Рейтинг
+94.62

Poeziya

101 üzv, 438 topik

İradəsizlik

İRADƏSİZLİK

Zəng etməyəcəm sənə,
Əvvəl telefon nömrəsini
                 unudacağam,
Sonra səni.
Barmaqlarımın yaddaşından
siləcəyəm saçlarının yumşağlığını.

Gəlməyəcəm sizə tərəf
Bəhanə edəcəyəm yolların uzaqlığını...
Qovacağam yaddaşımdan
               xırmandan sərçə qovan kimi
               sarıdimdik xatirələrini.
Qərəzli arzulartək
ürəyimdə boş qoyacağam yerini.

Zəng etməyəcəm sənə
Əli qoynunda qalacaq
              lal telefonun.
Şüşə gözlərdən
              kədərli rəqəmlər boylanacaq sənə.
Kədərlə baxacaqsan
              sükutun hədəsinə.
Hər gecə yuxulu gözlərində
              bir günlük ümid öləcək;
Yuxuna qorxulu
              şübhələr töküləcək,
Balıncın yarısı üşüyəcək....
Zəng etməyəcəm sənə,
Boşaldı cibimin iki qəpiklik yükü,
Avtomat telefonların
             azalacaq bir sakini.
İki yeri boş qalacaq arxa sırasında kinoteatrların,

Adını tapmayacaqsan arasında yeni yazdığım sətirlərin.

...Bu günün də
             sənsiz axşamı gəldi,
Evdəsənmi,görəsən
Telefonun yanındamı dayanmısan yenə sən?

Səsin isidərmi otağınızı
Məndən yenə qeybətlər
             edibmi qonşu qızı?!
Boylanırsanmı yenə
             mənim gəldiyim yola?...
Yordu «bəlkə»lər məni,
-Xaloğlu,
bəlkə,2 qəpiyin ola?...

                                        N.Kəsəmənli


Davamı →

Həqiqət - Nüsrət Kəsəmənli

HƏQİQƏT

Həqiqəti pıçıltıyla dedilər

Haylı-küylü yalanların içində.

Həqiqəti daim başda gördülər,

Oda düşüb yananların içində.

Yeri düşsə qum göyərər, daş çıxar,

Bir doğruyla neçə yalan boş çıxar,

Bacarırsan həqiqətlə baş çıxar

Həqiqəti dananların içində.


Ardı →

Notasiya | Salam Sarvan

NOTASIYA

Mümkünsə, bu silsilədəki şeirləri oxuyarkən qabağınızda şahmat taxtası da olsun. Oradakı gedişləri taxta üzərində təkrar eləsəniz, maraqlı bir kombinasiyanın şahidi ola bilərsiniz. Şəxsən mən həmin kombinasiyanı bu silsilədəki şeirlərin kombinasıyasıyla tutuşdurdum və gördüm ki…

e2 — e4

Bir də baxıb gördün ki,
sənin bu boyda dünyada
40 yaşdan savayı heç nəyin yoxmuş.


Ardı →

Qadın | N.Həsənzadə

Pəncərəm önündə sular çağlayır,
Xal düşür gecənin aydınlığına.
Qollarım üstündə bir qız ağlayır,
İnana bilməyir qadınlığına.
Başının örpəyi yana sürüşüb,
İçməyib,məst olub…
Ardı →

Yarı məndə,yarı səndə | N.Kəsəmənli

İkimizdə bir ürək var,
Yarı məndə,yarı səndə.
Sevgi adlı bir ağacıq,
Budaq məndə, narı səndə.

Çiçək ətri gül üzündə,
Min məna var hər sözündə.
Bir buluduq göy üzündə
Yağış məndə,dolu səndə.

Bir ovçuyam,günüm ovda
Qaçhaqaçda,qovhaqovda,
Eşqimiz bir şirin sevda
Pətək səndə,balı məndə...

Davamı →