Рейтинг
+71.26

Kino

54 üzv, 248 topik

İsrailin kino tövbəsi

  • Kino
İsrail kinematoqrafiyasının ərəb ölkələri ilə konfliktini hansı rakursdan nəql etməsi, ərəblərlə ünsiyyəti necə və hansı səviyyədə qurması onların yalnız münaqişəyə münasibətini ortaya qoymur. Bu, bəlkə daha çox İsrail cəmiyyətinin ədalət hissini itirməməyinin, özünə, keçmişinə tənqidi baxmaq bacarığının və müzakirəyə açıq olmasının göstəricisidir.
Məni ən çox sarsıdan (yaxşı mənada) İsrail rejissorlarının etiraf mədəniyyətidir ki, bu, heç bir halda nəyinsə xatirinə sülhpərvər obrazı yaratmağa hesablanmayıb. Mövzunun əks olunduğu hər film gerçək ağrıdır, səmimi duyğuların simfoniyasıdır.

Davamı →

Kino çəkməyin Şimali Koreya üsulu: rejissoru oğurla!

  • Kino
Koreya Xalq Demokratik Respublikasının (Şimali Koreya) yaradıcısı Kim İr Senin oğlu Kim Çen İr gəncliyində əsl kino aşiqi imiş. Hətta 1973-cü ildə “Kino sənəti haqqında” adlı kitab da yazıbmış və yerli kinoindustriyanın bütün işçiləri o kitabı oxumağa mükəlləf imişlər.
Ancaq Şimali Koreyada istehsal olunan filmlər həmin kitabdan əvvəl də, sonra da bir-birini təkrarlayırdılar. Onların hamısında xalq kommunist partiyasını və öz liderlərini dərin eşqlə, qeydsiz-şərtsiz sevirdi, kapitalist işğalçılarına qarşı qəhrəmancasına vuruşurdu.

Davamı →

Tarixi filmlər- Xartum

  • Kino
XIX əsr həm də Şərq torpaqlarına yiyələnmək uğrunda  Qərb dövlətləri və şirkətlərinin mübarizəsi tarixi olmuşdur. XX əsrin əsas mədəni nailiyyətlərindən olan kinoda da bu mövzu özünün müxtəlif tərəf və yozumlarıyla işlənmişdir. Xüsusən Osmanlı imperiyasının ərazilərində qanlı çarpışmalar müxtəlif ədəbi və kinematoqrafik əsərlərdə işlənmişdir.
Bazel Lirdenin 1966-cı ildə ekranlaşdırdığı “Xartum” filmi epik müharibə janrında olan kino əsəridir. Epik janrda olan kino əsəri sənədli elementlərlə olan kadrlarla başlayır. Səhralığın insanda inam yaratması materialist yozum kimi görünsə də, sonradan inanc xətti filmdə ciddi şəkildə işlədilir. Özünü Mehdi elan edən Məhəmməd Əhməd (Lorens Olivye) ordusunun əsgərlərinə möcüzə vəd edərək mübarizə aparır. Onun şəxsi keyfiyyətlərindən xəbərdar olan London dairələri şəxsinin üzərinə inancı ilə seçilən Qordonu (Çarton Heston) göndərmək qərarına gəlirlər.

Davamı →

Animasiya filmlərində heyvan obrazları

  • Kino
Təmsillərdə, nağıllarda və animasiya filmlərində bir çox heyvanların obrazları stereotipləşib. Filmlərdə və təmsillərdə heyvanlarla tanış olan uşaqlarda, hətta böyüklərdə onlara qarşı dəyişməz münasibətlər formalaşıb.
Məsələn, tikanlı kirpini uşaqlar çox sevirlər, ancaq qurbağadan çox da xoşları gəlmir, hətta xoşları gəlməyən heyvanlara qarşı qəddarlıq göstərə bilirlər.
Kirpi tikanlı olduğu halda, cizgi filmlərində mehriban və xeyirxah obraz kimi göstərilir. Azərbaycan animasiya  kinosunda kirpi obrazı bir çox cizgi filmdə yer alıb. Bunlardan ən məşhurları «Kirpi balası və alma», «Xeyirxah kirpi», «Mərhəmətin dadı» filmləridir.

Davamı →

Azərbaycanın kino sənətinə yeni nəfəs gətirən rejissor

  • Kino
Bu gün Azərbaycan rejissorluq məktəbinin istedadlı nümayəndələri sırasında özünəməxsus yer tutan və bu sahənin inkişafında mühüm rol oynayan Xalq artisti Rasim Ocaqovun doğum günüdür. Rejissorluğu ilə kino sənətimizə yeni nəfəs, rəng və çalar gətirən Rasim Ocaqov gərgin axtarışları və istedadı sayəsində milli kino tariximizin müxtəlif dövrlərini əhatə edən bənzərsiz sənət nümunələri yaradıb. İstər sovet dövründə, istərsə də Azərbaycanın müstəqilliyinin bərpasından sonra çəkdiyi filmlər Rasim Ocaqovun mənalı ömür yoluna işıq saçır.

Davamı →

Çoxlu Faust

  • Kino
Alman şairi və ictimai xadimi İohann Hötenin 60 ilə yazdığı, təkrar gənc olmaq üçün ruhunu İblisə satmış qoca alimdən bəhs eləyən “Doktor Faust” əsəri sadəcə dahiyanə yazılmış, XVIII əsrin sonları-XIX əsrin əvvəllərində alman ədəbiyyatında mövcud olan əksər mərhələləri birləşdirən faciə deyil. O, həm də yazıldığı dövrdən bu günə qədər aktuallığını itirməyən, elə buna görə də başqa yazıçıların, rəssamların, bəstəkarların və təbii ki, kinorejissorların dəfələrdə müraciət elədiyi bir əsərdi.
Kinematoqrafiyada “Doktor Faust”a başqa ədəbi nümunələrə nisbətən daha az, cəmi 7-8 dəfə müraciət olunsa də, onların hər biri fərqli interpretasiyası ilə tarixdə iz qoyub.

Davamı →

Nabat kimi olmayan - Nabat

  • Kino
“Nabat” son illərdə Azərbaycanda ən çox təbliğ edilən yerli filmlərdən biri, bəlkə də birincisidir. Rejissor Elçin Musaoğlunun 2014-cü ildə çəkdiyi Qarabağ müharibəsindən bəhs edən filmə iranlı kinematoqraflar da töhvə veriblər. Operator Əbdülrəhim Bəşəratvə baş roldakı Nabat obrazının ifaçısı Fatimə Motamed Arya adlı aktrisa İrandan dəvət ediliblər. Filmin adı da elə bu obrazdan götürülüb.
Bu yaxınlarda Nizami Kino Mərkəzində ödənişsiz nümayiş etdirilən müasir Azərbaycan filmləri arasında “Nabat”ın da adı vardı. Bir neçə nəfər tanışla çoxdan baxmaq istədiyimiz filmi izləmək üçün həvəslə kinoteatra getdik.

Davamı →

Kino aləminin bilinməyən tərəfləri

  • Kino
Kino aləmi bəlkə də dünyanın ən maraqlı və eyni zamanda ən sirli sahəsidir. İnsanların görə biləcəyi yalnız ekranlarda yayımlanan bir filmin bitmiş versiyası ola bilər, lakin bu sahədə baş verən bütün pərdəarxası məqamlar izləyicilər  üçün hər  zaman  sirr olaraq qalacaq. Bu yazıda kino aləmi ilə  bağlı topladığımız maraqlı məlumatları  təqdim edirik.
Heç bilirdinizmi ki, kinematoqrafiyanın yaradıcıları olan Lumyer qardaşları əslində bu sahənin uğurlu gələcəyinə inanmırdılar. Qardaşların düşüncələrinə görə,  kino sadəcə həyat haqqında çəkilən qısa səhnələrdən ibarət olan bir janr çərçivəsində qalacaq və tezliklə insanların bu sahəyə olan marağı yox olacaqdı. Başladıqları işə bir əyləncə kimi baxan Lumyer qardaşları illər ötdükcə səhv düşündüklərini qəbul edirlər.

Davamı →

Qadagan Olunmus Filmler

  • Kino
İzləyərkən psixologiyanızı pozacaq qadagan olunmus filmler. 
Qorxulu səhnələri və ya tamaşaçıya psixoloji təsirləri səbəbindən bir çox filmin tamaşaçı qarşısına çıxmasının qarşısı alındı. Bəzi ölkələr də normal sayılan bu filmlər bəzilərində qadağan edildi. Siyahıda elə filmlər var ki, bu filmlərdəki şiddət səhnələri insanlara tətbiq olundu və əksəriyyəti həqiqətən öldü. Bu reaksiyalara baxmayaraq, filmlər insanlar tərəfindən maraqla izlənilməyə davam edildi və bir çox festivallarda mükafat qazandı. 

Davamı →

Kədərli Sevilin uğurlu sədası

  • Kino
Azərbaycanın görkəmli dramaturqu Cəfər Cabbarlının məşhur “Sevil” dramı qadın azadlığına həsr olunan əbədi abidədir. İnsanların zəkasında parlaq nur yaradan, düşüncələri aydınladan bu abidənin örnəkləri uzun illərdir məna dəyərini itirmir, müasirliyini (ideya baxımından) qoruyub saxlayır.
Geniş oxucu kütləsinin sevgisini qazanan tarixi-inqilabi mövzulu əsər 1929-cu ildə dramaturq Cəfər Cabbarlı və ssenarist Qriqori Braginskinin birgə yazdıqları ssenari əsasında ekranlaşdırıldı. Filmdə cəhaləti, köhnəlmiş qayda-qanunları tənqid edən fikirlə yanaşı, inqilabi proseslər də əks olundu. Yeni həyat quruculuğunu təbliğ edən film aktual mövzulu ekran əsəri olaraq az müddət ərzində geniş tamaşaçı auditoriyası tərəfindən rəğbətlə qarşılandı. Oxuma-yazma bilməyən, təhsilsiz qadınların filmlə ilk tanışlığı isə müəllif ideyasını daha tez və dərindən qavramalarına, həyata daha aydın, fərqli nəzərlərlə baxmalarına səbəb oldu.

Davamı →