Рейтинг
+50.73

Ədəbiyyat

80 üzv, 740 topik

Dünyanı sarsıdan epidemiyalar haqqında 5 məşhur əsər

Covanni Bokkaçço. “Dekameron”

İtalyan yazıçı və şair Covanni Bokkaçço 1313-cü il iyunun 16-da Florensiyada anadan olub. 1326-cı ildə atası bank müdiri təyin olunanda Bokkaçço ailəsi ilə birlikdə Neapola köçür və yaradıcılığa da orda başlayıb.
Yunanca ongünlük adlanan «Dekameron» Covanninin şah əsəri hesab olunur. Roman bir-birindən fərqli 100 novelladan ibarətdir. Ehtimal olunur ki, Bokkaçço “Dekameron”u 1348-ci ildə İtaliyada yayılan epidemiyadan sonra yazmağa başlamış və 1353-cü ildə tamamlamışdır.
İtaliyada qara ölüm adlanan epidemiyanın hökm sürdüyü dövrlərdə yeddi gənc xanım və üç cavan oğlandan ibarət gənclər qrupu xəstəlikdən qaçaraq, iki həftə müddətinə şəhər kənarında yerləşən bir villada məskunlaşırlar. Həmin iki həftə ərzində hər gün on nəfərin hər biri bir hekayə danışır.

Davamı →

Qorxulu Tehran haqqında

Günəş qarşıdakı təpənin dalından süzüb get-gedə enir, hava qaralırdı. Məhin tutqun olduğu üçün bu tutqunluğun üstünə bir də qaranlıq çökməsini istəməyirdi. Ömrünün axır gecəsi olduğunu hiss edirmiş kimi süzgün baxışlarla günəşi süzərək sanki onun eləcə durmasını və qürub etməməsini diləyir, rica edirdi.

Lakin təbiət onun ricasını qəbul edərdimi?
Xeyr! O öz hökmünü icra etməkdə idi…

Qar getdikcə şiddətini artırırdı. Dustaqların paltarları islanmış, su bədənlərinə keçməyə başlamışdı. Onların əlləri bir-birinə bağlandığı üçün üst-başlarına düşən qarı silib təmizləməyə imkanları yox idi. Hər biri min zəhmətlə özünü silkələyir, lakin bu silkələmə çox vaxt onların zərəri ilə nəticələnirdi. Qar boyunlarından kürəklərinə tökülüb daha da onlara əziyyət verirdi…

Mürtəza Müşfiq Kazımi
“Qorxulu Tehran” əsərindən

Davamı →

Çexovun son nəfəsdə dediyi müəmmalı söz nə idi?

Antоn Pavloviç Çeхоv 29 yanvar 1860-cı ildə Rusiyanın cənubundakı Azov dənizinin liman şəhəri Taqanroqda Antoni bayramında altı uşağı olan bir ailənin üçüncü uşağı kimi dünyaya gəlib. 1879-cu ildə Çexov məktəbi bitirib, ailəsi ilə birlikdə Moskvaya gedir. Burada Moskva Dövlət Tibb Universitetinin tibb fakültəsinə qəbul olur.
Çexov çoxuşaqlı ailə olub. Bütün qardaşları və bir bacısı Mariya istedadlı olublar. Mariya Konservatoriyanı bitirib, qardaşının biri Nikolay rəssam olub, 28 yaşında vərəm xəstəliyindən dünyasını dəyişib. Bir qardaşı İvan müəllim, ən böyük qardaşı Aleksandr yazıçı idi və Çexovu yazıçılığa o həvəsləndirib. Çexov həmişə deyirdi ki, o məndən qat-qat istedadlıdır, lakin o yüngül həyat tərzi keçirirdi, yeyib-içib gəzməyi sevirdi və keçirdiyi həyat onun bütün yaradıcılığını cılızlaşdırıb heç nə etdi. Amma o da yazıçıdır.

Davamı →

Şahinlərin gözümdən tamam düşməsi haqqında

İgidin adını eşit, üzünü görmə.
Atalar məsəli

Hər gün səhər bir saat, saat yarım parkda piyada gəzirəm. Gəzməzdən əvvəl parkdakı quşları yemləyirəm. Evdən çıxanda özümlə üç-dörd dilim çörək, iki-üç ovuc çiy günəbaxan tumu götürürəm. Tumları bazardan alıram.
Həqiqətən quşları yemləmək çox əla məşğuliyyətdir. Adamın beyni dincəlir. Quşbazları indi başa düşürəm. Heyf ki, şəraitim yoxdur. Şəraitim olsaydı məmnuniyyətlə göyərçin saxlayardım.
Bəzən quşları yemlədiyim zaman quşlar qəfildən, həyacanla pərən-pərən düşürlər. Bir anda uçub dörd tərəfə dağılışırlar. Başım çıxmır niyə belə edirlər. Ətrafa diqqətlə baxıram. Gözümə heç bir şübhəli canlı dəymir.

Davamı →

Bumbuz qadın | Ömər Xəyyam

Ənvər Məmmədxanlının əziz xatirəsinə...

Gözləri küçəyə zillənmişdi, fəqət ağlı hardasa – lap uzaqda veyllənirdi.
Uzaqda deyəndə ki… polislər, hərbiçilər… – ağlı bir küçə uzaqlaşa, ya uzaqlaşmaya…
Çit pərdə qabarır, stula ilişib çırpınır, boşalıb çəkilir.
Güləndam kətan ağlarını, yastıq üzlərini, qırmızı naxışlı əl-üz dəsmallarını ipə asır, ağlar yellənir, Səmədin içində bir cüt qanad titrəyir.
Güləndam əyilir, qalxır…
Ağların arasında ağ xəyalın sirli-sehrli rəqsi…
Güləndam ağ quşa çevrilir, ağların arasından ağ işığa bülənd olur.

Davamı →

Ağa deyir sür dərəyə | Aqşin Yenisey

Adətən, ölkəmizi hər mənada inkişaf etmiş ölkələrlə müqayisə etməyi sevirik (özümüzü həmin inkişaf etmiş ölkənin vətəndaşı ilə müqayisə etməyi sevməsək də). Bu, bir yandan yaxşı haldır ki, hədəfimizin inkişaf olduğunu göstərir, bir yandan pis haldır ki, bizi reallıq hissindən uzaqlaşdırır. Nitsşeni əsəbiləşdirən vəziyyət yaranır; səbəb və nəticə arasında əlaqə qura bilmirik. Ya səbəbi səhv yerdə axtarırıq, ya nəticəni düzgün hesablaya bilmirik.

Davamı →

Məşhur yazıçıların qəribəlikləri

1.Fridrix Şiller
Dövrünün ən böyük şairlərindən olan Şiller yazı yazarkən mütləq masasının üstündə çürük alma olmalı idi.Alma qoxusunun onu başqa aləmə apardığını, özünü təbiətin qoynunda hiss etdirdiyini deyirdi. Masa üstündə milçəklər vızıldaşan çürük bir alma və oturub şeir yazan bir şair. Təsəvvür edə bilirsiniz?

Davamı →

Orxan Məmmədov - Ömər Xəyyam kimi düşünmək

Bəzən qələm sahibləri haqqında yazı yazarkən qəribə bir təzadla qarşılaşırsan: Elə an olur ki, barəsində bir neçə məqalə oxuduğun, bir-iki əsərini vərəqlədiyin yazıçı, yaxud şairlə bağlı səhifələrlə yazmaq gücünü özündə tapırsan, ancaq ömrünü və yaradcılığını nisbətən geniş araşdırdığın sənətkar haqqında isə bir sətir yazarkən belə qəribə bir çətinlik çəkirsən. Bəlkədə birinciyə səbəb, müəllif və yaxud əsərlərlə bağlı hansısa bir qeyrirasional bağlılıqdır ki, az məlumatlı olsanda o haqda yazmağa cəsarət edirsən. İkinciyə səbəb isə yəqin ki, əhatəli məlumatın beyni, düşüncələri qarışdıra bilməsidir. Bu dəfə bəhs etmək istədiyim müəllif – Ömər Xəyyamla bağlı yazımda ikinci vəziyyətlə qarşılaşan kimi oldum.

Davamı →

Həkimin başına gələn qeyri-adi hadisə - Novella

Zəngli saatımın ucbatından səhər işə tez gəlmişdim. Xəstəxanamızın qabağındakı küçədə kanalizasiya xəttini tamamlamaq üzrəydilər. Tamamladılar. Üstünü də torpaqladılar. Sonra da asfalt döşədilər. Daha sonra KTİB işçiləri gəldi. Yolun kənarındakı arxları təmizlədilər. Çıxan zir-zibili asfaltın kənarına yığdılar. Zir-zibilin rəngarəngliyi heç də “Goodvil”in çeşidlərindən az deyildi. Nə istəsən tapardın – köhnə pencək, darbalaq, pampers, allı-güllü kapron şüşələr – bir sözlə, məşhur filmdə deyildiyi kimi – “iynədən tutmuş ingilis plömyotunacan”.

Davamı →

Atatürkçü ədəbiyyat

1938-ci il, 10 noyabr.
Atatürk dünyasını dəyişir.
Əli bəy Hüseynzadə «Onun vəfat tarixi» adlı bir şeir yazır.
Atatürkün ölümü səbəbilə yazılmış ilk şeirlərdəndir.
Əbdülhaq Hamidin, Orhan Seyfi Orhanın, Behcet Kemal Çağların, Cahit Sıtkı Tarancının, Melih Cevdet Andayın Atatürklə bağlı şeirlərinin ən yaxşıları ilə bir sırada dayanır.

Davamı →