini su ilə örtülüdü, ancaq 3%-i təmiz və içilə bilər.
Bu an üçün qeyd etdiyimiz 3%-lik təmiz suyun cəmi  1%-ni istifadə edə bilirik. Daha dəqiq desək, yer üzündəki bütün suyun  0.007% -indən az bir qisminı  içə bilirik.
Ardı →

Əl Barmaqları - Şəxsiyyətinizin xəbərçisidir

Barmaq izi qədər barmaq uzunluğunun da əhəmiyyətli olduğunu bilirdinizmi?  
Barmaq izi günahkarı, barmaqlar da şəxsiyyətə xas xüsusiyyətləri müəyyən edir. İngiltərədə nəşr olunan «Barmaq Kitabı»na (The Finger Book) görə əl barmaqları şəxsiyyətiniz haqqında ciddi işarələr verir. Kitabda qeyd olunan nüanslardan bir neçəsi haqda məlumat verim:
Ardı →