Böyük Səlcuq imperiyası

XI əsrin ortalarında Yaxın və Orta Şərqin tarixində çox mühüm bir hadisə olan Böyük Səlcuq imperatorluğunun əsası qoyuldu. Səlcuqlar oğuz türklərinin üç ox qolunun Qınıqboyuna mənsub idilər. Bu tayfa öz adını Dukak bəyin oğlu Səlcuğun adından götürmüşdü. Oğuz dövlətində subaşı (türk dövlətlərində çox da böyük olmayan hərbi dəstənin başçısı; sülh vaxtı şəhərlərdə və qalalarda asayişə nəzarət edən rəis) Səlcuq bəyin Oğuz yabqusu ilə münasibətləri pisləşdiyi üçün öz tayfasını toplayaraq, Seyhun (Sırdərya) çayının sol sahilində yerləşən Cənt şəhərinə gəlmişdi. Bu narazılığın əsas səbəbi yaşadıqları ərazinin səlcuqlar üçün darlıq etməsi idi. Səlcuq İslam dinini qəbul etdi və Oğuz yabqusuna illik xərac verməyi dayandırdı. Bu hadisə Səlcuğun nüfuzunu daha da artırdı. Səlcuq türkləri burada Qaraxanlılarla toqquşdular. Bu mübarizdə onların müttəfiqi Samanilər idi. Samanilər dövlətinin dağılmasından sonra təklənmiş oğuzlar Qaraxanlıların asılılığını qəbul etməyə məcbur oldular.


Ardı →

Hesab

Hesab — riyaziyyatın sadə növ ədədlər (natural, tam və rasional ədədlər) və onlar üzərində aparılan sadə hesab əməllərini (toplama, çıxma, vurma, bölmə) öyrənən bölməsidir.
Sayarkən istifadə etdiyimiz ədədlərə natural ədədlər deyilir. Natural ədədlər üzərində toplama, çıxma, vurma, bölmə, qüvvətə yüksəltmə və kökalma əməllərini yerinə yetirmək olar. Natural ədədlər çoxluğu «N»  kimi işarə olunur.
Natural ədədlər, onların əksi və 0 birlikdə tam ədədlər çoxluğunu əmələ gətirir. Tam ədədlər çoxluğu «Z» kimi işarə olunur.
Rasional ədədlər — m/n şəklində göstərilə bilən ədədlərə deyilir, burada m tam ədəd, n isə natural ədəddir. Rasional ədədlər çoxluğu «Q»  ilə işarə olunur.
Ardı →

Qadınlar haqda 10 sirr

Niyə onlar səbəbsiz ağlayırlar?
Əslində heç bir qadın səbəbsiz yerə ağlamır..sadecə ürəyində narahatçılığları var, ya da nəyəsə görə narahat olurlar və istəyirlər ki buna fikir verilsin..və əgər siz sakit ağlamağa fikir verməzsəniz, onda qışqırıqlar əlavə olunacaq. O zaman siz mütləq vicdan əzabı çəkməli olacaqsınız… Və o arzu olunan nəticəyə nail olacaq.

Niyə onlar həmişə soruşurlar: «Sən məni sevirsən?»
Bəzən məhz ona görə ki, bunu eşitmək istəyirlər, çünki siz çoxdan bunu demirsiz… Bəzən isə elə olur ki, qadın nədənsə şübhələnməyə başlayır, ona görə istəyir ki, məhz siz onun şübhələrinə son qoyasız. Axı qucaqlamaq onu özünə sıxmaq və “Bəli, səni sevirəm əzizim” demək tamamilə çətin deyil… ama bunu eliyib nə qədər problemdən qaçmaq olar…
Ardı →

14.3 Bazar yuvası strategiyası

Ümumi bazarın kiçik seqmentlərinə istiqamətlənmiş bazar yuvası strategiyası iri operatorların dominantlıq etdikləri bazarlarda fəaliyyət göstərən kiçik və orta kompaniyalara daha çox uyğun gəlir. Strategiya, ümumi bazarın tərkibində açıq-aydın mənfəətli, lakin, lazımi qaydada xidmət göstərilməyən sahələrin olduğu və kompaniyanın həmin sahəyə xidmət göstərməyə hazır və ya yaradaca biləcəyi fərqləndirici üstünlüyü olduğu təqdirdə, xüsusilə uğurludur.
Bazar yuvası strategiyasının iki əsas aspekti var. Birincisi, bu, kompaniyanın fəaliyyətinin mərkəzləşməsi lazım gələn sahələrin, seqmentlərin və ya bazarların seçilməsidir. İkincisi, qüvvələrin, ancaq, bu bazar məqsədlərinə xidmət göstərməyə yönəlməsidir (şəkil 14.13)


Ardı →

Qara Qarayev zirvəsi

Q.Qarayevin adı Azərbaycan xalqı üçün daimi və əzizdir. Azərbaycanın elə bir guşəsi yoxdur ki, orada hər bir kəs bu dahi sənətkarın musiqi dühasının sehrinə düşməsin, onun “Yeddi gözəl”, “İldırımlı yollarla” baletlərindən, “Leyli və Məcnun” simfonik poemasından xəbərsiz olsun. Q.Qarayev öz əsərləri ilə daim sevilən və insanı düşündürən sənətkardır, çünki o, həmişə doğma torpaqdan qüdrət almış, muğam, aşıq musiqisi, xalq nəğmələri kimi milli musiqimizin saf çeşməsindən su içmişdir.
Eyni zamanda Q.Qarayev bəşəri hörmət qazanmış sənətkardır. Çünki sənət yolunda yeni cığırlar açaraq, yalnız özünəməxsus üslub yaratmış bəstəkar təkcə öz xalqının deyil, həm də dünya musiqi tarixinin bütün dövrlərinin nailiyyətlərini mənimsəmiş, dünya musiqi mədəniyyəti xəzinəsini misilsiz əsərləri ilə zənginləşdirmişdir.


Ardı →

Təsviri sənət XIX əsrdə və XX əsrin birinci yarısında

Orta əsrlərdə Azərbaycan təsviri sənəti dekorativ tətbiqi sənətlə yanaşı, memarlıqla da üzvi əlaqədə olmuşdur. Şəki, Şuşa, Quba, Ordubad, Lahıc və s. şəhər və yaşayış məntəqələrində dövrümüzədək çatmış monumental divar rəsmləri xalq yaradıcılığı ənənələri ilə sıx bağlı olmuşdur. Şəki xanlarının sarayındakı divar rəsmləri xüsusilə şöhrət qazanmış, XVIII-XIX əsrlərdə Abbasqulu, Usta Qənbər Qarabaği, Əli Qulu, Qurban Əli, Şükür və b. sənətkarlar tərəfindən yaradılmış həmin rəsmlər dekorativ elementlərin mövzu cəhətdən zənginliyi, rəngarəngliyi ilə fərqlənir. Sarayın daxili salon və otaqlarında əlvan və şux rənglərlə işlənmiş rəsmlər, stilizə edilmiş naxışlar, insan, heyvan və quş təsvirləri, müharibə və ov səhnələrini canlandıran çoxfiqurlu, sürətli kompozisiyalar bir-birini əvəz edir. XIX əsrdə Azərbaycanda olmuş rus rəssamlarından Q.Q.Qaqarin və V.V.Vereşşaginin əsərlərində Bakı, Şuşa, İrəvan və digər şəhərlərin memarlıq abidələrinin təsvirini görmək mümkündür. Azərbaycan monumental boyakarlığının zəngin ənənələri İrəvanda Sərdar Sarayının (XX əsrin ortalarında saray uçurulmuş, Mirzə Qədim İrəvaninin sarayın divarlarında çəkdiyi 4 iri ölçülü portret də məhv edilmişdir), Şuşada bir sıra evlərin rəsmlərində davam etdirilmişdir. Azərbaycan dəzgah boyakarlığının təşəkkülü, Mirzə Qədim İrəvaninin adı ilə bağlıdır. O, portret janrı sahəsində daha səmərəli fəaliyyət göstərmiş, «Rəqqasə», «Dərviş», «Pəhləvan», «Süvari» kimi bədii cəhətdən kamil portretlər yaratmışdır.
Ardı →

Kim daha axmaqdır?

Mədrəsələrin birində Ağıllı Suta ilə Tənbəl Balu adlı iki şagird var idi. Suta dərslərini əla bilir, boş vaxtlarında mədrəsənin ətrafını təmizləyirdi. Balu isə bütün günü yatır, dərslərini də oxumurdu. Bir gün Balu Sutaya deyir :
— Suta, iki üstəgəl bir neçə edir?
Suta cavab verir:
— Üç.
Balu gülüb deyir:
— Ehh, bu qədər dərs oxuyursan, yenə heç nə bilmirsən. İki üstəgəl bir beş edir.
Suta deyir:
— Yox, üç edir.
Balu deyir:
— Beş.
— Yox, üç.
— Yox! Beş.
Nə isə, bunların mübahisəsi uzanır, uzanır…


Ardı →

Kənddə yaşayırsansa çalış xəstələnmə

Əgər sənin sağlamlığın təhlükədədirsə və təcili tibbi yardım tələb edirsə, o zaman müraciət edəcəyin ilk yer ya Təcili Tibbi Yardım xidməti, ya da ən yaxınlıqdakı tibb məntəqəsi olacaq. Azərbaycanda, paytaxt Bakıda bunu etmək və lazımi kömək almaq mümkündür. Düzdür, burada da bəzi çatışmayan cəhətlər var, amma yenə də şükür etmək lazımdır ki, adamı ölməyə qoymurlar. Regionlarda isə vəziyyət tamam başqadır. O qədər başqadır ki, insanı hətta Azərbaycanda Bakıdan başqa yaşayış məntəqəsinin olmadığına inanmağa vadar edir.
Bu günlərdə Oxfam təşkilatının təşkil etdiyi bir səfərdə iştirak etdim. Səfərdə bu təşkilatın Aran zonasında yaşayan müxtəlif icmalardakı insanlara etdikləri yardımlarla tanış oldum. Bu təşkilatın insanlarımız üçün etdikləri gözəldir, amma məni düşündürən başqa şey oldu. Əgər bu təşkilat olmasaydı, səfər etdiyim ərazilərdəki tibb məntəqələri nə vəziyyətdə olacaqdı? Ordakı insanlar təcili tibbi yardıma ehtiyacları olduqda nə edəcəkdilər?
Ardı →

Solaxaylıq

Orta əsrlərdə solaxaylıq iblis əməli hesab edilirdi. Xaçpərəstlər bunu şər qüvvələrlə bağlayırdılar. Belə münasibət nağıllarda da özünü göstərir. Bir çox Şərq və Qərb nağıllarında “sağla getsən xoşbəxtlik, solla getsən bədbəxtliklə üzləşəcəksən” ifadəsinə rast gəlirik. Müasir dövrümüzdə də solaxaylar üçün bütün qapılar açıq deyil. Misal üçün, Yaponiyada ər arvadının solaxay olduğunu bilsə, onu boşaya bilər.
Alimlər indiyədək solaxaylığın yaranma səbəbləri ilə bağlı ümumi fikrə gələ bilməyiblər. Ən geniş yayılmış mülahizə beynin sağ və sol yarımkürələri arasındakı funksiyanın bölüşdürülməsi ilə bağlıdır. 1921-ci ildə psixologiya ilə bağlı nəşrlərin birində solaxaylar kəmağıllar kimi göstərilirdi. XX əsrin sonunda isə tamam başqa nəzəriyyə ortaya çıxır. Bir sıra dahi şəxsiyyətlərin, rəssamların, ixtiraçıların, aktyorların solaxay olduğu nəzərə alınaraq, bu təzahür dahiliyin əlaməti kimi qiymətləndirilməyə başlanır.
Ardı →

İdman edərkən...

İdman növləri orqanizmə və yaşa uyğun seçilməlidir. İdman hər bir insan üçün vacibdir, xüsusilə də, uşaqlar üçün. Çünki idman uşaqların normal böyüməsində, inkişaf etməsində, orqanizmdə xəstəliklərə qarşı müqavimətin artmasında mühüm rola malikdir. Həm də elə etmək lazımdır ki, idman dərslə üst-üstə düşməsin. Bir də idman növləri orqanizmə və yaşa uyğun seçilməlidir. Bu da, şübhəsiz ki, həkimin məsləhəti ilə mümkündür. Uşaq idmanla məşğul olmazdan əvvəl tibbi müayinədən keçməlidir və bununla da onun məşğul olacağı idman növü müəyyənləşdirilməlidir. Sümük və boy baxımından zəif olanlar travmatik idmanlara başlayarlarsa, həm fiziki, həm də psixoloji problemlərlə üzləşə bilərlər.
Davamı →