Nüvədi kəndinin lətifələri
- Oqtay Cəfərov kəndin tamahsız, əliaçıq, düzlüyü sevən cavan bir bağbandır. Oqtay bir gün Kəhriz dəhnəsinə piyada gəlir. Bu zaman Bahadırın üç ənik iti ona hücum edir. Elə bu an maşında adamlar da gəlib bulağa çatırlar. Oqtay daş götürüb özünü qoruyarkən arxadan gələn iri it heç nəyə baxmadan irəliləyib onun üst-başını yalayır, qalan üç it də sakitləşir. Oktayın yadına düşür ki, bu itə on il bundan qabaq çobana köməyə gedərkən ona bollu-bollu çörək atıb. Mehribanlıq göstərən iti Oqtay bir təhər sakitləşdirir. Maşındakılar hər dəfə olduğu kimi. Yenə də ”Oqtay al bu bidonu doldur. Oqtay al bu kanistiri dolrur” deyirlər.
— Hamınız bir dəqiqə sakit olun, bir söz demək istəyirəm,--deyə Oqtay sözünə davan edir:--Ay işçilər, on il bundan qabaq bu itə çörək atdığımdan indi mənim əl-ayağımı yalayır. Ancaq sizə on ildir ki, su doldururam, yaxşılıq edirəm. Bu itdə olan qeyrəti sizdə görmədim. (kənd söhbəti).
Davamı →