Рейтинг
+74.31

Qadın

92 üzv, 404 topik

Tarixdə qadın İLKlər

Gender bərabərsizliyinin və ya bərabərliyinin ən çox dartışıldığı bir dövrdə yaşayırıq. Hər gün bu mövzuda yeni nəsə eşidirik. Hər gün alimlərlə din xadimlərinin arasındakı mübahisələrə şahid oluruq. Hər gün qadınlarla kişilərin müxtəlif aspektlərdən qarşılaşdırılmasını görürük. Əbədi olaraq bir-brinə yoldaş olan bu iki varlıq həm də əbədi rəqibdir. Amma həm elmi, həm dini yönümdən qadın və kişi anlayışı bir insan, şəxsiyyət olaraq bütövdür və bu bütövü təşkil edən hər iki fərd önəmlidir. O zaman nədən bəzi cəmiyyətlərdə qadın hər zaman kişidən bir addım geridə görülür?

Zərif (bir az kobud deyildikdə zəif) və güclü (hegemon) cins. Bu ifadəni ilk dəfə kim işlədib, bilmirəm, amma qadınla kişini bir-birindən ayırmaq üçün ən çox istifadə edilən ifadədir. «Zərif» sözünün yerində çox zaman «zəif» sözünü də görürük. Tarix bizə göstərir ki, zamanın hər bir dönəmində qadın özünü və bacarığını göstərib. Bu matriarxal  dediyimiz zamanda da belə olub, patriarxal dövrdə də belədir.
Ardı →

Kişidən qurtulmağın 11 yolu

Oğlandan birdəfəlik ayrılmaq üçün effektiv məsləhətlərin siyahısı. Hər bir qaydanın istisnası olur. Xanımların çoxu partnyor tapmaq və saxlamaq üçün məsləhətlər axtarsalar da, elə hallar olur ki, qızlar dözülməz münasibətlərə son qoymaq istəyirlər. Ən asan çıxış yolu — qarşılıqlı anlaşma üçün nəzərdə tutulan məsləhətləri tərsinə yerinə yetirməkdir. Deyə bilərsən ki, ayrılmaq üçün ən yaxşı çıxış yolu, sadəcə qərarı bildirməkdir. Amma bu sadə addımı atmaqdan ötrü cəsarət toplamaq elə də asan olmur. Bəzi xanımlar ayrılma xəbərini eşidən partnyorlarının reaksiyasından qorxurlar.

1.Müqayisə et. Partnyorunuzu mütəmadi olaraq əvvəlki sevgilinizlə və ya başqa kişi dostlarınızla müqayisə edin. Bu zaman ona çatışmayan cəhətlərini göstərərək yeni, ona xas olmayan davranış xətti təlqin edin.


Ardı →

Kişi yalanları

  • Qadın
«Səni sevirəm», «Sənə zəng edəcəyəm»
Heç şübhəniz olmasın ki, kişilər yalan danışır. Məsələn, hansı kişi «Beş dəqiqə sonra evdəyəm» demir, barda yenicə içki içməyə başladığı saatlarda… Ya da hansı kişi həyat yoldaşını aparmadığı yemək dəvətindən sonra «Qonaqların həyat yoldaşları ilə birlikdə gələcəyini bilmirdim» — demir...
Dürüst olmaq lazım gələndə, hekayətlər quraşdırmaq qaneedici ola bilər. Amma bunun özümüzü aldatmaqdan başqa bir işə yaradığını deyə bilmərik. Xanımlar, elə isə möhkəm dayanın! Sizin üçün kişilərin ən sıx müraciət etdikləri yalanları deşifrə edirik!
Ardı →

Qadınlar nə istər?

  • Qadın
Qadınlar nə istəyir sualı daim kişilərin diqqət mərkəzindədir. Qadınlar müxtəlif xüsusiyyətlərə malik olduğundan onların ortaq cəhətləri anlamaq biraz çətindir. İstər qədim atalar sözləri istərsədə alimlər bu və bu kimi sualları araşdırmağa və onlara cavab tapmağa daim can atmışlar. «Qadın öz başına nə gül qönçəsidir, nə də tikan. İyləməsini bilsən gül, tutmasını bilməzsənsə tikan olar.»  Evliliklərimizdə ya da yoldaşlıqlarımızda cütlərin yaşadıqları qarşıdurmaların təməlində ya ünsiyyət problemi ya da kişinin və ya qadının eqoistcə davranıb qarşı cinsi tanımaması yatmaqdadır. Gərək ki, qarşında duran insanı yaxsı dinləməli və daha sonra qiymətləndirməlisən.
Davamı →

İşgüzar xanımlara məsləhətlər

  • Qadın
Qadınların fərqli olduqlarına baxmayaraq onları birləşdirən ümumi cəhətlər də var. Gərgin və yorucu iş günü ərzində daima baxımlı və gözəl görünmək istəyən qadınlar özlərinə lazımi qədər vaxt ayıra bilməməkdən daim şikayətlənirlər. Aşağıdakı məsləhətlər onlar üçün faydalı ola bilər. Ofisdə iş dolabınızın yalnız bir siyirməsini bunun üçün ayırmanız kifayətdir.

Korrektor: Kompüter qabağında işlərkən, gözlərinizin ətrafında əmələ gələn hər hansı bir qızartını, şişkinliyi örtmək üçün əvəzolunmaz vasitədir.Korrektorun dərinizin rəngindən bir ton açıq və ya tünd olmasına diqqət edin. 
Davamı →

Təhlükəli qadınlar haqqında

  • Qadın
Onlar ən mışhurlardandır və onlar tarixə öz adlarını ən təhlükəli cəsus qadınlar olaraq yazdılar. "Əgər bir qadın kifayət qədər əzmli, qərarlı və bacarıqlıdırsa, onun edə bilməyəcəyi heç bir şey yoxdur" ifadəsini Helen Lawrenson boş yerə işlətməmidir.


Mata Hari-«Doğuşun gözü»

Hollandiya doğumlu olan və əsl adı Marqarita Geertruida Zelle olan tarixin ən tanınmış qadın cəsusudur. O, Hollandiyada zəngin bir ailədə doğulmuş, lakin boşandıqdan bir neçə ay sonra Parisə köçmüşdür. Marqarita Parisdəki striptiz klublarının birində ən yaxşı striptizçi olarak rəqs etməyə başlayır. Burada özünə Mata Hari- malay dilində «Doğuşun gözü» mənasını verən adı seçir. Mata Hari məşhur rəqqasə kimi Avropa şəhərlərini dolaşır və həmin şəhərlərin dövlət adamları və ordudakı səlahiyyətli adamları ilə cinsi əlaqəyə girir. Birinci Dünya Müharibəsi başladığında fransızlar onun almanlar üçün cəsusluq etdiyindən şübhələnirlər. Mata Hari ikitərəfli cəsus olduğunu, lakin fransızlara sadiq olduğunu etiraf etməsinə baxmayaraq, 1917-ci ildə həbs edilir və 8 ay sonra edam edilir.


Ardı →

Qadınlar qadınlara görə bəzənir

  • Qadın
Haqqında danışacaqlarımız əlbətdəki bütün qadınlara aid edilə bilməz ancaq müasir dövrün reallıqları göstərir ki, bir qisim qadınlar elə məhz bunu qadınlar üçün edirlər. Başqa sözlə desək müasir qadınlar qarşı cinsin nümayəndələrinin diqqətini çəkmək üçün yox, bir-birləri ilə rəqabət aparmaqdan ötrü makiyaj edirlər. Alimlər belə hesab edir və apardıqları araşdırmaların nəticəsidir.

Ardı →

Hər şeydən şikayət etmək

  • Qadın
Qadınlar yaşadıqları mühitin  və Quran əxlaqından uzaq xarakterlərinin doğurduğu narahatlığı danışıqlarıyla da tez-tez dilə gətirirlər. Cahiliyyə cəmiyyətinin kişiləri də bu xarakterə malikdir və bu həm qadınları,həm də ətrafdakı insanları narahat edir.Bu davranışı hər şeydən əvvəl evdar qadın olmanın  bir gərəyi olaraq mənimsəmişlər. Onlara görə gün boyu yemək bişirib, ev təmizləyib və bəlkə də bütün gəncliyini, enerjisini bu məqsəd uğruna fəda edən bir qadın üçün «deyinməkdən» daha adi bir şey yoxdur.
Ardı →

Gəlin paltarları və onların növləri

Hər birimizə aydın olduğu kimi ənənəvi olaraq gəlin paltarı ağ rənglə assosiasiya olunur. Gəlin haqqında söz düşərkən biz ilk növbədə gözəl və ehtişamlı ağ gəlinlikləri beynimizdə canlandırırıq. Bəlkədə bu artıq qəbul etdiyimiz bir qayda və vərdiş halıdır. Artıq xanımlar gəlinliklər seçərkən başqa rənglərə də üstünlük verirlər, ancaq yenə də ağ rəngli gəlinliklər liderliyini qoruyur.  16-17-ci əsrlərdə ağ rəngli gəlinlikləri yalnız ömrünü Tanrıya xidmət etmək üçün kilsə həyatını seçən qızlar geyinə bilərdi. «Adi» qızlar isə çəhrayı və ya açıq mavi rəngli gəlinliklər geyinirdilər. Tünd və qara rənglər isə ümumiyyətlə istifadə olunmurdu.
Ardı →

Cahil cəmiyyət I Evdar qadın xarakteri

Cahiliyyə cəmiyyətinin çox böyük diqqətlə tətbiq etdiyi xarakterlərdən ilki   «evdar qadın xarakteri» dir. Bu xarakter demək olar ki bütün cəmiyyətin tərəfindən çox yaxşı bilinir  və hansı mədəniyyətdənolursa olsun dünyanın dörd bir tərəfindəki qadınların böyük əksəriyyəti tərəfindən tətbiq olunur. Bu xarakter, hardasa  hər qız uşağının, uşaqlıq illərindən etibarən etina etdiyi və bir gün mütləq yaşamaq istədiyi modeldir. Bu mövzuda onlara nümunə olan ən yaxın insan da analarıdır. Analarını və ətraflarındakı digər qadınları müşahidə etmələri nəticəsində, yetkin bir qadının necə şəxsiyyətə sahib olacağı, həyatını hansı ideallar üzərinə quracağı,  ya da günlərini necə keçirəcəyi haqqında uşaqların ağıllarında yavaş yavaş bir model formalaşmağa başlayır.
Ardı →