Рейтинг
+87.15

Yaraşıqlı görünüş, gözəl imic

79 üzv, 653 topik

Yumurta maskası ilə sinənizi dikləşdirin

Tez-tez kilo alıb verməkdən, uşaq əmizdirməkdən ya da əzələlərin zəifliyindən ötəri sinədə zamanla sallanmalar əmələ gəlir...
Bunlar görünüş baxımından və psixoloji olaraq narahat edici vəziyyətlərə çatdığından bıçaqsız, ameliyatsız soyuducunuzdakı vəsaitlərlə çox qısa müddətdə dikləşdirə bilərsiniz.Yumurta maskasına lazım olanlar:
Davamı →

Aspirin maskaları ilə təmiz, parlaq dəriyə sahib olun!

Aspirinin tərkibinə daxil olan asetilsalisil turşusu kosmetologiyada çox geniş istifadə olunur.

Aspirin maskaları dərini çox yaxşı təmizləyir, yağlılığını azaldır, civzələrin və qara nöqtələrin əmələ gəlməsinin qarşısını alır. Belə maskalardan müntəzəm olaraq həftədə 1-2 dəfə istifadə etmək lazımdır. Maskaları dəridə 10 dəqiqədən artıq saxlamayın. Yanğı hissi yarandıqda, maskanı dərhal yuyun.


Davamı →

Qısa boylu xanımlar, geyinərkən bunlara diqqət edin

Qısa boylu qadınlar çox zaman alış-veriş zamanı bəzi çətinliklərlə üzləşirlər. Əgər doğru seçim etməsələr, olduqlarından daha qısa görünə bilərlər.

Mümkündürsə, belinizi sarıyın

Ayaqları uzun göstərməyin yolu beli vurğulamaqdır. Belinizi vurğulamağın ən şıq yolu isə kəmərlərdir. Böyük bədən jaketin və ya gen paltarın belinə sarıyacağınız kəmərlə həm tərzli, həm də uzun görünə biləcəksiniz.

Mini paltarları iti burunlu ayaqqabılarla və ya qısa botlarla geyininİti burunlu ayaqqabılar ayağı uzun göstərmək üçün mükəmməldir. Hər şeydən əvvəl diqqəti üzərinə çəkəcəyinə şübhə yoxdur. Aşağıdan yuxarıya baxdıqda ayaqlarınız uzanacaq.


Davamı →

Bilmədiyiniz 7 gözəllik hiyləsi

Gözəl və baxımlı olmaq hər bir xanımın arzusudur. Xoşbəxtlikdən gözəllik vasitələrinə pul xərcləməyə bəzən ehtiyac olmur, çünki bir çox şeylər elə əlimizin altındadır.

1. Üzünüzdə olan şişginliyi aradan qaldırmaq və üzünüzə təravətli görüntü vermək üçün duzlu sudan istifadə edin. Dəsmalı duzlu suda isladıb, üzünüzdə 10 dəqiqə saxlayın.

2. Dodaqlarınıza həcm verməyə isə diş fırçası vəbadam yağı kömək edər. Yağı dodağınıza tətbiq edin və fırça ilə 1 dəqiqə ərzində masaj edin.

Davamı →

Ərik - Alma maskası

Qırmızı alma qabığı və qalın doğranmış əriklərin qarışığı dəriyə təravət və canlılıq gətirən bir maskadır.

Tərkibi bərk, turş olmayan, orta ölçülü qırmızı alma və dörd ədəd bərk ərikdən ibarətdir. Bir orta ölçülü qırmızı alma incə soyulur. Maska üçün almanın qabıqları istifadə ediləcək.

Hər biri təxminən 1,5 sm qalınlığında dörd ədəd bərk ərik (yumşaq olmayan) qabıqları ilə birlikdə soyulur. Əriyin dənəsinə yaxın hissə istifadə olunmamalıdır. İncə soyulmuş qırmızı alma qabığı və qalın ətli (1,5 sm) soyulmuş dörd ərik üzərinə çox az su əlavə olunaraq kiçik bir qabda beş dəqiqə aşağı temperaturda qaynadadılıb həlim hala gətirilir.
Davamı →

Tatuaj insan sağlamlığı üçün təhlükəlidir

Həkim Fatma Məmmədli: “Tatuaj ciddi yoluxucu xəstəliklərin sürətlə yayılmasına gətirib çıxarır”.
Dini Qurumlarla İş üzrə İdarənin əməkdaşı Bəhruz Gülmalıyev: “Bütün səmavi dinlər döymə etdirməyi haram buyurur”.
Ziyalı gənc Vurğun Əsgərli: “Fərqlilik, digərlərindən öndə olmaq elm, ağıl, məntiq, mədəniyyət ilə mümkündür”.

Son zamanlar gənclər arasında bədənə döymə, yəni tatuaj etdirmək “populyarlıq” qazanıb. Qeyd etmək lazımdır ki, tatuaj nəinki gənclər, hətta ortayaşlı nəslin nümayəndələri arasında da dəb halına çevrilib. Təəssüf ki, keçmişdə nənələrimizin xınalı əlləri bu gün öz yerini tatuajlı əllərə verir. Hərdən düşünürəm ki, bizə kəlağayı kimi incə miras qoyub getmiş nənələrimiz məsləhətli olsa idi, tatuajı da miras qoyar, ona sahib çıxmağımızı vəsiyyət edərdi. Başına hələ də kəlağayı örtən nənələri, gəlinləri olan bir ölkədə tatuaj daşıyıcılarının olması heç də arzuolunan deyil. Bəs gəlin görək nədir bu bizim milliliyimizlə heç də yovuşmayan tatuaj?
Davamı →

Təbii qış makiyajı

Makiyajda son zamanların trendi, mümkün olduğu qədər təbii görünməkdir. Soyuq qış günlərini qarşılaşmağa hazırlandığımız bu günlərdə dəyişən fəslə uyğunlaşmaq üçün, həm dərimiz, həm də edəcəyimiz makiyaj baxımından çox önəmlidir.

Açıq tonlara üstünlük verin
Təbii görünüşlü bir qış makiyajını etmək olduqca asandır. Makiyaj edərkən açıq tonlar seçməlisiniz. Rənginizə uyğun pastel tonlar ilə təbii və cazibədar görünüşə qovuşacaqsınız. Örtücülərdən istifadə etmək istəyirsinizsə, çox ağır olmayan örtücülər və ya BB kremlər seçiminiz ola bilər.

Gözləriniz parıldasın!
Üzümüzdə ən çox diqqət çəkən yer gözlərimizdir. Qış aylarında həm təbii, həm də canlı bir görünüşə sahib olmaq üçün ten rənglərinə diqqət etməlisiniz. Bunun üçün şaftalı və ya qəhvəyi rənglərdə ten çəkin və kipriklərinizə makiyaj edərək onları da ön plana çıxarın.
Davamı →