Kim olacaq

Mus: Zeynəb Xanlarova, söz: Nüsrət Kəsəmənli

Bu dünyadan görən bizə
Nə yetəcək, nə qalacaq.
Özüm sındıran könlünü
Mən almasam, kim alacaq?

Gecə-gündüz oda yanan,
Gözləri yollarda qalan.
Həsrətindən gül tək solan
Mən olmasam, kim olacaq?

Kaş qəlbimiz bir döyünə,
Gəl uçaq eşqin göyünə.
Bu sevgisiz ürəyinə
Mən dolmasam, kim dolacaq?
 
 
Müəllif: Rafiq Babayev Sayad oğlu, fizika-riyaziyyat elmləri namizədi
Mənbə: “1001 mahnı” kitabı.4-cü nəşr, 2007
 

0 şərh