Рейтинг
+94.62

Poeziya

101 üzv, 438 topik

Təzədən (B. Vahabzadə)


Bu şirin sevdaya düşəndən bəri
Neçə yol ayrıldıq bir- birimizdən
Ayrılıq günləri, hicran günləri
Uzandı…
Ömrünə ömr aldı bizdən.
Biz ki, öyrənmişik hicrana artıq,
Cövri yadda qalır, qəm unudulur.
Sevən könüllər üçün, gülüm uzaqlıq
Ən böyük, ən gözəl yaxınlıq olur
Yağış dayandımı? Qalın buluddan
Ardı →

Ramiz Rövşən

Ramiz Rövşən 1946-cı il, dekabrın 15-də Bakının Əmircan kəndində anadan olub. Suraxanı rayonundakı 208 N-li şəhər orta məktəbində təhsil alıb. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini (1964-1969), Moskva Ali Ssenari kurslarını bitirib (1976-1978). Cəfər Cabbarlı adına «Azərbaycanfilm» kinostudiyasında, «Mozalan» satirik kinojurnal studiyasında redaktor (1971), kinostudiyanın ssenari emalatxanasında ssenarist (1974-1975), ssenari redaksiya heyətinin üzvü (1979-1987), kinostudiyanın baş redaktoru (1987-1992) işləyib. 1992-ci ildən Azərbaycan Tərcümə Mərkəzinin baş redaktorudur. Bir neçə şeir kitabının müəllifidir.

Ramiz Rövşənin ssenariləri əsasında çoxlu sayda bədii və sənədli film çəkilib. Şeir və hekayələri keçmiş SSRİ-nin bir çox dillərinə tərcümə edilib, ABŞ-da, Almaniyada, İngiltərədə, Fransada, Polşada, Bolqarıstanda, Türkiyədə, İranda çap olunub.

Ramiz Rövşən Azərbaycan Yazıçılar Birliyi idarə heyətinin və Azərbaycan Mətbuat Şurasının üzvüdür.
Onun bütün əsərləri mənalı və elm tutumludur Ayrlıq seiri isə xüsusilə gözəldir. Seirin bir hissəsini sizlərlə bölüşürəm.
Ardı →

Insan

Insan qədim dünyaya
Ilkin növraq olubdur.
Əcdadımız meymun yox
Ana torpaq olubdur!
Dünyada ən möhtəşəm,
Ən mehriban, ən əziz,
Ən ecazkar, ən qadir,
Ən müqəddəs, ən təmiz
Nədir?-deyə sən məndən
Soruşsan intizarla
Mən tərəddüd etmədən
Deyərəm iftixarla
İnsanlıq ülviyyəti,
İnsanlıq qüdsiyyəti,
İnsanlıq dəyanəti,
İnsanlıq ləyaqəti.
Dünyanı iqlim- iqlim
Səyahət edir insan,
Dünyanı öyrənməmiş
Dünyadan gedir insan.
Zəngindəndə zəngindir
Bərəkətli təbiət
Fəqət bilmirəm niyə
Səxavətli təbiət,
Yaratdıqları haqda
Dəyişdirib əmrini,
Dünyada ya bir qartal,
Ya bir qarğa ömrünü
Xeyir- dua içində
Verməyibdir insana
Hər qətrə arzusunu
Döndərə bir ümmana!
insan

Davamı →

Sən gözəllər gözəlindən də gözəlsən, gözəlim!

Eşqini qəlbinə bəxtim kimi yazmış öz əlim,-
Sən gözəllər gözəlindən də gözəlsən, gözəlim!

Üzünü görmədiyim hər günümə gün demirəm,
Küsmə, ünvanına bu sözləri küskün demirəm,
Sənə Leyla, özümə, yaxşı ki Məcnun demirəm
Gəl gülüm, gəl çiçəyim, gəl ki, mən ilhama gəlim,
Sən gözəllər gözəlindən də gözəlsən, gözəlim!
Davamı →