Рейтинг
+94.62

Poeziya

101 üzv, 438 topik

Nə bilim | Məmməd Araz

Səndən mənə bir ömürlük xatirə,
Məndən sənə nə qalacaq, nə bilim?
Çətin bir də daş üstə daş bitirəm,
Niyə uçdu bu qalaçıq, nə bilim...

Damağımda bal sevdanın turş dadı
Uşaq ağlım inadıma qurşadı.
Nə hönkürdü bu naqafil gurşadı?
Kimə dedim, — dedi, — ancaq: «nə bilim!»

Günlər mənə gün yazmağı unutdu,
Gülüm, günün güllərimi qurutdu.
Bu oyunda kim uduzdu, kim uddu,
Peşimanı kim olacaq, nə bilim?
Ardı →

"Yox" deyəndə mən - Baba Vəziroğlu

Qəlbimdən asılan bir daş imiş, daş!
Sən «getmə» deyəndə gözlərində yaş.
Dinə bilməyəydim, lal olaydım kaş,
Dilim quruyaydı «yox» deyəndə mən.

Adım yaman oldu, dillərə düşdüm,
Dərddən havalandım, çöllərə düşdüm,
Bilsən sənsiz necə günlərə düşdüm.
Dilim quruyaydı «yox» deyəndə mən.

Artıq gecikmişəm, getdi o qatar.
Daha «hə» deməyin nə mənası var?
İndi gücüm bircə qarğışa çatar:
Dilim quruyaydı «yox» deyəndə mən.

Mən indi bilirəm neyləməliydim,
«Sənsiz nə günüm var?!» söyləməliydim.
Ömrümdə bircə yol «hə» deməliydim,
Dilim quruyaydı «yox» deyəndə mən!
Davamı →

Şəhərin ən qoca fahişəsinə

Görmüsən dünyanın min cür üzünü,
Hansıdı qardaşın, atan, gözəlçə ?
Bir qarın çörəkçün hər gün özünü,
Qucaqdan qucağa atan gözəlçə-
Tulla o qədəhi, saxla gülməyi
Gülmə ağlamağı, ağla gülməyi…
Ardı →

Qar kimi | N.Kəsəmənli

Qar kimi ağ gəldim,ləkəsiz gəldim,
Səssizcə yağmışdım yollarına mən.
Mən sənin ömrünə «bəlkə»siz gəldim
Yığıldın güc kimi qollarıma sən......
Bitdi baxışların nəğməsi,sözü,
Sükut qollarında gəzdirdi bizi......
qar mənzərəsi


Ardı →

Facebook | Rusif Hüseynov

Hər kəs öz dərdini səndə bölüşür
Bizlərə ortaqsan sən ey Facebook!
Dostlar, sevgililər burda görüşür
Sirrli bir otaqsan sən ey Facebook!

Əsəbi olanda günahkar sənsən
Sevən ayrılanda səbəbkar sənsən
Bu söz-söhbətlərə necə dözürsən?
Qədri bilinməzsən sən ey Facebook!
Ardı →

Bəxtiyar Vahabzadə - Bəli, əsəbiyəm!

Mənə "əsəbisən" deyən — düz deyir.
Mənim nöqsanımı demək istəyir.

Söz atdın… Könlümdə qopdu zəlzələ,
Bilmədim, nə zaman çıxdım özümdən.

Toxundun könlümə üstəlik hələ
Deyirsən, lal olum, qışqırmayım mən?

Dəmir dəmirdi ki, toxunsan əgər
O da cingildəyər, o da səslənər.

Mən ki istəmərəm bir ürək sına,
Əsəbiyəm, çünki həyəcanım var.
Hardasa bir haqqın tapdanmasına
Mən dözə bilmərəm, isti qanım var.

Mənə biganədir soyuqqanlılıq,
Hər şeyə öz ölçüm, öz tərəzim var.

Sənin qərəzinin mənə dəxli yox,
Mənim öz görüşüm, öz qərəzim var.

De, necə od tutub alışmayım mən –
Fikirsiz, məsləksiz ölü canlara?
Bəli, əsəbiyəm, heç çəkinmədən
Mənim əqidəmə toxunanlara.

Dünyaya gəlmişəm, qanam, anladım,
Ürəyim od tutub yanar.
Bəli, əsəbiyəm, çünki insanam,
Mənim nifrətim var, məhəbbətim var.

Quzuya da bəli,
Qurda da bəli?
Deyirsən, olmasm baxışım mənim?
Nöqsanım budursa əgər...
                           deməli,
Ancaq naxışımdır yanlışım mənim.


İyul, 1979
Davamı →