Рейтинг
+87.15

Yaraşıqlı görünüş, gözəl imic

78 üzv, 658 topik

Kosmetoloji məsləhətlər

Problemsiz dəri
Məhsullar: Təzə nanə, duz
Yarım litr suyu qaynadın və içinə on ədəd təza nanə yarpağı atın. On dəqiqə saxlayandan sonra suyu süzün və bir fincan duzla bərabər vanna qəbul edin.
Nanə rahatladıcı, sakitləşdirici təsiri olan bitkidir. Duz isə pilinq etmə özəlliyi sayəsində dərini ölü hüceyrələrdən təmizləyir.
Məhsullar: Süd, duz, bal.
Plastmas şüşədə bir litr süd, bir fincan duz və yarım fincal balı çalxalayaraq qarışdırın. Əldə edilən köpüklə bədəni masaj edin və yaxalanın. Həftədə bir dəfə edilən bu masajda süd epidermisə zərər vermədən dərini təmizləyir. Duz da ölü dəridən azad olmağa kömək edir.
Davamı →

Telləri kəsdirmək

Bir çox xanımlar tel kəsdirib-kəsdirməmək məsələsində tərəddüd edir. Hansı hallarda tel kəsdirmək olar?

Siz tel kəsdirməlisiniz, əgər…

1. Cavan görünmək istəyirsinizsə. Tel həqiqətən qadını cavanlaşdırır, təkcə alındakı qırışları örtdüyünə görə yox.
2. Təkrarolunmaz görünmək istəyirsinizsə. Tel insanı individual göstərir, ətrafa baxın — eyni tel görmək qeyri-mümkündür. Müxtəlif saçlarda eyni saç düzümü də fərqli görünür.
3. Oynaq, qeyri-ciddi, məzəli görünmək istəyirsinizsə.
4. Romantik, xəyalpərəst, fikirli görünmək istəyirsinizsə.
Davamı →

Xanimlarimiz üçün gözəlliyin sirri

Qadınlar gözəl görünmək üçün müxtəlif vasitələrə əl atırlar. Bura idman, əsasən də kosmetik vasitələr daxildir. Amma bir məqam unudulur. Bu da gözəl görünmək üçün lazım və mövcud olan vasitələrdən düzgün və vaxtında istifadə edilməməsidir.
Mütəxəssislərin təklif etdiyi bəzi qaydaları nəzərinizə çatdırırıq:

Səhər saat 6-nı yuxudan oyanmaq üçün ideal vaxt hesab edirlər. Çünki bu vaxt orqanizm sərin duşa yaxşı reaksiya verir. Erkən saatlarda, dəri uzun müddət təravətli qalır. Bu vaxt qaynadılmış və filtrdən keçirilmiş suya üstünlük vermək məsləhətdir. Üzünüzü yuyacağınız suya bir neçə damcı limon turşusu və ya alma sirkəsi də əlavə etsəniz, ideal olar.
Ardı →

Kosmetologiyada balqabaq

Balqabağın toxumları karbohidrat və vitaminlərlə (C, B1, B2, РР, E, karotin) zəngindir. Onlarda şəkər, nişasta, mineral duzların ki­fayət qədər yüksək tərkibli quru maddələri vardır. Toxumlar 36-52% piy yağlarını özündə əks etdirir. Balqabağın sıyığı və çəkil­miş şirəsi bütün dəri növləri üçün elə canlandırıcı vasitədir. Şirə nazik tənzifə hopdurulur, sonra sıyıq tənzifə bənzər salfetə və ya üzə çəkilir. Kompress 15-20 dəqiqə üzə qoyulur və sonra ilıq su ilə yuyulur. Bu prosedur həftədə 2-3 dəfə aparılmaqla 15-20 kompres «kursu» keçilir. Sıyıq və şirəni bir-birini əvəz etməklə işlətmək da­ha məqsədəuyğundur. Üzə təravət vermək üçün balqabağın toxumlarından emulsiya hazırlayın. Toxumların qabıqlarını tə­mizləyin, sonra həvəngdəstədə əzin və l:10-a nisbətdə qaynadılmış suya salın, kütlə alınana kimi qaynadın.
Davamı →

Kosmetikani necə saxlamali?

Kosmetik vasitələr qadınların vazkeçilməz əşyaları sırasında başlıca yerlərdən birini, bəlkə də birincisini tutur. Əksər hallarda kosmetika yararsız hala düşür və atılır. Bunun qarşısını çox asanlıqla almaq olar.

Kremlərinizi buz dolabında saxlayın. Əgər kremlərinizin üzərində son istifadə tarixi qeyd olunmayıbsa, ən çoxu 30 ay saxlanıla bilər. Ancaq bu müddətdə kremin yararsız hala düşməməsi və tərkibinin itməməsi üçün onu buz dolabında saxlamaq lazımdır.

Dodaq boyasını fırçayla vurun: Dodaq boyanızdan fırça vasitəsilə istifadə etsəniz həm daha yaxşı nəticə əldə etmiş olar, həm də dodaq boyanız yararsız hala düşmədən qurtarana qədər istifadə edə bilərsiniz.

Dırnaq boyanız quruyursa… Quruyan dırnaq boyası şüşələrinin içərisinə bir necə damla aseton damcıladaraq boyanı maye halına gətirib yenidən işlədə bilərsiniz. Bu zaman dırnaq boyanız həm də parlaq olacaq.

Karandaşlarınızı da buz dolabına qoyun: Zaman keçdikcə göz, yaxud dodaq karandaşı keyfiyyətini itirməyə başlayır və tez-tez qırılır. Qırılmaması üçün karandaşı istifadə etməmişdən öncə yarım saata qədər buz dolabında soyudun. Bu zaman karandaşın uc hissəsi sərtləşdiyindən daha asan çəkiləcək.


Davamı →

Hipertrixoz

Qadınlarda ən çox təsadüf olunan qüsurlardan biri hipertrixozdur (ifrat tüklənmə). O anadangəlmə, hormon pozğunluğu üzündən (əsasən, cinsi və mədəüstu vəzilərin disfunksiyası-zamanı) və hətta sinir sistemi fəaliyyətinin pozğunluğundan əmələ gələ bilər.
Tüklənmə ancaq bir yerdə, ya da bütün bədəndə ola bilər. Ümumən tüklənmə zamanı tüklər sifətdə, sinədə (ən çox məmələrin ətrafında) qarnın ortasında və həmçinin əllərdə və ayaqlarda çıxır. Bir yerdə olduqda isə tüklər ancaq sifətdə çıxır, lakin bəzən, əsasən cavan qadınların kürəyində, budlarında, qollarında və topuqlarında da olur.


Ardı →

Civzələr

Adi civzələr piy vəzilərinin fəaliyyətinin ən çox təsadüf olunan təzahürüdür. Civzələr əsasən cavanlarda, bəzən yaşlılarda da müşahidə olunur..s
Qara civzələr, adətən, civzə səpkisindən sonra əmələ gəlir. Onların əmələ gəlməsinə səbəb piy vəzilərinin ağzını qopan epitel hissəciklərinin tutmasıdır ki, bu da ifrazatın çıxmasını çətinləşdirir. Dəri piyinin parçalanma məhsullarının yığılması və onun içində bakteriyaların çoxalması nəticəsində dəridə və onun daha dərin qatlarında irinli sızanaqlar əmələ gəlir. Bəzən çivzə səpkiləri 20—30 yaşlarında özündən sonra heç bir əlamət qoymadan keçib-gedir. Əksər hallarda psə, ələlxüsus sızanaqlar olduqda dəridə boz-sarı ləkələr və çapıqlar qalır.


Ardı →

Çillər və ləkələr

Çillər, adətən, yazda görünməyə başlayır, yayda daha da aydınlaşır, payızda solğunlaşır və qışda tamam yox olur. Sifətində çillər əmələ gələn qadınlar artıq yaz gələrkən üzlərnni günəş şüalarından qorumalı, günəş şüalarına qarşı olan krem və kirşandan istifadə etməlidirlər. Bu kosmetik preparatların tərkibində sifəti günəş şüalarından qoruyan kimyəvi maddələr vardır. Belə kremi və kirşanı sizə həkim-dermatoloq məsləhət görə bilər. Xüsusi kirşana sizin dərinizə uyğun rəng vermək üçün ona adi kirşan qarışdırın.
Əgər çillər artıq əmələ gəlmişsə, onları xüsusi krem və məlhəmlərin köməyi ilə aradan qaldırmaq olar. Bu krem və məlhəmlər dərini qurudur və onun çıxmasına kömək edir. Lakin dərini çıxaran vasitələrdən həkim, ya da təcrübəli kosmetoloqla məsləhətləşmədən istifadə etmək olmaz, çünki belə vasitələr dərini bərk qıcıqlandırar, ya da onun iltihabına səbəb ola bilər. Dəri çıxaran vasitələrdən mədə və böyrəkləri xəstə olan qadınlar istifadə edə bilməzlər. Bundansa, onlar ağardıcı maddələrdən istifadə etsələr daha təhlükəsiz olar.


Ardı →

Saçlarınız ağarmasın

qara saclar
Bəzi insanların saçları gənc yaşda ağarmağa başlayır. Həkimlərin bir qismi bunun səbəbinin genetik olduğunu deyir. Bir qismi isə depressiya, problemlərin və stressin saçın ağarmasına səbəb olduğunu deyir.
Qadınlar gənc yaşda saçlarını boyamağa başlayır. Kişilər isə dən düşmüş saçlarla yaşlı görünürlər. Lakin ağ saçları bitkilərin köməyi ilə aradan qaldırmaq olar. 

Saçların ağarmasının və tökülməsinin qarşısını almaq üçün sarımsaq ən yaxşı vasitədir.

Ərzaqlar və hazırlanması: 
Bir ədəd soğan və 5 diş sarımsağı yaxşıca əzin. Bir yumurta sarısı və  1 çay qaşığı zeytun yağı əlavə edərək, krem halına salın.
Bu qarışığı saçlarınıza çəkib bir saat gözləyin. Bu maskanı həftədə bir gün tətbiq edin. Həm saçlarınız sağlam olacaq, həm də onları boyamağa ehtiyac yoxdur.
Davamı →

Yay paltarları və rənglər

Ağ  rəng. Bu rəng isti havalar üçün ideal sayılır. Bu rəng eleqant və xanım-xatınlığı ilə seçilir. Ağ rəng qarderobdakı bütün geyimlərlə bir uyarlıq təşkil edir.
Mərcan rəngi. İlk baxışda  bu rəngi aksesuarlara uyğunlaşdırmaq çətin görünə bilər. Lakin bu rəngin öz üstünlükləri var. Bu rəng gündə qaralan xanımlara daha çox yaraşır.
Yaşıl rəng. Bu rəng yeniyetməlik-gənclik rəmzidir. Cavan qızlarda bu rəng çox gözəl görsənir və həmən diqqəti cəlb edir.
Nanə  rəngi. Bu rəng nisbətən yaşlı xanımların zövgünə aiddir. Bu rəng insanı həmişə eleqant və dəbli göstərir.
Tünd -qırmızı rəng. Bu rəng həm parlaq, həm də əsl xanım rəngidir. Bu rəngdə geyim seçəndə aksesuarlarınıza diqqət yetirin ki,onlarla uyuşsun. Çünki, belə rəngin özü elə geyimdə əsas rol oynayır.
Bənövşəyi rəng. Bu rəng al qırmızı rənglə bir növ yaxınlığı ilə seçilir. Amma onun öz yeri, öz gözəlliyi var.
Açıq mavi rəng. Bu romantik rəngdir. Xanımların yay geyimlərində xüsusi yer tutur.
Kül rəngi. İlk baxışda bu rəng sönük və darıxdırıcı görünə bilər. Amma  onun bir əsas üstün cəhəti var. Bütün xanımlara dərisinin rəngindən asılı olmayaraq yaraşıq verir. Bu rəng bütün aksesuarlarla uyğun gəlir.
Boz rəng. Bu daha çox praktiki rəngdir. Gündəlik geyimdə istifadə olunur. Boz rəng neytral rəngdir. Bu rəng həm yay, həm də payız geyimlərinə uyğun gəlir.
Qəhvəyi rəng. Qəhvəyi qara rəng kimi həmişə dəbli görünür. Amma qara rəng kimi çox da bədbin deyil.
Tütün rəngi. Bu o qədər də populyar rəng deyil. Bu rəngli donları seçib-geyinmək o qədərdə asan deyil. Bəlkə elə buna görə dizaynerlər bu rəngi öz kolleksiyalarına  yenidən daxil ediblər. Bu rəngin dəbdə öz yeri, öz ənənəvi xüsusiyyətləri var.
Davamı →