Рейтинг
+35.68

Azərbaycan ədəbiyyatı

43 üzv, 283 topik

Tofiq Mahmud

Azərbaycan ədəbiyyatı 50-ci illərdə yeni bir imza ilə tanış oldu — Tofiq Mehdiyev. Bu şəxs ədəbiyyata həvəslə, məhəbbətlə, ürəklə qədəm basdı. Onun ilk qələm təcrübələri diqqəti cəlb etdi. Şeirlə yaşayan şair illər ötdükcə nəsr əsərləri də yaradaraq Tofiq Mahmud kimi tanındı.
Tofiq Mahmud Azərbaycan uşaq və gənclər ədəbiyyatının görkəmli nümayəndəsidir. O, uzun müddət «Göyərçin» jurnalının baş redaktoru olmuş, maraqlı yaradacılıq yolu keçmişdir. Şair xarakterinə yaxın tanış mövzulara müraciət edirdi. Onun əsərlərində insanlara, vətənə, təbiətə sevgi, məhəbbət aşılanır.
Davamı →

Sürgünlərdə keçən ömür

Tariximizdə iz qoymuş bu şəxslər bəlkə də yaşlı nəslin yadından çıxmayıb, amma orta və gənc nəsil onlar haqqında ya çox az bilir, ya da məlumatlı deyil.
Bu səbəbdən də arxivlərdə qorunan materialların dərc olunması kimlər üçünsə gərəkli sayıla bilər.
Keçən əsrin əvvəllərində alovlanan I Dünya Müharibəsi məğlub dövlətlərin və dağılmaq təhlükəsi (rus tarixində vətəndaş müharibəsi olaraq xatırlanır) ilə üz-üzə qalan Rusiyanın yerində yeni milli dövlətlərin yaranması həyəcanı ilə davam etdi. Azərbaycanın zəngin və ziyalı təbəqəsi də bu siyasi proseslərdən kənarda qalmayaraq, vətən torpaqları üzərində milli hökümətin yarandığını elan etdi. Təəssüf ki, milli dövlətimizin ömrü uzun sürmədi. Çar Rusiyasının sərhədlərini bərpa etməyə başlayan bolşeviklər Azərbaycanı da istila etdikdən sonra buradakı milli düşüncə sahibi olan insanlara qarşı illərlə repressiv tədbirlər görməyə başladılar.
Davamı →

Sürgünə göndərilən və sürgündən qayıdan xoşbəxtlik

Dövlət Elm və Texnika Sənədləri Arxivində üç şəxsin sənədləri bir fondda mühafizə edilir. Akademik, məhşur seleksiyaçı alim Əhməd Rəcəblinin, onun həyat yoldaşı, — fizika sahəsində ilk elmlər namizədi Fəhimə xanım Mehdibəyova-Rəcəblinin, qızı Nigar xanım Rəcəbli-Koretskinin! Ölkənin ictimai, siyasi, mədəni həyatında mühüm rol oynayan bu ailə üzvlərinin keçdikləri şərəfli, lakin keşməkeşli, əzablı həyat yolunu əks etdirən sənədlər, yazışmalar XX əsrin əvvəllərindən başlayaraq bu günə kimi olan həyat tərzini özündə əks etdirir. Saralmış vərəqlər, rəngi itmiş möhürlər, sovet dövrünün poçt məktubları, muxtəlif bayramların təbrikləri, müsbət xasiyyətnamələr, arayışlar, həsrət dolu kəlmələr, əsirlikdə soyuqdan donan arzular .... 
Davamı →

İlk Azərbaycan dirijoru

Əbdürrəhim bəy Haqverdiyev 1870-ci il mayın 17-də Şuşa şəhərinin yaxınlığındakı Ağbulaq kəndində anadan olub. Atası Əsəd bəy qəza idarəsində katib vəzifəsində işləyib. Üç yaşında ikən atasını itirən Əbdürrəhimi əmisi Əbdülkərim bəy öz himayəsinə alır. Kiçik Əbdürrəhimi atalığı H.Sadıqbəyov çox yaxşı qəbul edir, onun tərbiyəsilə məşğul olur. 1880-ci ildə atalığı, Əbdürrəhimi Şuşada Yusif bəyin müvəqqəti yay məktəbinə qoyur. Bu məktəbdə Haqverdiyev rus dilini öyrənir, rus yazıçılarını həvəslə oxuyur.
Davamı →

Qafqaz müsəlmanlarına xitab | Seyid Əzim Şirvani

XIX əsrin II yarısından sonra Azərbaycanda qüvvətlənən maarifçilik hərəkatının görkəmli nümayəndələrindən biri kimi tanınan Seyid Əzim Şirvani xalqının xoşbəxt gələcəyi haqqında gözəl arzular bəsləyir və onu dünyanın maariflənmiş, tərəqqi etmiş millətlərindən biri kimi görmək istəyirdi.

Əssəlam, ey əhaliyi Qafqaz,
Ey rəisani-sahibül-ezaz!
Davamı →

Zeynal bəy | Yusif Vəzir Çəmənzəminli

Pristavın müavini Zеynal bəy sabah еrtə dəftərхanaya gələndə оrada ayrı halət gördü; qоrоdоvоylar süpürhasüpür salmışlar, pristav da dəli kimi оtaqda о yan-bu yana qaçır, qоrо- dоvоyların üstünə çığırırdı:
– Müftəcə məvacib alıb il uzunu bircə qəpikliksə də iş görmək istəmirsiniz. Elə оnu bilirsiniz ki, dəftərхanaya girəndən rüşvət alırsınız. Budur, qubеrnatоr üç günə kimi gəlir, hamınızı it kimi qulluqdan qоvacaq.
Zеynal bəy qubеrnatоrun gəlməyini еşidəndə qоrхusundan qıçları nağara ağacı kimi tərpənməyə başladı. “Pristav qоrоdоvоylarımı qоrхudur, yохsa еlə gеrçəkdən qubеrnatоr gəlir?” sözlərini başından kеçirdisə də, həllinə aciz qaldı.
– Nikоlay Sеmyоnоviç, dоğrudan, qubеrnatоr gəlir?
Zеynal bəy yüngül bir təbəssüm və cəsarətsiz bir səslə sual еtdikdə pristav acıqlı:
Davamı →

“Aldanmış kəvakib” povestinin təhlili

M.F.Axundzadə 1857-ci ildə yazdığı “Aldanmış kəvakib” povesti ilə Azərbaycan realist nəsrinin inkişafında yeni bir səhifə açmışdır. Əsərin mövzusu, süjeti İran tarixçisi İsgəndər bəy Münşinin “Tarixi-aləm-arayi-Abbasi” (“Dünyanı bəzəyən Abbasın tarixi”) əsərindən götürülmüşdür. Mənbələr üzrə aparılan araşdırma əsərin mövzusu barədə əhatəli fikir deməyə imkan yaradır.

Əsərdə maraqlı insan obrazları yaradılmışdır. Onların fərdi xüsusiyyətləri ilə yanaşı, oxşar xüsusiyyətləri də vardır. Yusif Sərracla Şah Abbasın müqayisəsi onların xarakter, davranış, həyata baxışları arasındakı fərqin aşkara çıxarılmasına imkan yaradır.


Davamı →

Mirzə Fətəli Axundzadə

Mirzə Fətəli Axundzadə Şəki şəhərində anadan olmuşdur. Onun atası Cənubi Azərbaycanın Xamnə qəsəbəsindən olan Mirzə Məhəmmədtağı, anası isə şəkili Nanə xanımdır. Uşaq yaşlarından anasının əmisi Axund Hacı Ələsgərin himayəsində yaşayaraq fars və ərəb dillərini, Quranı öyrənmiş, klassik şairlərin əsərləri ilə tanış olmuşdur.

Axund Hacı Ələsgər onun dini elmləri öyrənməsini, gələcəkdə ruhani olmasını istəsə də, o, müəllimi M.Ş.Vazehin təsiri ilə bu fikirdən daşınır, təhsilini Şəkidə açılmış ibtidai rus məktəbində davam etdirir. Onun dövlət qulluğuna meylini görən Axund Hacı Ələsgər Mirzə Fətəlini Tiflisə gətirib Qafqazın baş hakiminin dəftərxanasında Şərq dilləri üzrə mütərcim şagirdi kimi işə götürülməsinə nail olur.


Davamı →

Qasım bəy Zakir

Qasım bəy Zakir Qarabağ mahalının Şuşa şəhərində bəy ailəsində dünyaya gəlmişdir. Mollaxanada təhsil almış, ərəb və fars dillərini öyrənmişdir. Çox sevdiyi aşıq poeziyası ilə bərabər, Şərqin böyük klassiklərinin əsərlərini də sevə-sevə oxumuş, ilk şeirlərini Füzuli yaradıcılığının təsiri altında yazmışdır.

Firidun bəy Köçərli xatirələrə əsaslanaraq Zakiri “xoşsurət, xoşsima… uca qamətli… rəhmli və mürüvvətli bir adam” kimi səciyyələndirir, onun sadə, nəcib təbiətə malik insan olduğunu yazırdı. Şair ömrünün çoxunu Xındırıstan kəndində yaşamış, təsərrüfatla məşğul olmuşdur. O, bu kəndin cüzi gəliri ilə sadə həyat sürmüşdür.


Davamı →

"Guş qıl" | Seyid Əzim Şirvani

Seyid Əzim Şirvaninin ictimai məzmunlu şeirlərinin içərisində insanları musiqidən zövq almağa səsləyən “Guş qıl...” müxəmməsinin ayrıca yeri var. Şair oxucunu musiqini haram, onu dinləməyi günah sayan mənəvi əsarət təbliğatçılarının — zahidlərin boş, “əfsanə” sözlərinə uymamağa səsləyir. Sənətkarın fikrincə, tar çalmaq, rəqs etmək riyakar, cəhalətpərəst ruhanilərin iddia etdiyi kimi, günah deyil. İnsan musiqidən həzz almalı, musiqi alətlərindəki səsin mənasını, hikmətini, sirrini duymağa qabil olmalıdır.


Davamı →