Zəmzəm suyu

Zəmzəm Suyu
Hz. İbrahim, miladdan təxminən 2000 il əvvəl, İraqda Sümer şəhərlərindən “Ur” bölgəsində doğulmuşdur. Peyğəmbər olduqdan sonra, xalqı tək Allaha imana dəvət etdiyi üçün, Babil Hökmdarı Nəmrud tərəfindən atəşə atıldı. Lakin, Allahın əmri ilə atəş onu yandırmadı.30 Özünə iman edən İbranilərlə Fələstinə köçdü. Bir ara Misirə getdi, orada da özünə iman edən bir kimsə tapa bilmədiyi üçün, təkrar Fələstinə döndü.
Hz. İbrahim, yoldaşı Həcər ilə hələ körpə olan oğlu Hz. İsmayılı Allahın əmri ilə Fələstindən götürüb Məkkəyə, Kəbənin olduğu yerə apardı. Onlara bir dağarcıq xurma və bir tuluq su buraxaraq yanlarından ayrılıb Fələstinə döndü. O əsnada, hələ Kəbə inşa edilməmiş, Məkkə şəhəri qurulmamışdı. Ətrafda nə insan, nə su, nə də həyat əlamətləri vardı.

Davamı →

İslamdan əvvəl Ərəbistan yarımadası

Ərəblərin Vəziyyəti
Peyğəmbərimiz Hz. Məhəmməd (s.ə.s) ərəb yarımadasının Hicaz bölgəsində, Məkkə şəhərində doğulmuşdur. Onun həyatını və insanlıq tarixində etdiyi böyük inqilabı qavraya bilmək üçün, yaşadığı əsrdə ərəbistanın ümumi vəziyyətinin və ərəblərin yaşayışının ana xəttləri ilə də olsa, öyrənilməsində fayda vardır.
İslamiyyətdən əvvəl ərəblər, hələ millət halına gələ bilmədikləri üçün qəbilələr halında yaşayırdılar. Hər qəbilə, digərlərindən ayrı bir dövlət kimi idi. Qəbilə başçısına “Şeyx” deyilirdi. Hicaz və Yəmən bölgələrində bəzi şəhərlər qurulmuşsa da, ümumiyyətlə çöllərdə çadır və köçəri həyatı keçirirdilər. Hicaz bölgəsində üç əhəmiyyətli şəhər, Məkkə, Yəsrib (Mədinə) və Taif var idi. Məkkədə Qüreyş qəbiləsi, Taifdə Sakif qəbiləsi, Yəsribdə Evs və Həzrəc adlı ərəb qəbilələri ilə Kaynukaoğullan, Nadiroğullan və Kurayzaoğulları olmaqla üç yəhudi qəbiləsi var idi. Digər qəbilələr ümumiyyətlə köçəri idilər.

Davamı →

Kəbənin bilinməyən sirrləri

Dam və qübbəsi olmayan, son dərəcə sadə bir şəkildə inşa edilmiş dünyanın ən köhnə inşası olan Kəbə bildiyiniz kimi kub şəklindədir.
Deyilənə görə, 200 kvadrat metrlik qiymətli ipək örtüyünün milyonlarla dollar dəyəri var. Kəbəni ilk gördükdən sonra edilən duanın qəbul olacağına dair isbatlanmış bir inanc var.

Davamı →

Ata mirası

Ərafa - Adəmlə Həvvanın görüş yeri.
Kəbə - Adəmin insanlığa “EV” mirası.
Səfa və Mərvə təpələri - Hacərlə İbrahimin ayrılıq məkanı.
Hacər, hicrətin gəlini.
İbrahim, atəşin qənimi.
İsmayıl, qurbanlığın simvolu.
Adəm insanlığın ilk evini tikdi. Bizə “ev” anlayışını miras qoydu.
Adəm yasaq olmayan cənnətə gedə bilmək üçün yasaq olan cənnətindən hicrət etdi. Ərafada Həvvasına qovuşdu. Orda məskən saldı və insanlığa, — bütün varislərinə, — bir ev miras qoydu. Kəbə hər kəsin «ATA YURDU» oldu…
Davamı →

Kəbə haqqında

Ayə və hədislərdən də bəlli olduğu kimi Kəbə insanlara məbəd olaraq yer üzündə tikilən ilk evdir. Aləmlərə uğur, bərəkət və hidayət qaynağı olaraq qurulmuşdur. Allahu-Təala Qurani Kərimdə belə buyurur:


«Həqiqətən,aləmlərdən ötrü bərəkət və doğru yol göstəricisi kimi insanlar üçün ilk qurulan ev Bəkkədədir.Orada aydın nişanələr-İbrahimın məqamı vardır.Oraya daxil olanın təhlükəsizliyi təmin olunar...» (Al-İmran 96)


Ardı →

KӘ`BӘ

Müsәlmаnlаrın qiblәgаhıdır, әmin-аmаn еvdir, İslаmın nişаnәsidir, tәvаf mәhәllidir, müsәlmаnlаrın tоplаnış mәrkәzidir, ilаhi sınаq mәkаnı, sığınаcаq yеridir.
Nәfsаni çirkinliklәrdәn pаklаnmа, tәkәbbür vә хüdpәsәndlikdәn uzаqlаşmаq, ticаrәt vә qаzаnc, tәvаzö әldә еtmәk, gеniş ilаhi rәhmәtin nаzil оlduğu vә bеhiştә çаtmаq, iхlаs әldә еtmәk vә şеytаnın vәsvәsәlәrindәn qurtuluş yеridir.
İlаhi әzәmәt qаrşısındа insаnlаrın tәvаzö mәkаnı, insаnlаrın ilаhi qüdrәti е'tirаf nişаnәsidir.
Davamı →

Kəbə

Allah Beytül-Haram olan Kəbəni insanlar üçün bir qiyam etdi. İslam kainat təsəvvüründə Kəbə, göylə yeri birləşdirən əsas müstəvidə yerləşir. Ora səmanın rəhmindən ərzin göbəyinə uzanan mənəvi bir bəslənmə bağıdır. Yəni Kəbə yer üzünü səmaya, aşağını yuxarıya, alçağı ucaya, sonlunu sonsuza bağlayan bir göbək bağıdır.
Kəbənin «kiçik aləm» olan insandakı qarşılığı qəlbdir. Yəni sevginin və imanın qərargahı olan qəlb. «Rəhmanın ərşi» olan, ilahi mərhəmətin təcəlli yeri olan qəlb. Kəbəni mələklərin təvaf etdiyi əl-Beytül-Mamurun yer üzündəki proyeksiyası sayan şifahi rəvayətdə, Kəbəni ilk dəfə kimin tikdiyi sualına iki fərqli cavab verilir. Birincisi, Adəm Allaha ibadət etsin deyə mələklər, ikincisi mələklərin yardımı ilə Adəmin şəxsən özü. Səbəbi də, insanlığın atasının Quranda simvolik bir dillə izah edilən cənnətdən «eniş» qissəsində açıqlanır:
Adəm, Şeytanın fitnə və fəsadı ilə Allahın «yaxınlaşma» dediyi ağaca yaxınlaşmış və onun meyvəsindən dadmışdır. Bunun üzərinə tənzili rütbəylə (Tənzili rütbə — burada vəzifəsinin aşağı salınması.) məqamı endirilmişdir. O artıq məsuliyyət dünyasında tək başına qalmışdır  

Ardı →

Müqəddəs Kəbə

Kəbənin tikilməsi
Belə bir rəvayət söylənilir: Adəm (s.ə.s) və Həvva Cənnətdən Yerə endirildikdə bir-birindən ayrı salınmışlar. Adəm Şri-Lanka adasına (Seylon), Həvva isə Məkkə şəhərinin yaxınlığına, hazırda Ciddə limanının yerləşdiyi əraziyə göndərilmişdir. Adəm ilə Həvva yalnız 200 ildən sonra Məkkə ərazisində bir-birinə yenidən qovuşmuşlar. Uzun ayrılıqdan sonra onlar ilk dəfə Ərəfat dağında bir-birilə tapışır. Lakin Adəm Cənnətdə ibadət etdiyi məbəddən ayrı düşdüyünə görə çox darıxırdı. Nəhayət, Allah Öz rəhmətini göstərərək Yerə həmin məbədin oxşarını endirtmişdir. Adəm orada Allahın buyruğuyla bəşər tarixində ilk ibadət evini tikib-qurmuşdur. O, haqq dünyasına qovuşandan sonra həmin məbəd yenidən Yerdən götürülmüşdür. Lakin sonra həmin məbədin yerində Adəmin oğlu Sif Kəbə evini tikmişdir. Nuh Peyğəmbərin (s.ə.s) dövründə baş verən tufan nəticəsində bu ibadətgah dağılmışdır.



Ardı →