Naxışlı tikmə
Davamı →
İnkişaf etmək istəyənlər üçün maraqlı məlumatlar olan kollektiv bloq servisi
Azərbaycan Respublikasının bitki ehtiyatları növ etibarı ilə çox müxtəlif olub, Qafqazın başqa regionlarından üstündür və bütün Qafqazın növ tərkibinin 69%-ni təşkil edir. Burada bitən bitkilər 920 cins olub, 125 fəsiləni özündə birləşdirir. Çox da böyük olmayan bir ərazidə bütün dünyada mövcud olan iri bitki növlərinin demək olar ki, əksəriyyətinə ölkəmizdə rast gəlinir. Qafqaz və digər regionlarda geniş yayılmış bitki növləri ilə bərabər Azərbaycan florasında olduqca çox, bəzən də yalnız Azərbaycana və onun kiçik bölgələrinə xas olan qədim bitki növləri (270 növdən çox) məlumdur.
Hələ qədim zamanlardan bütün nüfuzlu dövlətlərin özünəməxsus fərqləndirici əlamətləri-simvol və rəmzləri olmuşdur. Bütün bunlar emblem, bayraq, gerb, orden, medal, pul və s. ibarət olub. Əsrlərdən bəri Azərbaycanda maddi, mənəvi və bədii mədəniyyətimizin zənginliyini, rəngarəngliyini ifadə edən heraldika və rəmzlər sistemi mövcud olmuşdur. Bunlara misal olaraq folklor və ədəbiyyatda, arxeoloji, etnoqrafik, dekorativ və təsviri sənət abidələrində at, maral, qurd, əjdaha, qartal, şir, simurq və s. Kimi heyvan və quş, sərv, palıd, nar, lalə, nərgiz, qızılgül və s. kimi ağac və çiçək təsvirlərini göstərə bilərik. Həndəsi və nəbati naxışlarla həkk olunmuş bu obrazlar simvolik məna kəsb etmiş, milli təfəkkürün, xalqımızın bədii zövqünü,estetik və əxlaqi təsəvvürlərinin rəmzi mahiyyətini daşımışdır.
Azərbaycan xalqının qəhrəmanlıq tarixi, azadlıq, istiqlaliyyət naminə mübarizəsi, milli dövlətçilik meylləri qədim mifoloji təsəvvürlərdə, folklor qaynaqlarında, feodalizm dövrü dövlət qurumlarının bayraq, nişan, emblem və digər rəmzlərində ifadə olunmuşdur. Hətta kiçik dövlət qurumları sayılan xanlıqların da özünəməxsus simvolları olmuşdur.
Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında
ƏSASNAMƏ
l. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyi rəmzidir.
2. Azərbaycan Respublikasının Dövlət bayrağı eni bərabər olan üç üfüqi zolaqdan ibarət düzbucaqlı parça şəklindədir; üst zolaq mavi rəngdə, orta zolaq qırmızı rəngdə, aşağı zolaq yaşıl rəngdədir.
Bayrağın hər iki üzündə qırmızı zolağın ortasında ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri vardır. Bayrağın eninin uzununa nisbəti l:2-dir. Ayparanın və səkkizguşəli ulduzun təsvirləri tərəflərinin nisbəti 3:4 olan düzbucaqlının içərisində yerləşir; düzbucaqlının diaqonalı bayrağın eninin 1/2-nə bərabərdir.
Ayparanın təsviri konsentrik (eyni mərkəzli) olmayan iki dairənin hissələri şəklindədir; böyük dairənin diametri xarici düzbucaqlının eninə, kiçik dairənin diametri isə bayrağın eninin 1/4-ə bərabərdir. Kiçik dairənin mərkəzi bayrağın həndəsi mərkəzindən sol tərəfdə, bayrağın eninin 1/60 bərabər olan məsafədə yerləşir.
Səkkizguşəli ulduzun təsviri ayparadan sağda yerləşir, ulduzun xarici dairəsinin diametri bayrağın eninin 1/6-ni, daxili dairəsinin diametri isə 1/12-ni təşkil edir.
3. Azərbaycan Respublikasının Dövlət bayrağı aşağıdakı yerlərdə qaldırılır:
Dövlətin rəsmi fərqləndirici əlamətlərindən biri dövlət bayrağıdır və onun təsviri, əsasən konstitusiyada qanunvericiliklə təsbit olunur. Dövlət bayrağı eyni zamanda, məxsus olduğu dövlətin suverenlik rəmzidir.
Azərbaycan Respubiikasının Dövlət bayrağı 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılan milli dövlət atributlarındandır.
Qrız sözü haqqında əsası olmayan rəvayətlər söyləyənlər olmuşdur. Belə ki, Qrız- qrits sözü qırmaq feli ilə təsadüfən fonetik səsləşir və ona görə də bu rəvayətlər uydurmadır. Tök-tökmək, var-gəldi-gələcək-gəlir fellərinin qrız dilində təsnifatını və s. Verdikdə Q elementinə, daha doğrusu söz önlüyünə rast gəlinir. Həmin Q elementi yüksəklik, ucalıq, hündürlük, açıqlıq mənasını verir, Rit sisə hamar, cila mənasını verir. Cilalanmış daş ritsə-xud, cilalanmış taxta-ritsə-təxtə yer bildirir. Kəndin mövyeyinə görə belə adlanır. Qrızların tarixi demək olar ki, öyrənilməyib. Qədim yunan alimi Strabon özünün 17 cildlik Coğrafiya əsərində qeyd edir ki, Qafqaz Albaniyasında 26 alban tayfası yaşayır və həmin tayfalanın hamısı öz dilində danışır. Qrızlar da həmin 26 alban Tayfasından biridir və o zamandan öz dillərində danışırlar.