Рейтинг
+35.68

Azərbaycan ədəbiyyatı

43 üzv, 283 topik

Rasim Qaraca - Yazmamaq mədəniyyəti

Elçinin bir hekayəsinin təhlili
Müasir milli ədəbiyyatımızın hekayə ustalarından söz düşəndə ilk sıralarda Elçin Əfəndiyevin adı çəkilir. Xaricdə çap olunan hekayə antalogiyalarında da Elçinin adını Anardan sonra hər zaman ikinci sırada görmüşəm. Lakin mən özüm, artıq adı mifləşmiş olan bu yazıçının əsərlərini sonuncu dəfə ən azı 30 il bundan əvvəl oxumuşam. Kulis.az saytında bu yaxınlarda yayınlanmış bir hekayəsi (“Ağadadaşın kişi sözü”) təsadüfən qarşıma çıxanda, vaxtilə mənim şeirlərimə yazdığı tərifli sözlərə bir qarşılıq olsun deyə xoş məramlı bir şeylər yazmaq məqsədilə oxumağa başladım… Oxumağa başladım, amma tezliklə xəyal qırıqlığına uğradım. Oxuduğum hekayə sadəcə yazı vərdişi olan və  yazmağa pataloji həvəsi olan birinin cızmaqarasından başqa bir şey deyildi. Azərbaycanda hekayə janrının görkəmli nümayəndəsinin, xalq yazıçısının nə üçün belə zəif hekayə yazdığını anlamaqda çətinlik çəkirəm.

Davamı →

Dahi sənət fədaisi

Böyük dramaturq, gözəl nasir, mahir tərcüməçi, Azərbaycanın ilk dirijoru, görkəmli ədəbiyyatşünas, rejissor, müəllim, incəsənət işinin, xüsusən teatrın fədakar təşkilatçısı olan Əbdürrəhimbəy Haqverdiyev ömrünün son ilində — 1932-ci ildə görkəmli alim Əziz Şərifə yazdığı məktubda xatırladırdı ki, istirahətə böyük ehtiyacı var. Lakin «islam» zəif olduğu üçün heç yay tətilində də (ADU-da müəllim işləyirdi) Bakıdan çıxa bilməyəcəkdir. Və belə olduqda çətin ki, yaradıcılığının qırx illik yubileyini də görə bilsin. «Amma çox yoruluram; vaxt və təbiət öz işlərini görürlər. Fevral ayında mənim ədəbiyyat yolunda bəqədri imkan işləməyimin qırx sənəsi tamam olur. Bu münasibətdən güman edirəm ki, mənə „xalq ədibi“ namini versinlər. O vaxt üç yüz manata qədər təqaüd almalı olaram. Belə olarsa, sentyabrdan istefa verib, bir guşəyə çəkilib axır günlərimi istirahət ilə keçirmək istəyəcəm». Ədibin bu arzularının da heç biri gerçəkləşmir. Böyük Mirzə Cəlil kimi Əbdürrəhimbəy də ömür səfərini möhnətli bir güzəranla başa vurmalı olur...

Davamı →

Nəsimi Sığmazam qəzəlini 19 yaşında yazıb

Ədəbiyyatşünas, filologiya üzrə fəlsəfə doktoru Akif Azalpın “Kəsişən əbcədlər” üsulu, yaxud “Azərbaycan ədəbiyyatı tarixi”nin yeni səhifələri adlı məqaləsinin birinci hissəsini təqdim edirik. Qeyd edək ki, müəllif bu məqalədə Azərbaycan ədəbiyyatşünaslığına hələlik məlum olmayan bir sıra əhəmiyyətli tarixləri öz “Kəsişən əbcədlər” üsulu ilə aşkara çıxardığını iddia edir. Azərbaycan ədəbiyyatı üçün önəmli olan bu elmi tapıntıların digər qismi məqalənin növbəti hissələrində oxucuların diqqətinə çatdırılacaqdır.

Davamı →

Böyük pedaqoq Əliyar Qarabağlı

Görkəmli pedaqoq, müəllim, ədəbiyyatşünas alim, ədəbiyyatın tədrisi metodikası sahəsində onlarla elmi əsərlərin müəllifi Əliyar Məhəmməd oğlu Qarabağlının adı pedaqoji ictimaiyyətə yaxşı tanışdır. Əliyar Qarabağlı respublikamızda Azərbaycan ədəbiyyatı tədrisi metodikasının ən görkəmli mütəxəssislərindən biri olmuşdur. O, 40 illik müəllimlik fəaliyyəti dövründə həyatını orta və ali məktəblərdə şagird və tələbələrin təlim-tərbiyəsinə həsr etmiş, Azərbaycan dövri mətbuatında öz məzmunlu elmi məqalələri ilə çıxış etmişdir. Ə.Qarabağlı orta məktəbdə sıravi ədəbiyyat müəllimliyindən Azərbaycan Dövlət Universitetinin pedaqogika kafedrasının müəllimi vəzifəsinədək yüksəlmiş, dosent, professor elmi adlarına layiq görülmüşdür.

Davamı →

Rəsul Rzalı günlər - Xatirə

1966-cı il noyabrın 16-dan Azərbaycan Sovet Ensiklopediyasının (ASE) Baş  redaksiyasında işləməyə  başladım.
Xalq şairi Rəsul Rza kimi bir şəxsiyyətin rəhbərlik etdiyi kollektivin üzvü olmaq böyük şərəf idi və hamı həvəslə, cani-dildən işləyirdi. İlk mərhələdə ensiklopediyanın  bünövrəsi sayılan Sözlük tərtib edilirdi. Bu, həm çətin, həm də vaxtaparan iş idi. Əməkdaşların da əksəriyyəti gənclər, cavanlar  idi, öz istəyimizlə iş vaxtından sonra, hətta istirahət günlərində  də işləyirdik. O vaxt Bakının  elmi, ədəbi-mədəni həyatında da başqa ab-hava vardı. Hamı  ensiklopediyadan danışır, oradakı işlərlə maraqlanırdı. Respublikanın ən görkəmli elm, ədəbiyyat, mədəniyyət xadimləri, mütərəqqi ziyalıları bu işə cəlb olunmuşdu. Tezliklə hər bir elmi sahə redaksiyasının Sözlüyü,  bunların əsasında isə geniş müzakirələrdən sonra  bütövlükdə ASE-nin Sözlüyü təsdiq edildi.

Davamı →

Elnurə Eldarova - Mirzə Cəlilin milli özünüdərk çağırışı

Görkəmli dramaturqumuz Cəlil Məmmədquluzadənin yaradıcılığına nəzər salsaq, görəcəyik ki, onu daim narahat edən, yaradıcılığında aktual olan mövzulardan biri də  dil, vətən məsələsidir. Heç təsadüfi deyil ki, ədibin əsərlərində toxunduğu  mövzular milli oyanış, dirçəliş və azərbaycançılıq ideyaları ilə sıx bağlı idi.  Bu fikirlər 1906-cı ildə ədibin redaktorluğu ilə fəaliyyətə başlayan “Molla Nəsrəddin” jurnalında da aktual idi. C.Məmmədquluzadə jurnalda ana dilin varlığı, təmizliyi uğrunda mübarizə aparırdı. O, 1917-ci ildə yazdığı “Azərbaycan” məqaləsində parçalanmış Azərbaycandan bəhs edərək təəssüf hissi ilə doğma vətənin halına yanır və sanki ümid edirdi ki, vahid Azərbaycan formalaşacaq. Lakin bunun üçün soykökə, vətənə bağlılıq, vətənpərvərlik əsas çıxış yolu kimi şair tərəfindən göstərilirdi. Bu yolu ədib dramaturgiyasında da davam etdirmişdir. Əgər ədib  Məmmədhəsən əmi, Novruzəli,

Davamı →

Romantik faciənin mistik qatı

Hüseyn Cavid zamanın fövqündə duran, fikrin və xəyalın romantik uçuşunu kosmik ənginliklərə yüksəltməyi bacaran qüdrətli sənətkardır. Onun romantikasında fikrin qanadlarını ən uzaq fəzalara uçuşlar üçün tükənməz enerji ilə təmin edən yüksək tarixilik duyğusu var. Fəqət H.Cavidi dünyanın böyük romantik sənətkarlarından fərqləndirən qüvvətli bir cəhət var: Hüseyn Cavidin romantizmi Şərqin və bütün dünyanın ən kamil fəlsəfi cərəyanı olan sufizm bulağından dirilik suyu içib. Onun qəhrəmanları Haqqın dərgahına gözəllik və sevgi qanadlarında gedib çata bilərlər. “Mən fəqət hüsni-xuda şairiyəm // Yerə enməm də səma şairiyəm” – misraları H.Cavidin bütün çərçivələri söküb-dağıdan, əngin səmalara qapı açan romantik fəlsəfəsidir. Xudanın hələ heç kimin görmədiyi hüsnü ən kamil hüsndür. H.Cavid bu məchul, fəqət əbədi gözəllik mənbəyi olan ilahi hüsnü tərənnüm edir.

Davamı →

İyirmi birinci əsrin dramaturqu | İlyas Əfəndiyev

«Bir çox romanların və pyeslərin müəllifi olan İlyas Əfəndiyev respublikada yazıçı və dramaturq kimi xalq tərəfindən tanınmış, bəyənilmiş və sevilmişdir. Onun əsərləri Ümumittifaq oxucularına da yaxşı tanışdır.
İlyas Əfəndiyevin yaradıcılığı çoxcəhətlidir. Onun romanları, povestləri, hekayələri, pyesləri müasir həyatımızı gözəl tərənnüm edir, xalqın inqilabi mübarizəsini, Sovet hakimiyyəti illəri ərzində Azərbaycanda əmələ gəlmiş böyük dəyişiklikləri dərin və ətraflı surətdə əks etdirir.

Davamı →

Heydər Əliyev və Azərbaycan ədəbiyyatı

Yaşadığı ömrünün hər anını milli dirçəlişin və bəşəri dəyərlərin inkişafına həsr edən dahi lider Heydər Əliyev daim ziyalılara diqqətlə yanaşırdı. Bunu ikinci dəfə ölkə rəhbərliyinə gəldikdən sonra 21 sentyabr 1993-cü ildə AMEA-da ziyalılarla görüş keçirməsi də təsdiq edir.
Hakimiyyəti boyu ziyalıların və ziyalılığın himayədarı olan Heydər Əliyev ədəbiyyat insanlarına həmişə diqqət göstərmişdir. İstər yazarların, istərsə də, ədəbiyyatşünasların dayağı olan ulu öndər ədəbiyyata dərindən bələd olmuş və sözə sevgi ilə yanaşmışdır. Bunu onun hələ sovetlər dönəmində yazarların V, VI, VII, IX qurultaylarında iştirak etməsi də sübut edir.

Davamı →

Fikrətin səsi - Xalq yazıçısı Anar yazır

Elə bil, dünən idi. Opera teatrında hansısa yığıncaqda çox, çox cavan Fikrət Qoca gur səslə, təkrarsız ifa tərziylə, təkrarsız “Vals” şeirini oxuyur.
İlk dəfə Fikrətlə o gün tanış olduq və o, 60 ildən artıq bir müddətdə ən sədaqətli, ən etibarlı dostum oldu.
Fikrət şair kimi də nadir idi, insan kimi də, dost kimi də, şeirləriylə poeziyamıza yeni bir ruh, yeni mövzular, ritmlər, intonasiyalar gətirdi. Ən ciddi mətləblərdən yazdığı şeirinə belə, incə, mülayim bir yumor çaları qatırdı.

Davamı →