Рейтинг
+35.68

Azərbaycan ədəbiyyatı

43 üzv, 283 topik

Molla Pənah Vaqifin həyatı və yaradıcılığı

Molla Pənah Vaqif Qazax mahalının Qıraq Salahlı kəndində anadan olmuşdur. Əsl adı Pənahdır. Dövrünün elmli, bilikli adamlarından olduğundan adının əvvəlinə “molla” titulu artırılmışdır. O, mükəmməl mədrəsə təhsili almış, dini və dünyəvi elmləri, ərəb və fars dillərini dərindən öyrənmişdir.

XVIII yüzillik ictimai-siyasi cəhətdən mürəkkəb və ziddiyyətli olsa da, ədəbi-mədəni mühitdə keçən əsrdən başlanan yenilənmə, xəlqiləşmə bu dövrdə davam və inkişaf etmişdir. Yeni, rəngarəng xalq yaradıcılığı nümunələrinin yaranıb, dildə-ağızda dolaşdığı bir zamanda gənc Pənah daha çox bu ədəbiyyatın təsiri altında şeir yazmağa başlayır. “Vaqif” təxəllüsü ilə yaratdığı qəlboxşayan şeirləri onu tezliklə məşhurlaşdırır.


Davamı →

Məni candan usandırdı | Məhəmməd Füzuli

“Məni candan usandırdı...” həm ideya məzmununa, həm də bədii keyfiyyətlərinə görə klassik şeirimizin ən dəyərli nümunələrindən biridir. XVI əsrin məhsulu olan bu əsər dilinin şirinliyi və cəlbedici olması baxımından da müasir oxucunu valeh edir. Ondakı alınma sözlər məzmunun başa düşülməsinə mane olmur.

Məni candan usandırdı, cəfadan yar usanmazmı?
Fələklər yandı ahimdən, muradım şəmi yanmazmı?


Davamı →

İsmayıl Şıxlı ilə bağlı maraqlı əhvalatlar

Hüseyn Arifdən ən maraqlı lətifələri o qələmə alıb. Lakin bu lətifələrin hər biri üçün Hüseyn Arifdən icazə alıb. O lətifələr ki, şair tirajlanmasını istəməyib İsmayıl Şıxlı onları nəinki qələmə alıb, heç danışmayıb da! Hətta ən yaxın adamlarına belə. Hətta dəfələrlə ona üz vuranlara belə.

Evdə xasiyyəti sərt olub. Lakin bütün ailə üzvləri ürəyindən keçənləri çox rahat şəkildə ona anladırmış.

Xalq şairi Qabil təzə “Moskviç” alır. Yaxşı sürə bilmədiyi üçün heç kim minmirmiş onun maşınına. Bir gün hansısa tədbirə gedəndə İsmayıl Şıxlı Qabilin maşınına oturur, Qabil çox sevinir. Bu vaxt İsa Muğanna onların yanından keçirmiş, İsmayıl Şıxlı başını pəncərədən çıxarıb deyir:
Davamı →

İsmayıl bəy Nakam

Şəki Azərbaycanın ədəbiyyat və mədəniyyətinin inkişafına mühüm töhfələr verən tanınmış şəxsiyyətlər diyarıdır. Bu ədəbi mühitdə yetişən söz adamları arasında İsmayıl bəy Nakamın özünəməxsus yeri var.

İsmayıl bəy Məhəmməd bəy oğlu Sədrəddinbəyov 1829-cu ildə Şəki şəhərində dünyaya göz açıb. Ulu babaları əslən şamaxılı olub. İbtidai təhsilini molla məktəbində alır. Ərəb-fars dillərini öyrənir. Sonra atası evə rus dili müəllimi dəvət edir və o, üç ilə yaxın rus dilini öyrənir. Dünyagörüşünün artması məqsədilə bir sıra Şərq ölkələrində olur, zəngin bilik qazanır.
Davamı →

Rəfiq Zəka Xəndan

Tanınmış şair, yazıçı, ssenarist, Əməkdar incəsənət xadimi Rəfiq Zəka Xəndan Azərbaycan poeziyasında və elmində öz dəst-xətti olan ziyalılardandır. Milli düşüncənin, etnik-mədəni yaddaşın əsas təzahürlərini yaradıcılıq nümunələrində tərənnüm edən şairin bu il anadan olmasının 80 illiyi qeyd olunur.

Rəfiq Cəfər Xəndan oğlu Hacıyev 16 iyun 1939-cu ildə Bakıda dünyaya göz açıb. Çox erkən çağlardan poeziyaya maraq göstərir. Onu şeirə, sənətə ilhamlandıran isə M.Ə.Sabir, H.Cavid, M.Müşfiq, M.Hadi və türk şairi Əbdülhəq Hamid yaradıcılığı olub.
Davamı →

İlyas Əfəndiyev

Nasir, dramaturq, Əməkdar İncəsənət Xadimi, Dövlət mükafatı laureatı, “Şöhrət” ordenli, Xalq Yazıçısı İlyas Məhəmməd oğlu Əfəndiyev 1914-cü il mayın 28-də Füzuli şəhərində dünyaya göz açmışdır. Yazıçının ulu babalarının bir qolu tacir nəslinə mənsub, digər qolu isə ruhani təhsili almış savadlı axund və üləmalar, Qarabağda tanınan, kasıba əl tutan, xeyirxah və alicənab insanlar olmuşlar.

Yazıçının babası Bayram bəy dövlət idarələrində məmur işləmiş, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Şuşada qəza rəisi vəzifəsində çalışmışdır. Ötən əsrin 30-cu illərinin tufanı Əfəndiyevlər ailəsindən də yan keçməmiş, yazıçının atası Məhəmməd Əfəndiyevə “kulak” damğası vurulmuş, aramsız təqiblərə, təzyiqlərə tab gətirməyən bu işıqlı şəxsiyyət 1934-cü ildə, 50 yaşında ikən dünyasını dəyişmişdir.
Davamı →

Mirzəsəfərizm I Kamal Abdulla

Biz çox tez-tez şəxsiyyət və yaradıcılıq haqda, özü də ağızdolusu danışmağı sevirik. Cidd-cəhdlə sübut eləməyə çalışırıq ki, bu iki məqam bir-birini tamamlayır və hökmən bir-birinin yanında olmalıdır.

Amma bir məsələ dəxi var. Yaradıcılığına şəxsiyyəti bucağından, özü də nakam taleyi ilə bağlı lazım olandan daha yüksək qiymət verdiklərimiz azdılarmı? Əlimizi qoyaq ürəyimizin üstünə və son dərəcə obyektivcəsinə düşünək: Almaz Yıldırım, Əhməd Cavad və neçə-neçə başqaları bir misra, yaxud bircə şeirləmi ədəbiyyatda özlərinə yer eləyə bildilər?! Onların yaradıcılığına bütövlükdə qiymət verərkən talelərinin qaranlıq pərdəsi bizim gözümüzü tutmurmu?!
Davamı →

Manaf Süleymanov

Könlünü sözə bağlayandan, əlinə qələm alıb duyğulanan gündən saysız-hesabsız məqalə, hekayə, povest, roman və nəhayət, xatirələrini yazıb. Onlarla kitabın müəllifi kimi tanınıb, sevilib. Dövrünün məşhur yazıçılarından biri kimi böyük rəğbət qazanıb. Elmi axtarışlarla da məşğul olub. Alimlik dərəcəsi alıb. Ali məktəblərdə dosent kimi çalışıb. Tanrı ona bağışlanan ömür payında da səxavətli olub. 90 ilə kimi ömür sürüb Manaf Süleymanov. O, sadəcə yazılarının dərci və kitablarının nəşri ilə məşğul olmurdu.

Xarici ölkə ədəbiyyatından, xüsusilə də rus və ingilis yazıçılarının əsərlərini Azərbaycan dilinə məharətlə tərcümə edirdi. Ondan bizə böyük bir ədəbi irs yadigar qalıb. Yəqin ki, tədqiqatçılar, ədəbiyyatçılar Manaf Süleymanov yaradıcılığını bu günün gözü ilə araşdıraraq bu yazıçının Azərbaycan ədəbiyyatına, tarixinə bəxş etdiyi töhfələrin həqiqi dəyərini verəcəklər. O, çox cəfakeş, fədakar, həm də həyat həqiqətinə sadiqliyi ilə seçilən bir qələm sahibi idi.
Davamı →

Vaqif Səmədoğlu ilə bağlı əhvalatlar

Məclislərin birində şair Qəşəm Nəcəfzadənin oğlu gənc yazar Kəramət Böyükçöl Vaqif Səmədoğlunun sözünü tez-tez kəsir. Birdən Vaqif müəllim əsəbiləşir:
— Bala, dədəm dədəndən böyük şairdir, özüm özündən sözümü niyə kəsirsən.

***

Vaqif Səmədoğlu Moskva-Həştərxan-Bakı təyyarəsi ilə vətənə gəlirmiş. Yolda yanında oturan qadınla tanış olur. Qadın Səməd Vurğundan xeyli danışır, onun şeirlərindən deyir, Vaqifin şair olduğunu bilmədiyi anlaşılır və bu Vaqifin kefinə dəyir. Arada necə olursa qadın ah çəkir:
— Nə ola, təyyarə Həştərxanda yerə enə, lap ürəyim sıxıldı…
Davamı →

Nağı Nağıyev

Ötən əsrin ikinci yarısında əxlaqi-didaktik əsərləri ilə ədəbiyyatımızı zənginləşdirən müəlliflərdən biri də nasir, dramaturq, tərcüməçi və teatr xadimi Nağı Nağıyev olub.

13 iyul 1910-cu ildə Culfa rayonunun Yaycı kəndində dünyaya göz açan Nağı Kərim oğlu Nağıyev ilk olaraq mədrəsədə və “Üsuli-cədid” məktəbində təhsil alıb. 1930-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirib. 1935-1938-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Dil və ədəbiyyat fakültəsində oxuyub.

1941-ci ilədək Ordubad və Babək rayonlarının kənd məktəblərində müəllimlik edib. 1942-1945-ci illərdə Azərbaycan KP Naxçıvan Vilayət Komitəsində mətbuat bölməsinin müdiri, 1946-1949-cu illərdə Naxçıvan Mətbuat İdarəsinin rəisi, 1949-1951-ci illərdə Naxçıvan Dövlət Radio Verilişləri Komitəsinin müdiri vəzifələrində çalışıb. 
Davamı →