Bananlı Rafaello

Bananlı Rafaellonu hazırlanması qaydası 

Tərkibi: (Təxminən 30 ədəd «rafaello»  üçün)

2 ədəd orta ölçülü banan

150-200 q qoz

150-200 q badam

50 q kokos yonqarı


Blenderdə qozu, sonra isə bananı ayrı-ayrılıqda xırdalayın. Qarışdırın. Onun qatılığı elə olmalıdır ki, kürə düzəltmək mümkün olsun. Əgər duru olsa, yenə qoz və yaxud kokos yonqarı əlavə edə bilərsiniz.

Qoz boyda kürələr hazırlayın. Kokos yonqarına batırın. Soyuducuda 1-1,5 saat saxlayın. Təxminən 30 ədəd «rafaello» alınır.



Nuş olsun! 
 

 

0 şərh