Cheesecake

Cheesecake hazirlanmasi 

Xəmiri üçün:

1 1/2 st. un
1 paket qabartma tozu
1/4 st. şəkər tozu
1 paket vanil 150 qr.
soyuq kərə yağı
3 yumurtanın sarısı

Bu ərzqlardan xəmir yoğururuq. Xəmirin yarıdan çoxu formanın dibinə yerləşdirilir. Əvvəlcədən isinmiş sobada 180 dərəcədə 20 dəqiqəyə bişir. Bu tortun altı olacaq. Xəmirin qalan hissəsini də nazik yayıb bişiririk. Bu isə tortun üstü üçün qırıntılar olacaq.


Krem üçün:

500 qr. qaymaq
yarım st. şəkər tozu 1/4 st.
puding 750 qr.
duzsuz krempendir. ( mascarpone və ya philadelphia ola bilər )

Qaymaqı şəkər tozu və puding ilə mikserlə çalmaq lazımdır. Pendiri də əlavə edib çox az qarışdırırıq. Bu qarışıqı soyuyan xəmirin üzərinə əlavə edirik. Digər xəmiri də qırıntı halına gətirib tortun üstünə səpirik. Ən az 5-6 saat soyuducuda saxlanılır.

 

0 şərh