Рейтинг
+50.73

Ədəbiyyat

80 üzv, 740 topik

Məsihin dönüşü | Oğuz Atay

Aramızda olması bizlərə şərəf verən dostum ölkəmizin gerçək sahibidir. Bu dünyaya ikinci gəlişində ağ bir ata minmiş olaraq aramızda görünəcək. İlk gəncliyində bu küçələrdə çox dolaşmış, bəzən niyəsə içəri girə bilmədən dönüb getmişdir. Bəzən də bu və bunun kimi salonlarda saatlarca oturaraq onu başa düşəcək duyğulu bir qəlbi boş yerə gözləmişdir. İkinci gəlişində bu küçə zəfər taxtlarıyla əhatə olunacaqdır. Bütün qapılar dəfnə budaqlarıyla bəzədiləcəkdir. O gün rəsmi tətil olacaq və qızlar müştəri qəbul etməyərək əllərində bayraqlarla pəncərələrdə yarı bellərinə qədər sallanmış gözləcəklər.

Polislər ən yaxşı formalarını geyinərək asayişi təmin edəcəklər. Çünki o qədər sıxlıq olacaq ki, üç gün əvvəldən desəniz belə, heç yer olmayacaq. Yalnız qara bazarla məşğul olanlara müsamihə edilməyəcək. Çünki o, elə istəyərdi. Küçə bir gün əvvəldən süpürüləcək, zibilyığanlar da onu əllərində süpürgə çubuqlarıyla hazır vəziyyətdə gözləyəcək. Səftər belə o gün üçün tərliklərini çıxararaq ayaqqabılarını geyinəcək. Bütün müştərilər də qapının çölündə bayram libaslarını geyinərək əl-ələ tutacaqlar.

Davamı →

Yaxşı və pis - Paulo Koelyo

Leonardo da Vinçi; «Sonuncu axşam yeməyi» adlı əsərini çəkərkən böyük bir çətinliklə üzləşmişdi...

Yaxşını İsanın bədənində, pisi də İsanın dostu olan və sonuncu axşam yeməyində ona xəyanət etməyə qərar verən Yahudanın bədənində təsvir etmək məcburiyyətində idi...

Əsəri yarımçıq qoyaraq, bu iki insanın modeli kimi istifadə edə biləcəyi kəsləri axtarmağa başladı.

Bir gün bir xor kopellasının verdiyi konsert əsnasında, xordakılardan birinin İsanın təsvirinə çox bənzədiyini gördü.

Onu modellik etməsi üçün emalatxanasına dəvət etdi, saysız qaralama və eskiz çəkdi.

Aradan üç il keçdi. «Sonuncu axşam yeməyi» əzərinin tamamlanmasına az qalmışdı, ancaq Leonardo da Vinçi hələ Yahuda üçün istifadə edəcəyi modeli tapa bilməmişdi ...

Leonardonun işlədiyi kilsənin kardinalı, əsəri tez bir zamanda bitirməsi üçün rəssamı tələsdirməyə başladı.

Günlərlə axtardıqdan sonra Leonardo; vaxtından əvvəl qocalmış gənc bir adam tapdı. Çınqıllar içindəki bu adam sərxoşluqdan özünü itirmiş, canından keçmiş bir vəziyyətdə səkinin qırağına sərilmişdi.
Davamı →

Depressiya/Şiringül Musayeva.(1-ci hissə)

-Çoxdan   xəstəsiz ?-  Nazim   həkim  Cavad müəllimi    müayinə  etdikdən   sonra   soruşdu.
  -  Son    bir ildir , beləyəm  -Cavad müəllim bir qədər pərt cavab verdi.
  -   Xəstələrdə  tez-tez  rast  gəldiyimiz      problemlərdən   biridir.  Hələ  siz  yaxşısınız ,elələri var otuz, qırx  yaşından bu bəlaya tuş olur. Şəhər   mühiti ,  çirkli  hava ,yediyimiz mənşəyi  bəlli  olmayan   qidalar –hər  şey  orqanizmə   təsir   edir. Nə  yazıq  ki, biz  təbiətdən və  eyni zamanda cəmiyyətdən  asılı   məxluqlarıq .Təbiət   bizim   maddi varlığımızı ,cəmiyyət  isə  mənəviyyatımızı   şərtləndirir.
-   Təbiət  bizi    yetişdirir  və   sonra  da     aradan   götürür -Cavad  müəllim   dedi.
    — Barışmaq  lazımdır  təbiətlə  də ,  cəmiyyətlə  də.
      -Və  elə   ölümlə  də-Cavad  müəllimin  səsində  qəmli   bir   ahəng   var  idi.
Davamı →

Depressiya/Şiringül Musayeva.(2-ci hissə)

-Salam  ,doktor.
-Salam, Cavad müəllim, işlər  necə   gedir.?
— Əla  gedir. Xəstəlik  daha  da  genişlənir, şaxələnir.-Cavad müəllim əsəbi-əsəbi  dedi.
-Dostum,  belə  əsəbi  olsanız...Gəlin...gəlin  bir yoxlayaq...
 Cavad  müəllim pərdə  arxasına keçdi.
 Doktor onu    müayinə  etdi.
Davamı →

Depressiya/Şiringül Musayeva.(3-cü hissə)

  -Nə  var ,nə  yox, Cavad  müəllim, çoxdandır   görünmürsüz?   Nə   vaxt  gəldiniz  Türkiyədən?
-Bir  ay  olar   ki,  burdayam
-Necəsiz?-  Nazim  doktor  diqqətlə  Cavad   müəllimi  süzdü. Ağrı –acınız  varmı?
-Yoxdur.
-Əla. İndi   sizi  yoxlayaram.-Nazim  həkim  biruzə  verməsə  də  Cavad  müəllimin rəngindən  heç  xoşlanmadı.
Müayinədən  sonra  həkim  bir  qədər  rahatladı
Davamı →

Son gecə | Rey Bredberi

– Bu gecə dünyanın yox olacağını bilsəydin, nə edərdin?
– Nə edərdim? Zarafat edirsən, ya…
– Yox, düzünü de.
– Bilmirəm. Bu barədə düşünməmişəm. – qadın qəhvədanın qulpunu ərinə tərəf çevirdi və fincanları nəlbəkilərə qoydu. Kişi özünə qəhvə süzdü. İki balaca qız uşağı qonaq otağının yaşıl neft lampası ilə işıqlanan küncündə kublardan bina yığırdılar. Təzəcə qaynamış qəhvənin yüngül, təmiz qoxusu axşamın havasına qarışmışdı.
– Düşünməyə başlasan, yaxşıdır, – dedi kişi.
– Ciddisən? Kişi başını yellədi.
– Müharibə? Bəlkə, hidrogen, ya atom bombası?
– Yox.
– Baktereoloji silah?
– Heç biri, – kişi asta-asta qəhvəsini qarışdırırdı, gözlərini fincanın içindəki qaranlığa zilləmişdi.
– Belə deyək də, kitabımız bağlanır.
– Heç nə başa düşmürəm.
– Elə mən də. Sadəcə ürəyimə damıb. Bəzən dəhşətə gəlirəm. Bəzən də heç qorxmuram, əksinə sakit oluram.
Davamı →

İmtina | Vudi Allen

Mən inanıram ki, həyatın mənası var.
Bütün insanlar – varlılar da, kasıblar da əvvəl-axır Allahın Şəhərinə köçəcəklər.
                                                                                                              Vudi Allen

Boris İvanoviç zərfi açıb məktubu oxuyanda özünün də, arvadı Annanın da rəngi qaçdı. Manhettenin ən yaxşı uşaq bağçası üç yaşlı oğulları Mişanı qəbul etməmişdi.                        
–İmtina edə bilməzlər, ola bilməz! – Boris İvanoviç xəbərdən sarsılmışdı.
–Yox, yox! Yəqin səhv gedib,  – arvadı onunla razılaşdı.
– Əvvəla o, diribaş uşaqdı, xoşxasiyyət və üzüyoladır, yaxşı nitq qabiliyyəti var, rəssamlığı da pis deyil, Cənab Kartofbaş oyuncağını da quraşdıra bilir.
Boris İvanoviç həyatdan qopub kədərə qərq oldu. Balaca Mişa nüfuzlu məktəbəqədər təhsil müəssisəsinə daxil ola bilməyib! Bundan sonra “Bear Stirns”dəki iş yoldaşlarının üzünə necə baxacaq?! Hətta bir anlıq qulağında Semyonovun rişxənd dolu səsini cingildədi:    
Davamı →

Uzundur dünyanın bu əfsanəsi/Şiringül Musayeva(1-ci hissə)

                                   Bilinməz  nə  vaxtdan  hərlənir  bu tas,
                                  Nə  zaman  pozular  bu  gözəl  əsas.
                                   Belə nazik  fikri  dərindən duyub
                                  Ağıl  ölçüsüylə  dərk  etmək  olmaz.
      Keçmiş  günlərə  baş  vuranda  ,  xəyala   dalanda     öncə  gözü   önünə  kəndlərinin  kənarını  əhatə   etmiş  yamaclar   gəlirdi.    Nədənsə  həmişə     yaz   vaxtları  canlanırdı   xəyalında  ;  yamaclar   yaşıl  dona  bürünmüş  olurdu  .Və   ən  qəribəsi   o  idi  ki  ,  yamaclar   aralıdan  dağa  bənzəyirdi,  yaxından  isə   elə  yamac idi  ki, vardı.  Sonra   uca   Pirdirəki  dağını  xatırlayırdı.  Və  anlayırdı ki  ,  Pirdirəki  dağı,  sözsüz ,  dağdır,  çünki  ətrafdan  ,  hətta  çox  uzaqdan  belə  görünür. Və  ona  çox  təəccüblü  gəlirdi   nədən   aşağılar   -  dağın  yamacları   yaşıl   ,zümrüd   rəngində, əsas  özəyi — başı  isə    yumru  və  bozumtuldur:  sanki  sal  qranit  parçasıdır.
    Uşaq   vaxtı   babası  ilə  dəfələrlə  dağa   getmiş  və   yəqinləşdirmişdi  ki, dağ  qranit  parçası  — filan  deyil,  amma  daşlı- kəsəklidir.  Yəqin ,elə  buna   görə   də    ətraf  yamyaşıl    zümrüd  rəngunə   boyananda  o, eləcə  bozumtul  qalır  .Bozumtul...
   Nədənsə   bu  rəng  həmişə  ona  kasıb  gəlirdi ,  qoca  gəlirdi   və   o ,  həmişə  o  vaxt  da, indi  də  düşünürdü  ki ,bu  dağ nə  isə   qocadır,  kasıbdır  .Dağ   onda   qəribə   bir  təəssürat   yaradırdı.
Davamı →

Boyunbağı | Gi de Mopassan

O, taleyin kinayəsi ilə, bəzən usta ailələrində dünyaya gələn zərif və cazibədar qızlardan biri idi. Onun cehizi yox idi və gələcəyə ümid bəsləmirdi.
Yuxarı təbəqədən zəngin bir adamın onu sevib evinin xanımı etməsinə heç bir ehtimalın olmadığını bildiyindən Təhsil Nazirliyində işləyən kiçik bir məmurun evlilik təklifini qəbul etmişdi. Bahalı paltara pulu olmadığından sadə geyinirdi, özündən aşağı təbəqədən birinə ərə getdiyi üçün özünü bədbəxt hesab edərdi. Çünki qadın üçün hansı zümrədən, hansı nəsildən olmağın fərqi yoxdur, gözəllik, zəriflik və məlahət ona ailənin verdiyi imtiyazları əvəz edirdi.

Kasıb ailədə böyüyən qızların sahib olduqları davranış qaydaları, dərin zəka və incə zövq onları ən varlı xanımlarla bir səviyyədə tutmağa şərait yaradan üstünlük idi.
Gözəl və təmtəraqlı həyat üçün doğulduğunu hiss edirdi, amma heç nəyi yox idi, ona görə də əzab çəkirdi. O, evinin kasıbvari, divarların çılpaq görünməsindən, üstü yırtılmış stullardan, solmuş pərdələrdən xəcalət çəkirdi.
Davamı →

Qisas | İvan Bunin

Avqustun sonlarında dənizdə çimmək və naturadan şəkil çəkmək məqsədilə gəldiyim Kann pansionundakı bu qəribə qadın ayrıca masada səhər qəhvəsini içir və nahar edirdi.

Gərgin, qaşqabaqlı görünüşü var idi, elə bil, ətrafında heç kimi və heç nəyi görmürdü; qəhvədən sonra, demək olar ki, axşamadək harasa yox olurdu. Mən artıq bir həftəyə yaxın idi pansionda qalır və maraqla ona göz qoyurdum: qara, qalın saçlar, başını dövrələmiş yoğun qara hörük, qara gülləri olan qırmızı kreton paltar geyindiyi sağlam bədən, yaraşıqlı, sərt sifət, bir də o kədərli baxışlar.

Yeməkpaylayan elzaslı bir qız idi; on beşə yaxın yaşı olmasına baxmayaraq, iri döşləri, enli dalı var idi, həddən artıq kök olsa da, bu, ona məlahət və zəriflik verirdi; son dərəcə yelbeyin və mehriban idi, hər sözdən ürkər və gülümsəyərdi; bir dəfə onunla dəhlizdə qarşılaşarkən həmin qadınla maraqlandım. Qız diksinməyə və gülümsəməyə hazırmış kimi bulanıq-mavi gözlərini mənə zillədi:
Davamı →