Mayonezli badımcan ruleti

Ərzaqlar:

10 ədəd badımcan

1 st qoz ləpəsi

3-4 x.q mayonez

Duz

1 diş sarımsaq

Qızartmaq üçün:
Bitki yağı



Hazırlanması:
Badımcanın qabığını soyub uzun doğrayırıq. Uzun doğranmış badımcanları duzlayıb 10-15 dəqiqə saxlayırıq. Sonra sıxıb acı suyunu çıxarırıq. Soyuq suda yuyuruq.




 Sonra az duzlayıb tavada hər iki uzunu qızardırıq.




 Qızardanda bir boşqaba salfetka qoyub üstünə yığırıq ki yağı çəkilsin




İçliyi hazırlayaq. Qozu qoz çəkən maşından keçiririk. Sarımsağı sarımsaq əzandən keçirib mayonez qoz ilə qarışdırırıq. Zövqə görə duzda əlavə edib yaxşı qarışdırırıq.




 Badıbcanın bir dilimini götürüb bir başından iç qoyub rulet kimi bükürük.





 Bükülmüş ruletlərin hər tərəfini çəkilmiş qoza batırıb boşqaba düzürük.

 Nuş olsun!
 

0 şərh