Рейтинг
+50.73

Ədəbiyyat

80 üzv, 740 topik

Uşaqların cənnəti | Nəcib Məhfuz

— Ata...
  — Nə olub?
  — Rəfiqəm Nadya və mən həmişə birlikdəyik.
  — Bu yaxşıdı, mənim balam.
  — Dərsdə, tənəffüsdə, yeməkxanada...
  — Əla. O, çox yaxşı və tərbiyəli qızdı.
  — Amma “Allahın qanunları” dərsində biz ayrı-ayrı siniflərdə otururuq...
 
Ata toxumaqla məşğul olan anaya baxdı və onun gülümsədiyini gördü. Özü də gülümsəyərək dedi:
 
— Bu ki, ancaq “Allahın qanunları” dərsindədi.
  — Niyə belə olur, ata?
Davamı →

Üzük | Knut Hamsun

Bir dəfə qonaqlıqda olduğumuz zaman onun çöhrəsində yenicə eşqə düşmüş gənc qadının cizgilərini gördüm. Mavi gözləri əvvəllər olmadığı kimi parıldayır və öz hisslərini heç cür gizlədə bilmirdi. O, kimi sevir axı?

Deyəsən bayaq pəncərə qarşısında dayanan gənc centlmeni – əyninə mundir geyinmiş, səsi aslan nəriltisinə bənzəyən sahibkar oğlunu. Aman Allah, qadının gözləri gənc oğlana elə bir məhəbbətlə baxırdı ki…

Axşam evə qayıdarkən onun xasiyyətinə yaxşı bələd olduğumu nəzərə alaraq dedim:
– Necə aydın, möcüzəvi hava var. Bu gün maraqlı keçdi, hə?
Davamı →

Mənim atam | Xuan Rulfo

Mə­nim atam yax­şı ki­şiy­di. O ya­şa­yan­da bu dün­ya­da yax­şı heç nə yo­xuy­du. Sa­bah ney­lə­yə­cə­yi­ni heç kəs bil­mir­di, çün­ki sa­ba­ha eti­bar qal­ma­mış­dı, bu gün­sə hə­lə qur­tar­ma­mış­dı. Ha­va da ki, pi­siy­di – göz-gö­zü gör­mür, heç nə an­la­şıl­mır: gün çı­xıb­mı, kü­lək har­dan əsir – qu­zey­dən­mi, gü­ney­dən­mi. Dün­ya­da yax­şı heç nə yo­xuy­du. Atam­sa yax­şı ki­şiy­di, hə­ya­ta da ina­nır­dı.

Onu işıq­la­şan­da öl­dür­dü­lər, an­caq o öl­dü­yü­nü, həm də nə­dən öt­rü, nə­yin üs­tün­də öl­dü­yü­nü ye­nə də ba­şa düş­mə­di. Onu öl­dür­dü­lər, hə­yat on­dan öt­rü bit­di. Baş­qa­la­rı üçün­sə o hə­lə də ya­şa­yır­dı və dün­ya ya­vaş-ya­vaş din­cəl­mə­yə, də­yiş­mə­yə baş­la­mış­dı, hət­ta ya­ğış dam­cı­la­rı da se­çi­lir­di; adam­lar ya­ğı­şa bax­dıq­ca ümid­lə­ri ye­ri­nə qa­yı­dır­dı.
Davamı →

Sirli dərd | Knut Hamsun

Onunla dördüncü dəfə görüşdüm. Sanki o, hər addımımı izləyir və elə bil ki, hər an mənə xətər yetirə bilər; yəni bir də görürsən ki, budur haradansa pırtlayıb çıxdı və qəti ürəyimdən olmayan bir şəraitdə görüşməli olduq. Hətta bir dəfə onunla öz otağımda, Xristianiyada görüşdüm. Yox, yaxşısı budur hər şeyi başdan ayağa sizə danışım.

I
İlk dəfə onunla 1879-cu ilin Yeni il bayramında Kopenhagendə rastlaşdım. Onda, səhv etmirəmsə Klyarsbodendə yaşayırdım.

Otağımda oturmuşdum, notların üzünü köçürürdüm. Not oxuya bilmirəm deyə bu iş lap zəhləmi tökürdü. Birdən astaca, küt səslə, qapım döyüldü. Elə bildim ki, qapını qadın əlilə döydülər. Sevinclə qışqırdım: «Buyurun!» O, daxil oldu.
Davamı →

Sevginin insan yaşamında tutduğu yer

Sevgi, özünün bitkin sayıla biləcək anlamında, yalnız elə iki kimlik arasında baş verən cinsi ilişkilər kimi anlaşılmamalıdır, düzdür, sevgi insanlar arasında cinsi ilişkilərin yaranmasına gətirib çıxarır, ancaq bu ilişkilərin gerçəkləşməsi, sevənlərin çox yüksək bir emosional coşqunluq halında, özü də onların həm psixoloji, həm də fizioloji durumlarına, sözün yaxşı anlamında, təsir göstərərək baş verir. Bu emosional coşqunluqlar isə, haracan desən yüksələ də bilər. Ancaq burası da vardır, “Tristan və İzolda”1 kimi əsərlərin örnəyindən gördüyümüz bu yüksək coşqunluq, indiyə kimi biri-birini sevmiş sayı bilinməz kişilərlə qadınların yaşamında uyğunsuzluq doğurmamış, onlar arasında heç bir anlaşılmazlıq yaratmamışdır.

Bu emeosional coşqunluğu, bədii formalarla yetərincə açıqlaya bilməyin örnəkləri çox azdır, ancaq bu duyğunun özünün baş verməsi, ən azından Avropada, gözəçarpacaq qədər çoxdur. Bir sözlə, sevginin bir toplumda, başqa birisindən daha çox gözə dəyməsi, məncə, heç də əxlaqi özəlliklərlə yox, ən çox ənənələrlə, bir də ictimai quruluşlarla bağlıdır.
Davamı →

Dil haqqında | Hermann Hesse

O, dili şimal qütbündən Afrikaya qədər bütün insanlara aydın olan, rənglərlə işləyən rəssam haqqında, və yaxud da qulaq asdıqda hər dəfə monoton melodiyadan tutmuş çox səsli orkestrə qədər, trubadan klarnetə qədər, skripkadan arfaya qədər çoxlu yeni, nadir, bir-birindən incə fərqlərə malik dillər aşılayan, bütün insan dillərində danışanların səs tonlarından istifadə edən musiqiçi haqqında həsədlə düşünür. O, musiqiçiyə daha dərin və daimi, əsasən də ona görə həsəd aparır ki, musiqiçi öz dilinin yeganə sahibdir və o bundan musiqi bəstələmək üçün istifadə edir. Yazıçı isə həm məktəbdə tədris olunan, həm ticarətdə istfadə olunan, həm teleqram yazılan, həm də məhkəmədə işlədilən dildən istfadə etməlidir. Yazıçı necə də kasıbdır, öz sənəti üçün şəxsi vasitəyə, şəxsi evə, şəxsi bağa, aya baxmaq üçün şəxsi pəncərəyə malik deyil, o hər şeyi gündəlik həyatla bölüşməlidir!

"Ürək" deyəndə və insanda titrək canlı mövhumu, onun daxili varlığını və zəifliklərini nəzərdə tutmaqla, bu söz eyni zamanda həm də bədəndəki əzələyə dəlalət edir. «Qüvvə» deyəndə yaqzıçı onun mühəndislikdə və elektrikdə işlədilən mənası ilə mübarizə aparmalıdır. «Xoşbəxtlik» dedikdə isə bu ifadədə nə isə teoloji bir mənanın gizləndiyi hiss olunur.
Davamı →

Balzakı oxumaq niyə vacibdir?

Balzakın əsərlərini yad eləmək, mənim üçün sanki boş, darıxdırıcı vadidə irəliləyən bir yolçunun bir vaxtlar keçdiyi bərəkətli, gözəl diyarı yad eləməsi kimi xoş bir şeydir.

İlk dəfə fransız ədəbiyyatını oxuyanda on üç yaşım varıydı. Bu, Edmond Qonkurun «Zemqanno Qardaşları» adlı əsəriydi, kitab sənətçilərdən — onlara qarşı düşməncə mövqe tutan, boğucu, pozğun ruhlu bir mühitdə mənəvi tənhalığa məhkum insanların təsirli hekayətindən bəhs edirdi.

Bu kitab məni məzmunundakı insani məramıyla həyacanlandırmış və mənə hər zaman qəlbinin ən gözəl tərəflərini dünyaya açan bütün insanlara qarşı xüsusilə diqqətli, qayğıkeş və mərhəmətli davranmaq fikrini aşılamışdı.
Davamı →

Yaşamaq elminin dörd qaydası

“Sizə köhnə mənəvi dəyərlərin keçmişdə qaldığını təlqin eləyiblər. Bu yalandı. Əgər müasir insana diqqətlə baxsanız, söz örtüyünün altında tapdığınız insanın bütün dövrlərdə eyni olduğunu görəcəksiniz.

Yazıçılar klassik mədəniyyətin sona çatdığını bağırırlar. “Faktlar amansızdı, — onlar deyirlər. — Qətiyyən şübhə yoxdu ki, XX əsr bəşəriyyətin beşminillik inkişaf mərhələsinin – böyük klassik mədəniyyətlər erasının — sonudur və biz yeni eranın kandarında dayanmışıq… Onun keçmişlə heç bir ortaq nöqtəsi olmayacaq; əvvəllər yenilənmiş ruh tarixlə şərtləndirilmiş cismə keçib; artıq təzə ruh təzə vücudu canlandıracaq”.

Təzə vücudda təzə ruh? Belə şey qətiyyən olmayacaq. Mən heç bir təzə vücuda inanmıram. Məgər bizim ürəyimiz, böyrəyimiz, arteriyalarımız, sinirlərimiz ibtidai insanlardakılarla eyni deyil.
Davamı →

Böyük balıqlar, balaca balıqlar | İtalo Kalvino

Zefferinonun atası qəti çimərlik paltarı geyməzdi. Əynində həmişə köynək və ətəyini qatladığı şalvar olar, ağ papağını gözünün üstünə basıb gün boyu qayalıqlarda hərlənərdi. Ən böyük azarı qayalara yapışan, hər birinin sərt qabığı az qala daşlaşan Çinpapaq midyələr, yastı molyuskalar idi. Zefferinonun atası onları ancaq bıçaqla qoparardı. Hər bazar günü, gözündə iri eynəyi, sahil burnundakı qayaları bir-bir yoxlayardı. Balaca səbətini doldurana qədər ordan getməz, bəzilərini ordaca yeyər, islaq və turşməzə əti qaşıq kimi tutduğu qabıqdan sümürər, bəzilərini isə səbətinə atardı. Arada başını qaldırıb dənizə baxar və “Zefferino, haradasan?” deyə qışqırardı.

Zefferino günortadan sonraları dənizdən çıxmazdı. Ata-oğul birlikdə buruna gələr, sonra atası onu orda qoyub molyuskaların dalınca gedərdi. Qayalara yapışmış, inadkar Çinpapaq midyələr Zefferinonun diqqətini çəkmirdi; əvvəllər xərçənglərə, sonra osminoqlara, meduzalara meyil salmış və yavaş-yavaş hər növ balıqla maraqlanmağa başlamışdı. Yaz aylarında get-gedə daha çətin və ustalıq tələb edən işlərlə məşğul olurdu: artıq yaşıdları arasında sualtı tüfəngdən onun qədər bacarıqla istifadə edən yox idi. Ən yaxşı üzgüçülər bəstəboy və arıq-tırıq olanlardan çıxır, Zefferino da eləydi. Onu sahildə atasının əlindən tutub gedərkən görsəniz, elə bilərdiniz ki, saçı dibindən keçəl olan bu ağzı ayrıq uşağı dümsükləməsən tərpənməz, amma elə ki, dənizə girdi, heç kim onunla aşıq ata bilməzdi, özü də dibdən üzməkdə əlinə su tökən yox idi.
Davamı →

Kük­nar­la­ra mək­tub | Qoderzi Çoxeli

Dəh­şət­li yu­xu­lar Cğu­na­ya əziy­yət ve­rir­di, o, qəfil­dən dik­si­nib oyan­dı. Xey­li vaxt ba­şı­nı sal­la­yıb çar­pa­yı­da otur­du, yu­xu­su­nu xa­tır­la­ma­ğa ça­lış­dı. Son­ra pal­çıq­lı çək­mə­lə­ri­ni ge­yi­nib fi­kir­li-fi­kir­li Be­ri­nin evi­nə sa­rı yol­lan­dı.

Gü­nəş çıx­dı­ğı yer­dən xey­li ara­lan­mış­dı. Be­ri­nin evi­nin qa­ba­ğın­da kən­din qo­ca qa­rı­la­rı yı­ğı­şıb nə haq­da­sa pı­çıl­da­şır­dı­lar. Be­ri­nin ar­va­dı da on­la­rın ara­sın­day­dı, üzü­nü əli­nə söy­kə­yib evin pən­cə­rə­si­nə ba­xır, kök­sü­nü ötü­rür­dü. Sa­kit­li­yi yal­nız ha­sa­rın tax­ta­sı­nın ba­şı­na qon­muş qar­ğa po­zur­du. Qar­ğa san­ki bəd xə­bər­lər qa­rıl­da­yır­dı.
– Zəh­ri­mar, çor, Al­lah sə­si­nizi ba­tır­sın, – qo­ca qa­rı­lar de­yi­nir­di­lər.

Cğu­na ha­sar­dan tax­ta­nın bi­ri­ni qo­pa­rıb qar­ğa­ya at­dı. Qar­ğa uçub in­di də ey­va­nın üs­tü­nə qon­du, qa­rıl­da­ma­ğı­na da­vam elə­di. Cğu­na yer­dən yas­tı daş gö­tür­dü, di­va­rın di­bi­nə qı­sı­la-qı­sı­la ya­xın­la­şıb da­şı at­dı. Qar­ğa yal­nız ye­ri­ni də­yiş­di. Cğu­na qa­rı­la­rın ya­nı­na qa­yıt­dı.
– Ne­cə­di ki­şi­nin ha­lı? – Be­ri­nin ar­va­dın­dan so­ruş­du.
Davamı →