Bakım mənim

Mus: Mehriban Əhmədova, söz: Fikrət Qoca

Bakı soyunur yorğunluğunu,
Səma olub bir nağıl.

Anam Xəzər oxşayır onu,
Göydən yen ulduz yağır.

Bakı Odlar yurdunun qəlbi-
Qədim şəhər, gənc şəhər.

Adın-sanın Günəşdən qəlbi,
Şad xəbərdir hər bir səhər.

Nəq.:

Lay-lay çalır qalalar sənə, Bakı.
Lay-lay çalır dalğalar sənə, Bakı.
Lay-lay, mənim mehriban Bakım, lay-lay!
Lay-lay. mənim qəhrəman Bakım, lay-lay!
 
 
 
Müəllif: Rafiq Babayev Sayad oğlu, fizika-riyaziyyat elmləri namizədi
Mənbə: “1001 mahnı” kitabı.4-cü nəşr, 2007
 

0 şərh