Рейтинг
+75.68

Nə? Harada? Nə zaman? (ЧГК)

70 üzv, 87 topik

"Renessans" komandasının sualları ( VI hissə)

Bu başlıq altında Sumqayıtın «Sim Club» intellektual klubunun özümün də üzvü olduğum «Renessans» komandasının suallarını təqdim edəcəm. Uzun müddətli ayrılıqdan sonra yenidən suallarımızı yerləşdirirəm. Ümidvaram ki, bəyənəcəksiniz.


26.   Şeirə diqqətlə qulaq asın.

Sən dünyalar gözəlisən,                                                       Azadlıqlar diyarında

Uşaq kimi qəribəsən,                                                           Ya da başqa kainatda

Mənə hər an gərəklisən,                                                       Iğdır, İzmir nə Ankara

Qəlbimin bir küncündəsən                                                    Təksən inan bu dünyada


Həvəskar şair Vüqarın ilham mənbəyini bir dəqiqə ərzində cavab kartınıza yazın....


Müəllif:Vüqar Ağayev


Ardı →

"Renessans" komandasının sualları ( XII hissə)

Bu başlıq altında Sumqayıtın «Sim Club» intellektual klubunun özümün də üzvü olduğum «Renessans» komandasının suallarını təqdim edəcəm.


56. Sualda əvəzetmə var! II “ölməz” hər baxımdan bizə ən yaxın olanıdır. Bu göstəricilərin əksəriyyətinə görə III “ölməz” II-dir. I “ölməz” isə onlar arasında ən qədimidir və II və III onun davamçıları hesab olunurdu və bəzən onun adı ilə də adlandirilirlar. Ölməz sözü ilə hansı xüsusi ismin əvəz olunduğunu tapdınızsa I, II və III nün müasir adlarını ardıcıl olaraq cavab kartınıza yazın.


Müəllif: Şamxal Cəmilzadə (Erudit)


Ardı →

"Xəmsə" həvəskarları üçün suallar-2

Budəfəki mövzular:Yelpikli mövzu, ...esk… ,Qırmızı mövzu,Nə mutlu türküm deyənə,Qələbə bizimlədir!

Yelpikli mövzu
100.Bu Azərbaycan şəhərinin küçələri yelpik şəklində şəhərin mərkəzi ətrafında dövrələnmişdir
200.F.Əmirov P.Sarasatenin məhz bu romansını  opera partiturasına daxil etmişdir
300." O, üzünə dəyən yüngül mehdən ayıldı. Əynində sarı paltar, əlində yelpik olan bir qız onun başı üstündə dayanmışdı. Nok Fana elə gəldi ki, o, bu qızı hardasa görmüşdür." Bu sözlər hansı Vyetnam nağılındandır?
400.Bu ləziz yeməyi hazırlamaq üçün badımcan,bekon,pomidor,bolqar bibəri,pendir,mayonez,sarımsaq,cəfəri və ya keşnişdən istifadə olunur
500.Mərcan poliplərinə aid bu heyvan görünüşünə görə həm də tora oxşayır
Ardı →

Maraqlı atalar sözü.

Bir dəfə kitabların birində heç vaxt eşitmədiyim Azərbaycan atalar sözü ilə rastlaşdım. Çox maraqlı və məntiqli olduğundan onu sual şəklində sizlərə təqdim etmək istəyirəm:

Dəvədən soruşurlar ki, o enişi çox sevir, yoxsa yoxuşu?
Sual: Dəvə nə cavab verir?
Cavabı şərh də etsəniz çox sevinərəm.

Ardı →

Vunderklass - suallar IV

Renessans komandasına dost komanda olan Vunderklass komandasının suallarından.


86.


 



Gördüyünüz şəkil bir aksiyanın təbliğat kompaniyasında istifadə olunmuşdur. Buradakı boş ƏRAZİNİ reklam plakatını hazırlayanlar necə adlandırmışdılar? Maksimal dəqiqliklə 3 sözdən ibarət ifadəni 1dəqiqə ərzində cavab kartlarınıza yazın.


Müəllif: Vüqar


Ardı →

"Renessans" komandasının sualları ( XIV hissə)

Bu başlıq altında Sumqayıtın «Sim Club» intellektual klubunun özümün də üzvü olduğum «Renessans» komandasının suallarını təqdim edəcəm.


66.


 



Bakıda yerləşən bu abidənin müəllif-ləri Rasim Əliyev və Viktor Yefimoviç Siqaldır. Abidənin çox qəribə bir effekti var. Müxtəlif rakurslarda dursanız da elə bil bu gözlər sizə baxır, sizi izləyir.Abidənin qarşısında isə Onun sonuncu həyat yoldaşına və həyatı ilə sıx bağlı olan bir ölkənin şərəfinə Sakura ağacı əkilib. Heykəltaraşların bu hər tərəfi görmə effekti ilə nəyə vurğu vurduqlarını anladınızsa 1 dəqiqə ərzində abidənin kimə həsr olunduğunu deyin.


Müəllif: Rövşən Zamanov


Ardı →

"Renessans" komandasının sualları ( XI hissə)

Bu başlıq altında Sumqayıtın «Sim Club» intellektual klubunun özümün də üzvü olduğum «Renessans» komandasının suallarını təqdim edəcəm.


51. Qara qutu… Diqqət sual… Bir reklama görə məşhur moda firmalarından biri öz məhsullarını daha çox satmaq məqsədilə özlərinin ən qədim olduqlarını qara qutuda olanla izah etməyə çalışırdı. Lakin bu geyim aksesuarı ilə hal hazırda özümüzü təsəvvür edə bilmərik, elə isə qara qutudakını deyin.


Müəııif: Vüqar Ağayev


Ardı →

«Clean mind & Clear skin» yarışması: 2-ci həftənin nəticələri

Hörmətli istifadəçilər! «Qoy dəriniz təmiz, zəkanız aydın olsun!» konkursunun  ikinci həftəsi yekunlaşdı.

Ən yaxşı iştirakçılar artıq seçilmişdir. İkinci həftə ərzində iştirakçıların sayı 123 idi.

Ən çox düzgün cavab verənlərin siyahısı ilə bu səhifədən endirməklə tanış ola bilərsiniz.

Ən yaxşı nəticə göstərənlər aşağıdakılar oldu:


Ardı →