Рейтинг
+1.13

Uşaq tərbiyəsi

4 üzv, 160 topik

3 yaş sindromu

3 yaş uşaqlar üçün kritik bir dövr hesab olunduğundan davranışlarındakı dəyişikliklər normaldır. Bu dövrdə uşağın özünü təsdiqləmə istəyi artır. Hər mühitdə, hər hadisədə var olduğunu, önəmli olduğunu hiss etmək istəyir. Eyni zamanda uşağın əhatəsinə olan marağı da artır. 0-6 yaş aralığında uşaqlarda özünə inam formalaşır. Əgər uşaq güvəndə olmadığını hiss edirsə, lazımı qədər sosiallaşmazsa və ya sevildiyini hiss etməzsə üç yaş sindromuna girər.
3 yaş sindromundakı uşaq çox inadçıl olabilər. Siz nə desəniz də


Davamı →

Uşaqların əlilliyi olan insanlar barədə maarifləndirilməsi

Əvvəla onu qeyd edim ki, bu bir neçə mərhələli prosesdir.

1. Öncə uşaqlara fərqliliklərdən danışın. İnsanların bir-birindən fərqli olmasını nümunələrlə izah edin. Məsələn: sarı və ya qara saç, uzun və ya qısa boy, dolu və ya arıq, əsmər və ya ağbəniz, zarafatçıl və ya ciddi. Sonra bacarıqların da fərqli ola biləcəyindən. Biri rəsm çəkməyi sevirsə, digəri rəqs etməyi sevir. Biri yemək bişirməyi çox yaxşı bacarırsa digəri gözəl yazılar yazmağı və s.


Davamı →

Psixoloji inkişaf yoxlanması hansı aylarda olmalıdır?

Uşaqlar bir birindən fərqli şəkildə böyüyür və inkişafları boyunca fərqli davranış formaları sərgiləyirlər. İnsanın həyatı boyunca qət etdiyi inkişaf mərhələləri adətən uşaqlıq və yeniyetməlik dövrlərində daha aktiv olur. Bu mərhələlər ərəfəsində sevgisizlik, bulnqə məruz qalma və s. kimi məqamlar uşaqda psixoloji travmaların yaranmasına səbəb ola bilər. 


Davamı →

Uşaqlarda masturbasiya

Uşaqlar 3 yaşından etibarən öz bədənini kəşf etməyə başlayır. Xüsusilə də öz cinsinin fərqinə varır. Qız və yaxud oğlan olduğunu qavramağa başlayır. Özünü tanıması ilə paralel ətrafı müşahidə edir. Fizioloji və görünüş olaraq fərqi duymağa başlayır. Və bu öyrənmə prosesi uşağın cinsi inkişafında da özünü göstərir. Belə ki, uşaq cinsi orqanına toxunduqda, pampersi dəyişdirildikdə, yaxud tualet ehtiyacı ödənildikdən sonra təmizləndiyində o toxunma prosesində fərqli duyğular yaşayır, bu hal onu güldürür, əhvalını fərqli formada dəyişir. Həzz duyğusunu ilk dəfə yaşayan bəzi uşaqlar bu duyğunu yenidən yaşamaq istəyə bilər. Cinsi orqanı ilə oynayaraq özünü rahatlatmağa başlayar. Yaxud oyuncaq, yastıq və digər əşyalar vasitəsilə sürtünmə prosesində rahatlamağa çalışar.


Davamı →

Övladlarından narazı valideynlər

Aqresiya əxlaqi və etik normaları pozan və başqalarına mənəvi və ya fiziki zərər verə bilən bir insanların «birdəfəlik» hərəkətidir. Aqressivliyin zaman keçdikcə vərdiş halına gəlməsi təhlükə doğura bilir. 

Aqressiv valideynlər demək olar ki, həmişə uşaqlarına qəzəblənirlər. Bir qayda olaraq, onların qəzəbi uşaq itaətsizliyinin nəticəsi deyil. Çox güman ki, onlar evliliklərindən, işlərindən, bütün bəşər övladlarından narazıdırlar. Bəzi uşaqlar bu münasibəti çox qeyri-adi qəbul edirlər. Düşünürlər ki, ana və ya ata öz sevgisini elə bu şəkildə də ifadə edə bilər. Belə valideynlər unudurlar ki, bu uşağı gələcəkdə nevrotik, üsyankar böyüməsinə ən kədərlisi aqressiyaları vərdiş halına keçməsinə şərait yaradırlar. Belə ailələrdə böyüyən aqressiv uşaqlar valideynlərlə yanaşı tərbiyəçilər, müəllimlər və ətraf mühit üçün də problemə çevrilmək ehtimalları böyük olur. Uşaqların aqressiv davranışı diqqəti cəlb etməyin özünəməxsus bir üsuludu. Belə bir uşaq sevgiyə və məhəbbətə, anlayışa və qəbula ehtiyacı olduğunu «işarələyir». Aqressiyasının köməyi ilə daxili narahatlıq hiss etdiyini, rədd edildiyini və unudulduğunu açıq şəkildə ortaya qoyur. Valideynlər tərəfindən laqeydlik və qəddarlıq


Davamı →

Uşaqlarla ünsiyyətdə 6 sehrli cümlə

Uşaqlarla ünsiyyətdə istifadə olunan bəzi cümlələr var ki, bu cümlələr uşağınıza onu başa düşdüyünüz və dəstəklədiyinizi hiss etdirəcək. Bu cümlələr uşağın narahatlığını azaltmağa, sakitləşməsinə, münaqişələri azaltmağa və özünə inamını artırmağa kömək edir.

  • Bunu bacara bilərsən
    Bu ifadə uşaqları həvəsləndirməyə kömək edir. Bu ifadə uşağa etdiyi işin məsuliyyətinin yalnız ona aid olduğunu da bildirir.

  • Afərin
    Bu söz, uşağın etdiyi hər hansı bir uğurlu fəaliyyətin sonunda istifadə edilməlidir. Burda diqqət ediləsi məqamlardan biri də

Davamı →

Uşaqlara tualet vərdişlərinin öyrədilməsi

Körpəmiz bir uşaqdır. Bəlkə də ən çətin analar üçün tualet vərdişlərinin öyrədilməsi prosesidir, amma səbirli analar bunun öhdəsindən gələcəklər.

Tualet vərdişlərinin öyrədilməsi uşaqlar üçün həyəcanverici və vacib bir inkişaf addımdır. Tualet vərdişlərinin öyrədilməsi üçün ən uyğun dövr 24-36 ay arasındadır. Daha əvvəl başlamaq və həddindən artıq təzyiq göstərməklə uşağı ən qısa müddətdə təmiz saxlamağa çalışmaq fizioloji cəhətdən edə bilmədiyi bir şey etməsini istəmək və gələcəkdə bəzi zehni problemlərin yaranmasına səbəb olmaq deməkdir.


Davamı →

Homoseksual uşaq böyütməmək üçün... Valideynlərin diqqətinə!

Homoseksualizmin kökləri hələ Ziqmund Freyd tərəfindən araşdırılan mövzulardan biri olmuşdur. Onun nəzəriyyəsinə görə, homoseksualizmin yaranma səbəbi ailədən gəlir. Ailədə dominant rolunda guclü və eyni zamanda oğlu hədsiz dərəcədə sevən ana, zəif xarakterli, iradəsiz atanın olması belə nəticəyə gətirib çıxarır. Belə ki, uşaq ailədə kişi davranışı modelini görmür.

Belə hallar atasız böyüyən oğlan uşaqlarında da baş verə bilər. Qadın homoseksualizmi isə təbiətdə baş verməyən haldır və yalnız insan təfəkkürünün məhsuludur.


Davamı →

Hərəkətli oyuncaq seçimi

Hərəkətli oyuncaqlar uşaqların inkişafında və hərəkətlərinin doğru istiqamətləndirilməsində olduqca böyük önəmə malikdir. Amma bir şərtlə ki, bu cür oyuncaqlar uşağa zamanında verilsin. Ən doğru zaman, körpənin iməkləməsi və ya yeriməsindən sonradır. Körpələr üçün iməkləməyə və yeriməyə başlamaları azadlıqlarına qovuşmanın ilk addımıdır.


Davamı →

Kompüter asılılığının nəticələri

Türkiyədə aparılan tədqiqat kompüter asılılığı cinsiyyət, iqtisadi vəziyyət, akademik müvəffəqiyyət, valideyn münasibəti, sinif səviyyəsi, kompüter oyunu oynama müddəti kimi amillərlə birlikdə araşdırılıb.

İstanbulda 395 orta məktəb şagirdləri ilə görüş keçirilib. 218 qız, 177 oğlan olmaqla V sinifdən 187, VIII sinifdən 208 məktəblinin iştirak etdiyi tədqiqatda, kompüter bağlılığı ilə bəzi şeylər müəyyənləşdirilib.

Oğlanlar qızlardan, VIII siniflər beşincilərdən kompüterdən daha çox asılıdır.

Qiymət ortalaması 70-84.9 olanlar, 85-100 olanlara görə kompüterdən daha çox istifadə edirlər.


Davamı →