Bakı mahnısı

Mus: Oqtay Zülfüqarov, söz: Teymur Elçin

Bir tərəfdə Abşeronun təpələri,
Bir tərəfdə göy Xəzərin ləpələri,
Yaşıl bağlar qucağında körpələrin,
Nə xoşbəxtsən, bəxtiyarsan, Bakı!

Nəq:

Bakı, Bakı, gözəl Bakı.
Mənim doğma şəhərim,
Bakı, Bakı, gözəl Bakı.
Mənim nurlu səhərim.

İş başına tələsirsən səhər-səhər.
Çalışırsan, yaradırsan fəhlə şəhər.

Yüz nəğmədir göstərdiyin hər bir hünər.
Sən nə gözəl bəstəkarsan, Bakı!
Ürəkləri vurğun edər gözəllərin,
Şirin olur nəğmələrin, qəzəllərin.

Camalını bəzəyibdir öz əllərin,
Sən nə böyük sənətkarsan, Bakı!

Ulduzlardır sinən üstə qatar-qatar,
Torpağında neçə-neçə Günəş yatar.
Səndən ayrı düşən könül dərdə batar,
Ürək açan xoş diyarsan, Bakı!

 

Müəllif: Rafiq Babayev Sayad oğlu, fizika-riyaziyyat elmləri namizədi
Mənbə: “1001 mahnı” kitabı.4-cü nəşr, 2007

 

0 şərh