Dünya xalqlarının qəribə rəqsləri

Rəqs insanların öz hisslərini və düşüncələrini ifadə etmək üçün mövcud olan unikal dil hesab olunur. Dünyanın demək olar ki, bütün xalqlarında maraqlı rəqs nümunələri mövcuddur. Bu rəqslər öz fərqlilikləri və ifa çətinlikləri ilə adi insaları şoka sala bilər. 

Keçak rəqsi (İndoneziya) — Bu rəqs XX illərin 30-cu illərində tam formalaşıb. Keçak Bali adasında yaranıb və Ramayana eposunda şahzadə Rama ilə şər qüvvələrə xidmət edən Ravananın döyüşünü təsvir edir. 


Ardı →

Çadırlara Alışmayın

Cərgə-cərgə, düzüm-düzüm,
Görüb qan ağlayır gözüm...
Millətimə budur sözüm:
Çadırlara alışmayın!

Nə gen-bolu, nə də darı,
Nə qırışı, nə hamarı...
Yığışdırın bu bazarı,
Çadırlara alışmayın!

Vurun, deşin dolu kimi,
Qırın tikan kolu kimi,
Uzaqlaşan dəli kimi...
Çadırlara alışmayın!

Əski-üskü dam-daşımız?!
Burda xeyir-şər aşımız?!
Qaraçı da yoldaşımız?!
Çadırlara alışmayın!

Burda tapmayın rahatlıq,
Bir dəqiqə, bir saatlıq,
Ardı →

Gözümü yumuram, görürəm səni

Gözümü yumuram, görürəm səni
Vaxtında doyunca baxmadım sənə
Ya sən ürəkdən sevmədin məni
Ya da mən biganə yanaşdım sənə.

Ani bir qasırğa ayırdı bizi
Əlini qopardı mənim əlimdən
Sovrulub silindi sevginin izi
Get sözü daş olub düşdü dilimdən.

Gözümü yumuram, görürəm səni
Həmən o dodaqlar, həmən o gözlər
Ya sən ürəkdən sevmədin məni
Ya da öz sehrini itirdi sözlər.

Günəş tək qüruba çəkildi, itdi
Sanki buludlar gizlədi ayı
Bir səhər başlayıb, bir gecə bitdi
Heç kəsə qalmadı məhəbbət payı.

Gözümü yumuram, görürəm səni
Həmən o sözləri eşidirəm mən
Ya sən ürəkdən sevmədin məni
Ya da sevgini görmədin məndən


Ardı →

Beyini qocaldan amillərə qarşı mübarizə

Beyin həssas orqanlardan biri olmaqla yanaşı, bədənimizdə ən çox oksigent istifadə edən və hər mərhələdə mükəmməl xüsusiyyətə malik olan orqandır.ABŞ-ın Vircinya ştatının eyni adlı universitetində aparılan tədqiqatlar, insan orqanizmində qocalığın ilkin əlamətlərinin ilk öncə beyində göstərdiyini müəyyən edib.
30 yaşından sonra unutqanlıq, yaddaş zəifliyi kimi problemlər də ola bilər. Ən çox oksigen istifadə edən beyin, hər mərhələdə mükəmməl xüsusiyyətə malikdir. 
Beyin sarsıntısı, beyin infarktı və ya anevrizması, baş ağrısı kimi xəstəliklər isə bütövlükdə sağlamlığa təsir göstərir. Bunun üçün beyin xəstəliklərini törədən amillərdən uzaq olmaq, düzgün qidalanmaq və mülicə götürmək, beyin gimnastikasına vaxt ayırmaq yetərlidir. Yüngül baş ağrıları üçün reseptə uyğun dərmanların istifadəsi məsləhətdir.
Ardı →

Balaca Silvianın həyat hekayəsi

Tanzaniyanın ucqar kəndlərindən birində yaşayan səkkiz yaşındakı Silvia yaxşı bir təhsil almağa qərarlıdır. Ancaq onun bu arzusu hər bir dərs günü tək başına uzun və təhlükəli, bir saat yarımlıq bir yolu piyada getməsi  anlamına gəlir. Yoxsul ailəsinin Silviaya ayaqqabı, ya da məktəb forması almağa gücü çatmır. Amma Silvia yenə də şanslı uşaqlardandır.  Çünki, Afrikada məktəb yaşına çatmış yarısı qız 29 milyon uşaq hələ də  məktəbə gedə bilmir.

Silvia daha çox kiçik olarkən atası vəfat edincə  anası yenidən evlənmişdir. Hal-hazırda Silvia ailəsi ilə   Darüssəlam şəhərindən  təxminən 300 kilometr uzaqda, əkin ərazilərinin ortasında, ən yaxın yola yarım saat məsafədə bir evdə yaşayır. Birləşmiş Millətlər Təşkilatının məlumatlarına görə, 1999-2008 illər arasında Afrikadakı qız uşaqlarının məktəbə getmə faizi  54-dən 74-ə yüksəlmişdir.  Ancaq hələ də  16 milyon qız uşağı məktəb təhsili ala bilmir. Yeri gəlmişkən Tanzaniyada pulsuz təhsil sisteminə 2001-ci ildə keçilib

Ögey atası Silvianın orta məktəbə getməsini maddi bir yük olaraq görür, amma Silvia bunun həm özünə, həm ailəsinə faydalı olacağını düşünür. «Müəllimlərimiz qarşı hiss etdiyim hörmət üzündən mən də müəllim olmaq istəyirəm. Bu yolla məni gözləyən həyatdan daha yaxşı bir həyata sahib ola bilərəm» deyə Silvia vurğulayır.


Ardı →

“Bizlərdə oğru yoxdur” - Qabriel Qarsiya Markes

Damaso xoruzların birinci banında gəlib çıxdı;yeddi aylıq hamilə arvadı Anna paltarını soyunmadan yatağın içində oturub eləcə gözləyirdi. İşartısı öləziyən nöyüt lampasına baxa-baxa Damaso hiss etdi ki, Anna bütün gecə dəqiqəbədəqiqə onu gözləyib; elə indi də gözləməkdədir. Odur ki, toxdaqlıq üçün başını tərpətdi. Ancaq Anna cavab vermədi, qorxudan bərəlmiş gözlərini Damasonun əlindəki qırmızı bağlamaya dikib, hönkür-tüsünü boğmaq üçün dodaqlarını bir-birinə sıxaraq titrətməyə başladı. Damaso səssiz bir çılğınlıqla arxadan gəlib hər iki əliylə qadının korsajından yapışdı. Ondan turşumuş spirt iyi gəlirdi.

Anna birtəhər ayağa qalxdı, sonra bütün ağırlığıyla özünü Damasonun qucağına yıxdı, üzünü al-qırmızı rəngli zolaq-zolaq köynəyinə sıxıb hönkürdü, ta sakitləşənə qədər ondan bərk-bərk yapışıb buraxmadı.

— Oturduğum yerdəcə yuxulamışam, – deyə zarıya-zarıya hıçqırdı, – yuxuda görürəm birdən qapı taybatay açılır, səni qan içində sürüyüb içəri atırlar.

Damaso arvadının ağuşından kirimişcə qopub onu bayaqkı yerində oturtdu, sonra bağlamanı onun qucağına atıb özü bayıra, ayaqyoluna çıxdı. Anna bağlamanı açanda oynanmaqdan didiklənib çopur-çopur olmuş üç bilyard şarı gördü: ikisi ağ rəngdə, biri qırmızı. Damaso təzədən içəri girəndə qadın hələ də təəccüb içində şarları gözdən keçirirdi.

— Bunlar neyçündü belə?

Damaso çiyinlərini çəkdi:

— Bilyard oynamaqçün.

Sonra şarları təzədən qırmızı əskiyə bükdü və bıçağı, cib fənərini, bir də özünün yonub düzəltdiyi kilidaçanı bağlama ilə birgə sandığın dibində gizlətdi. Anna elə paltarlı-paltarlı yerinə uzanıb üzünü divara çevirdi. Damaso təkcə şalvarını soyundu. O, yatağa sərələnib siqareti siqaretə calaya-calaya bayırı dinşəyir, çöldən eşidilən erkən sübh xışıltıları içində, törətdiyi həngamənin hansısa əlamətini, əks-sədasını kəsdirməyə çalışırdı; qəfildən hiss etdi ki, Anna da yatmır.


Ardı →

"Qlanın ölümü" - Knut Hamsun

Ailə üzvləri itkin düşmüş Leytenant Qlan haqqında qəzetə istədikləri qədər elan verə bilərlər. O tapılmayacaq. O ölüb. Mən hətta onun necə öldüyünü də bilirəm.

Düzü, ailəsinin axtarışları təkidlə davam etdirməsi məni təəccübləndirmir, çünki Tomas müəyyən mənada qeyri-adi bir adam idi, ümumiyyətlə onu sevirdilər. Hərçənd ki, mən ona hələ də nifrət edirəm və onu hələ də ikrahla xatırlayıram. O, cavan idi, cazibədar görünüşündən adamın başı gicəllənirdi. İnsanı öz əsirinə çevirmək üçün qaynar, heyvani gözləri ilə bircə dəfə baxması kifayət idi. Bunu hətta mən də hiss edirdim. Hətta xanımlardan hansı birisə: “o mənə baxanda, özümü itirirəm, sanki mənə əli ilə toxunur” deyirmiş.

Amma Tomas Qlanın qüsurları da az deyildi. Bir halda ki ona nifrət edirəm, deməli nöqsanlarını ört-basdır etməyə çalışmaq üçün də səbəbim yoxdur. Bəzən Qlan uşaq kimi sadəlövh, qeyri-ciddi və eyni dərəcədə də üzüyola olurdu. Kim bilir, bəlkə də zəif cins məhz bu səbəbdən ona bu qədər meyl edirdi. Tomas Qlan qadınlarla saatlarla söhbət edir, onların müxtəlif səfehliklərinə qəhqəhə çəkib gülürdü. Ya da tutaq ki, kök bir adam haqqında deyirdi: “Elə bil şalvarını piylə doldurub”. Sonra da özü öz hazırcavablığına gülürdü. Belə bir sözü mən demiş olsaydım, xəcalətimdən yerə girərdim.

Sonralar, biz bir damın altında yaşamağa başlayanda, o nə dərəcədə axmaq olduğunu bir daha nümayiş etdirdi: ev sahibəsi otağıma keçib səhər yeməyi üçün nə istədiyimi soruşanda mən: “yumurta ilə bir dilim çörək” deyə tez-tələsik cavab verdim. Tomas da mənim otağımda idi, o, düz damın altında çardaqda yaşayırdı – qəfildən qəhqəhə çəkib gülməyə başladı. Mən ona təəccüblə baxıb səsini kəsməyə məcbur edənə qədər təəccüblə baxdıqca dayanmadan: “yumurta ilə bir dilim çörək” deyə təkrar elədi.

Onun pis xüsusiyyətlərini olsun ki, bundan sonra da xatırlamağa başladım. Xatırladıqca bu mövzuya qayıdacağam.

O mənim düşmənimdi. Ona rəhm eləmək üçün heç bir səbəbim yoxdu. Belə vəziyyətdə hansı nəciblikdən danışmaq olar? Düzdü o ancaq sərxoş olanda, şitlik eləyirdi. Amma sərxoşluq da öz-özlüyündə iyrənc bir qəbahət deyilmi?


Ardı →

Kamfora yağı

Kamfora Şərqdə qədim vaxtlardan tibbdə çox geniş istifadə olunurdu. Onun köməyi ilə ağrılar, iltihablarla mübarizə aparırdılar. İnsanlar inanırdı ki, kamforanın kəskin iyi qara güvvələri qovur.

Kamfora təbii müalicəvi vasitədir. Kamfora yağını kamfora ağacından istehsal edirlər.

Kamfora yağı müasir dövrdə də həm tibbdə, həm də kosmetologiyada geniş istifadə olunur. Kamfora yağı bir çox qızdırıcı, ağrısızlaşdıran, iltihabəleyhinə mazların tərkibinə daxildir.

Ev şəraitində təmiz kamfora yağı müxtəlif ağrılar və iltihablar zamanı təbii müalicəvi vasitə kimi uğurla istifadə oluna bilər. Kamfora yerli qan dövranı yaxşılaşdırır, iltihabı azaldır, sinir sisteminə çox müsbət təsir edir, sakitləşdirir, ürəyin fəliyyətinə müsbət təsir edir.


Ardı →

Ağız xərçəngi

Ağız boşluğunun selikli qişası və onun əhatə etdiyi toxumalar anatomik mürəkkəb bir nahiyyə olub orada inkişaf edən şişlər xarakterik kliniki gedişi və spesifik müalicə xüsusiyyətləri ilə xarakterizə olunur.

Ağız boşluğu orqanlarına dilin hərəkətli hissəsi, ağız boşluğunun dibi, yanaq, çənə və əng sümüyünün alveolyar çıxıntısı, sərt və yumşaq damaq, ön damaq qövsləri ayırd edilir.

Amerika xərçəng əleyhinə cəmiyyətin (American Cancer Society) məlumatına görə ağız boşluğu selikli qişasının xərçəngi ilə xəstələnmə göstəricisi leykozlarla, ölüm göstəricisi isə melanomalarla müqayisə ediləcək dərəcədədir.

Dünyada ağız xərçəngi olan xəstələrin 50%-i ixtisaslaşmış klinikaya şiş prosesinin III-IV mərhələlərində müraciət edirlər. Xəstəliyin gecikmiş formalarının bu qədər çox olması xəstələrin əksəriyyətinin aşağı sosial statusu və həkim stomatoloqlarda onkoloji sayıqlığın olmaması ilə əlaqədardır.

Son 30 ildə diaqnostika və müalicə metodlarının təkmilləşdirilməsinə baxmayaraq ağız boşluğu orqanlarının xərcəngi olan xəstələrin yaşama göstəriciləri əhəmiyyətli dərəcədə artmamışdər.


Ardı →