Рейтинг
+35.68

Azərbaycan ədəbiyyatı

43 üzv, 283 topik

Pikassonun göyərçini qonub sənin çiyninə

Görkəmli şəxsiyyətlər haqqında, özü də poema kimi irihəcmli janrda yazmaq elə də asan deyil, üstəlik də poema janrının son illərdə ikinci plana çəkildiyi, indi bir çoxlarının poemaya vaxtilə çox populyar olan bir yapon filmindəki sayaq dənizdən qəfil baş qaldıran dinozavr kimi baxdığı bir vaxtda. Poema poeziyanın romanıdır və bu janra müraciət şairdən geniş poetik diapazon, yüksək ilham, çoxillik bədii təcrübədən əlavə, həm də dəbə qarşı dayanmaq qətiyyəti, axına qarşı üzmək cəsarəti tələb edir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Birinci ledi, görkəmli ictimai-siyasi xadim, Heydər Əliyev Fondu və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva haqqında "Ömür" poemasını qələmə almaqla Adil Şirin bütün bu özəlliklərə malik olduğunu göstərir.

Davamı →

Azərbaycan nizamişünaslığındakı təhrif və interpretasiyalara bir nəzər

Dünya nizamişünaslığına nisbətən daha gənc olan Azərbaycan nizamişünaslığının tarixi təqribən bir əsr öncədən başlayır. Müxtəlif siyasi ideologiyaların bir-birini əvəz etdiyi bu zaman kəsiyində nizamişünaslıq, təbii ki, eyni səviyyədə diqqət mərkəzində olmamışdır. Çar Rusiyasının tabeliyində olduğumuz dövrdə təməli atılan Azərbaycan nizamişünaslığını sovet dövründə çeşidli maraqlar müşayiət etmiş, nəticədə çoxsaylı monoqrafiyalar ərsəyə gəlmiş və müstəqillik dövründə, əsasən, həmin məktəbin ənənələri davam etdirilmişdir. Bu yaşadılan ənənələrdə, təəssüf ki, sovet dövrünün siyasi-ideoloji baxışı və ondan qaynaqlanan ədəbi yozumların da güclü təsirini görmək və aşkarlamaq mümkündür.

Davamı →

Cəfər Cabbarlının yenilikçi Firuzəsi

Cəfər Cabbarlının “Firuzə” hekayəsi qadın azadlığına, Azərbaycan qadınının cəmiyyətdəki mövqeyinə, azad söz haqqına, təhsil almaq hüququna toxunub, dəstəkləmə mövqeyi tutmaq cəhətindən müəllifin digər hekayələrinin içində ən təsirlilərindən biridir. Onun “Firuzə” hekayəsi həcminin və obrazlarının sayının azlığına baxmayaraq, Azərbaycan ədəbiyyatı üçün mövzu və problematika baxımından çox böyük əhəmiyyətə malikdir.

Davamı →

Nizami Gəncəvinin yaradıcılığı Xəlil Rza Ulutürkün tərcümələrində

İstiqlal şairi Xəlil Rza Ulutürk XX əsr Azərbaycan poeziyası və bədii tərcümə məktəbinin görkəmli nümayəndəsidir. O, tərcüməçilik fəaliyyətinə 1955-ci ildən başlayıb və bu sənəti ömrünün sonunadək davam etdirib.
Xəlil Rza azadlıq, istiqlal, millilik, vətənpərvərlik, humanizm məsələləri ilə bağlı əsərləri dilimizə çevirməyə səy göstərib ki, bu da onun azadlıq və bəşərilik ruhundan irəli gəlib. Şair tərcümə etdiyi əsərlərdə zəngin mental təfəkkürünü diqqətdə saxlayıb.

Davamı →

Əsərləri bütün dövrlər üçün əvəzsiz xəzinə olan şair

“Azərbaycanın Gəncə şəhərində dünyaya göz açan Nizami Gəncəvinin əsərləri bütün dövrlər üçün əvəzsiz xəzinədir. Dahi Nizaminin yaradıcılığı digər xalqlar üçün də böyük əhəmiyyət daşıyır...” Xalqımızın şair oğlu Nizami Gəncəvi haqqında bu fikirləri şərqşünas-alim, Neapol Şərqşünaslıq Universitetinin professoru Mineli Bernardi qeyd edib. Nizami öz zamanında poeziya meydanında istedadı ilə hünər göstərən yeganə şair deyildi. O dövrdə Əbülüla Gəncəvi, Məhsəti Gəncəvi, Qivami Gəncəvi, Xaqani Şirvani kimi dövrünün tanınmış sənətkarları var idi. Şeirləri ilə şöhrətlənən, əsərləri dillər əzbəri olan bu şairlərin arasında Nizami Gəncəvi Günəş kimi parlayaraq yüksəldi. Bu parlaqlıq, bu yüksəklik o qədər heyrətamiz oldu ki, böyük şair, musiqiçi, filosof Əmir Xosrov Dəhləviyə (1253-1325) bu misraları yazdırdı:

Davamı →

O taya ana dili aparan ikinci ədibimiz - Mirzə İbrahimov

Yazıçı, dramaturq və ictimai xadim olan Mirzə İbrahimov Azərbaycan ədəbiyyatının və elminin zənginləşməsində müstəsna xidmətlər göstərmişdir.
Mirzə Cəlildən sonra Arazı keçən, “o taya ana dili aparan” (Yaşar Qarayev), Təbrizdə qəzet nəşr eləyən ikinci ədibimiz Mirzə İbrahimov oldu!
Məhz Güney mövzusuna sədaqəti onu nasirlərimiz içində hamıdan ayırdı. Mirzə İbrahimov o taya ana dilini aparmaqla yanaşı, Təbrizdə ana dilində nəşr  olunan “Vətən  yolunda” adlı qəzetinin də bünövrəsini qoydu.

Davamı →

Əsiri-möhnətik, meyxanələr darüşşəfamızdır

Su­fizm əsr­lər bo­yu klas­sik Şərq poe­zi­ya­sı­nı yön­lən­di­rə­rək, yüz­lər­lə sə­nət­ka­rın ya­ra­dı­cı­lı­ğı­nın bu is­ti­qa­mət­də for­ma­laş­ma­sı­na tə­sir gös­tər­miş­dir. Azər­bay­can poe­zi­ya­sı da bu tə­sir­dən yan keç­mə­yib. XIX yü­zil­li­yin ye­tir­di­yi Se­yid Əzim Şir­va­ni də ya­ra­dı­cı­lı­ğı eti­ba­ri­lə sə­ləf­lə­ri­nin yo­lu­nu da­vam et­dir­miş, li­ri­ka­sı­nı klas­sik Şərq şei­ri ənə­nə­lə­ri əsa­sın­da ya­rat­mış, Ni­za­mi, Xa­qa­ni, Fü­zu­li, Ru­mi, Sə­di, Ha­fiz ki­mi sə­nət­kar­lar­dan bəh­rə­lən­miş­dir. Klas­sik poe­zi­ya us­ta­la­rı şe­ir­lə­rin­də sim­vol­lar­dan ge­niş is­ti­fa­də et­miş, əsər­lə­ri­ni ör­tü­lü, pər­də­li şə­kil­də təq­dim edə­rək oxu­cu­ya dü­şün­mək üçün bol ma­te­ri­al ver­miş­lər. Bu­nun üçün hər bir sə­nət­kar nə­in­ki sə­ləf­lə­ri­nin ya­ra­dı­cı­lı­ğı­na, ey­ni za­man­da, döv­rün ədə­bi-bə­dii sfe­ra­sı­na ya­xın­dan bə­ləd ol­ma­lı, müx­tə­lif ədə­bi cə­rə­yan­lar, bə­dii-fəl­sə­fi nə­zə­riy­yə­lər haq­qın­da ət­raf­lı bil­gi­yə sa­hib ol­ma­lı idi. Qeyd edək ki, is­tə­ni­lən ədi­bin hə­yat və ya­ra­dı­cı­lı­ğı araş­dı­rı­lar­kən onu ye­ti­rən mü­hit, hə­min dövr­də­ki ic­ti­mai-si­ya­si şə­ra­it nə­zə­rə alın­ma­lı­dır. Çün­ki sə­nət­ka­rın əqi­də­si, dün­ya­gö­rü­şü, hə­ya­ta fəl­sə­fi ba­xı­şı həm də onu for­ma­laş­dı­ran cə­miy­yət­dən ası­lı­dır.

Davamı →

Vulkan ömrü - Ramiz Duyğun

Xəlil Rza Ulutürk xatirələrə sığmır. Mənə elə gəlirdi ki, onun haqqında xatirə yazmaq mənim üçün ən asan işlərdən biridir. Çünki 35 il fasiləsiz olaraq onunla oturub-durmuş, səfərlər etmiş, görüşlər keçirmiş və bir yerdə olmuşuq. Düzdür, bu müddətin 10 ilini mən ancaq Azərbaycana məzuniyyətə gələrkən onunla görüşər və bir yerdə olardıq, qalan vaxtlarda isə onunla ardıcıl məktublaşar, telefon əlaqələri saxlayar və mənəvi baxımdan bir yerdə olardıq.

Davamı →

Ədəbiyyatda təbiət təsvirləri

Bir çox yazıçılar təbiət hadisəsini mexaniki yazırlar. Ola bilsin mexaniki yazılmış təbiət təsvirləri adamları bezdirir. Bizim ədəbiyyatda mexaniki yazilmış, mexanikliyi cəhənnəm, çox pis yazılmış təbiət təsvirləri çoxdu. O təsvirlər ki, nə hadisəylə bağlılığı var, nə də hisslərin qabarmasına xidmət edir. Bu kimi təbiət təsvirləri, təbiət təsvirləri deyil, sadəcə sinoptik xəbərləridi.
Bulvarda, saat qülləsinin yaxınlığında yerləşən çayxanada, açıq havada oturub çay içə -içə gənc və perspektivli bəstəkar Firudin Allahverdi ilə (Allah ondan həm bu dünyada, həm də o dünyada razı olsun) söhbət edirdik. Həmin çayxanada mürəbbəsiz çay verilmir, lakin sifətdən tanıdıqlarına, köhnə müştəriləri olduğumuza görə bizə güzəştə gedirlər. Allah onlardan razı olsun!

Davamı →

Abdulla Şaiq haqqında maraqlı faktlar

Abdulla Şaiq Mustafa oğlu Talıbzadə 1881-ci il fevralın 21-də Tiflisin Şeytanbazar məhəlləsində anadan olub. Onun valideynləri Axund Mustafa və Mehri xanım Tiflisə köçərək orada məskunlaşıblar. Abdulla böyük qardaşı Yusifdən sonra evin ikinci övladı olub. Onun əkiztayı olan qız övladı doğulandan az sonra ölüb.
Atası Axund Mustafa Süleyman oğlu dövrünün sayılıb seçilən ruhanisi olub. O, 1881-ci ilədək Tiflis şəhəri üzrə qazi müavini, sonra isə Qafqaz şeyxülislamının müavini işləmişdi.

Davamı →