Bu gündən tövbə

Mus: Şakir Quliyev, söz: Hüseyn Sözlü
 
Çox sevdim, inandım məhəbbətinə,
Mən çox dözdüm əzablara, çətinə,
Bilmədim sevmirsən. Allah xətrinə,
Səni sevdiyimə bu gündən tövbə.
 
Bilməzdim dayazdı səndə məhəbbət,
Bilməzdim ayazdı səndə məhəbbət,
Çox xəsissən, azdır səndə məhəbbət,
Səni sevdiyimə bu gündən tövbə.
 
Deyirdim mən səndən küsə bilmərəm,
Sənlə əlaqəmi kəsə bilmərəm.
Gözlərim qan-yaşı töksə, bilmərəm,
Səni sevdiyimə bu gündən tövbə.
 
Arzumu sən, vuran daşlardan daşa,
Yalanlar içində sən rahat yaşa,
İstəsəm səninlə mən olum qöşa,
Səni sevdiyimə bu gündən tövbə.
 
Sənsizlikdən həsrət məni boğsa da,
Sənsizlikdən Günəş gecə doğsa da,
Sənsizlikdən qara saçım ağsa da,
Səni sevdiyimə bu gündən tövbə.

Sözlüyəm, son sözü yazıram sənə.
Bundan sonra inanmaram eşqinə,
Saralsam da yarpaq tək gündən-günə,
Səni sevdiyimə bu gündən tövbə.
 
 
Müəllif: Rafiq Babayev Sayad oğlu, fizika-riyaziyyat elmləri namizədi
Mənbə: “1001 mahnı” kitabı.4-cü nəşr, 2007
 

0 şərh