İçimizə atdıqlarımız və içindən çıxa bilmədiklərimiz

Bir insan niyə içinə atar? Niyə duyğularını basdırar? Basdırdığı və içinə atdığı şeylər nə qazandırar? Nə itirdər?
Buna görəmi hər şey qarışıq olar, içindən çıxılmaz bir hal alar, keçməkeçli olar, viran olar, xarab olar, betər olar?

Duyğuların basdırılmaması, içə atılmaması lazım olduğu həmişə deyilir, ancaq bunu hər kəs bacara bilərmi? Bir çox insan; qışqırıb çığırmalı, ağlamalı olduğu zaman göz yaşlarını içinə axıdar. Yaşadığımız mənfi hadisələr, basdırılan duyğular, danışıb izah edə bilmədiyimiz və ya haqsızlığa uğradığımız anlar. Gün gələr bunlar, fiziki xəstəlik olaraq ortaya çıxır.


Ardı →

Dünyanın sirli yerləri niyə "Ölüm" -lə başlayır?

Toxunma, öldürər!

Dünyanın coğrafi xəritəsində elə yerlər var ki, onların adları çəkiləndə insan vahimələnir: «ölülər təpəsi», «iblis bataqlığı», «ölüm dərəsi» və s. Bunların hər biri özündə çoxlu gizli əfsanələr saxlayır. Bu rəvayətlərdə ehtiyatsız səyyahların təsadüfi ölümləri deyil, sirli və izah edilməsi çətin olan ölümlər barədə danışılır. Mahiyyətcə bu adlar nə vaxtsa bu gün transformator qutusunun üzərində yazılmış «Toxunma, öldürər!» lövhəsi ilə eyni məqsəd daşıyıb.

Ölülər dağı

Şimali Uralda 1079 metr yüksəklikdəki zirvənin mansı dilindəki «Xolat Syaxıl» adı məhz belə tərcümə olunur. Zaman-zaman o, öz adının doğruluğunu təsdiq edib. Yerli əhalinin ən yaşlıları hələ də burada baş vermiş hadisəni danışırlar. 1959-cu il fevral ayının 2-də «Ölülər dağı»nın enişində Uraldan olan turistlər düşərgə salır. Bir neçə gün sonra onları ölü tapırlar.  Faciənin səbəbləri bu günə qədər məlum deyil. Doqquz nəfər təcrübəli yürüşçünün ölümləri ilə bağlı müxtəlif fərziyələr irəli sürülürdü — ildırım vurmasından tutmuş, UNO-ların təsirlərinə qədər.
Ardı →

Gi de Mopassan- "Əbədi sevgi" hekayə

Fransız yazıçısı Gi de Mopassan (Maupassant) —
əsil adı Anri Rene Alber Gi, (5. VIII. 1850 — 6. VII. 1893) 

 "Əbədi sevgi"
Ov mövsümünün açıldığını elan edən nahar yeməyinin sonu idi. Zadəgan Bertrans və qonaqları çiçəklər və meyvələrlə bəzədilmiş parlaq masanın arxasında əyləşmişdilər. Söhbət sevgidən düşdü. Qəfildən insanın bi…r yox, bir neçə dəfə sevməsinin mümkünlüyü barəsində qızğın müzakirə başladı.  Həyatı boyunca yalnız bir dəfə sevən insanlar nümunə olaraq göstərilir, bunlar bir neçə dəfə ehtiraslı eşq macərası yaşayanlarla müqayisə olunurdu. Kişilər sevginin də xəstəlik kimi bir insanı bir neçə dəfə yoluxdura, hətta ölüm həddinə çatdıra biləcəyini iddia edirdilər.  Bu mülahizə olduqca inandırıcı səslənirdi. Qadınlarsa hər zamankı kimi real müşahidələrdən daha çox poetik görüşlərinə əsaslanır, böyük sevginin insan ruhuna yalnız bir dəfə bəxş olunduğunu söyləyirdilər.  “Bu şimşəyin çaxmasını xatırladır”-onlar deyirdilər.  Sevginin bir dəfə baş çəkdiyi qəlblər elə viran qoyulmuş, məhv edilmiş olur ki, orda digər heç bir hiss kök sala bilməz, hətta arzular belə.


Ardı →

Yeni il şamları

Siz də yeni il şamlarından ilham ala, evinizdə xoş aura yarada bilərsiniz. Sevgilinizə, ya da həyat yoldaşınıza gözəl süfrə hazırlaya bilərsiniz. Romantik axşam yeməyi düşünürsünüzsə, dekorativ şamlarla süfrəyə gözəllik qatın. Süfrənin kənarlarına yeni il bəzəkləri, at fiquru da qoya bilərsiniz. Amma şamlarla çox ehtiyatlı olun ki, eviniz alışıb-yanmasın. 

Ardı →

Qərbin və SSRİ-nin vahid düşməni | Çauşesku

Bəlkə indiyədək davam etməkdə olan «diktator ovları» məhz onun aradan götürülməsi ilə başlanmışdı. Hər halda bu mənada birincilərdən sayıla bilər. Hərçənd bu adama diktator demək də olmur. Təbii ki, sərt diktələrinin olduğuna şübhə etmirik və onu da bilirik ki, müasir dünyanın baxışlarında belələrinə yapışan və yapışdırılan ad elə diktatordur, avtoritardır. Məsələyə bir yanaşma da var və o yanaşma dövrün dəyişməkdə olan reallıqlarına dərindən nəzər yetirməyi zəruriləşdirir.

Qəhrəmanımız prinsipial mövqe tutdu və öz oyununu oynamağa çalışdı. Müəyyən mənada oynadı da. Amma ona belə demək mümkünsə, böyük səhnədə qalmaq şansını tanımadılar və bu gün həmin adamın cəzasına məhkum edildikdən dərhal sonra qətlə yetirilməsindən 23 il keçir. Yazının sonunda yerləşdirilmiş video-görüntüdə o qorxulu səhnəyə və ondan sonrakı emosiyalara şahidlik edəcəksiniz. Sevinənlər diqqətinizdən yayınmayacaq. Şübhəsiz, çox da uzaq olmayan tarixdə baş verənləri beynində canlandıranlar da tapılacaq. Elə isə bir qədər əvvəldən başlayaq və müəyyənləşdirək görək, nəyə görə rumın diktatoru Nikolay Çauşesku güllələndi. Diktatorun həyat yoldaşı Yelenanın da onunla birgə öldürülmə səbəbini isə video-görüntüdən müəyyənləşdirməyə çalışın. Mətndə bu barədə heç nə yoxdur.


Ardı →

Müəmmalı ölüm gölləri

Planetimizdə hələ də ara-sıra gündəmə gələn və insanı heyrətdə qoyan müəmmalı və sirli məkanlar var. Bu baxımdan Yer kürəsində sirli və anormal hadisələrin baş verdiyi və insanlara ölüm və fəlakət gətirən yüzlərlə göllər var. Bu göllərin adları da insanlara gətirdiyi fəlakət və ölümlərlə bağlı, “Ölüm”, “Dəhşət”, “Qorxu”, “ Təhlükə” və digər adlarla tanınır.

İnsanlar üçün təhlükəli və qorxulu hesab edilən və bu günə kimi sirrini açmaq mümkün olmayan göllərdən biri də Pereslavl-Zalessk (Rusiya) yaxınlığındakı göldür. Bu göldə yerli sakinlər çimməyə ehtiyat edirlər. Çünki göldə çimmək insana ölüm gətirir. Ona görə də yerli hakimiyyət orqanları göldə çimməyi qadağan edib. Buna baxmayaraq, balıq həvəskarları burada balıq tutmaqda davam edirlər. Onların tutduqları balıqlar da qeyri-adi olur. Belə ki, göldə müntəzəm olaraq dünyanın digər yerlərində çox nadir hallarda rast gəlinən və ya heç təsadüf edilməyən birgözlü, üçgözlü, üzgüçü qəlsəmələri əvəzinə pəncələri olan, tüklü, alimlərə bu günə kimi nəsli məlum olmayan balıqlara rast gəlinir.


Ardı →

Yeni il oyuncaqları

Hər dekabr, yeni il bayramı ərəfəsində bizim qarşımızda bir məsələ durur. Yeni il ağacını trendlərə uyğun necə bəzəməli? Amma bu il bəxtimiz gətirdi. Belə ki, dizaynerlərin arzusu ilə çin təqvimi üst-üstə düşdü. Təbii materialdan hazırlanan at fiqurları, ulduzlar, şaxtababa və başqa oyuncaqlar dəbə mindi.
2014-cü il at ili olduğuna görə, Milad bayramında ən çox at fiqurları aktualdır. Böyük at fiqurlarını isə yeni il ağacının altına qoymaq olar. Xeyirxahlıq nişanı olan at fiqurları gələn il sizə uğur gətirəcəyinə dair zəmanət verir.
Hansı və nə cür bəzəklər istifadə etməyinizdən asılı olmayaraq, ağ, mavi, yaşıl, boz və bənövşəyi rəngləri qarışdırmağı unutmayın.
Davamı →

«Clean mind & Clear skin» yarışması: 2-ci həftənin nəticələri

Hörmətli istifadəçilər! «Qoy dəriniz təmiz, zəkanız aydın olsun!» konkursunun  ikinci həftəsi yekunlaşdı.

Ən yaxşı iştirakçılar artıq seçilmişdir. İkinci həftə ərzində iştirakçıların sayı 123 idi.

Ən çox düzgün cavab verənlərin siyahısı ilə bu səhifədən endirməklə tanış ola bilərsiniz.

Ən yaxşı nəticə göstərənlər aşağıdakılar oldu:


Ardı →

Venqen möcüzələr aləmində

Fotoqraf övladını şirin xəyallar aləmində təsvir edib. Görəsən, körpələr yuxu görürmü və yuxularda nə görürlər? 3 uşaq anası olan Kuini Liao əmindir ki, körpələr də yuxu görür. Fotoqrafın oğlu yuxuya gedən kimi anası oyuncaqlardan nağıllar aləmi düzəldir.
Bu foto layihənin adı «Venqen möcüzələr aləmində» adlanır. Ananın fantaziyası isə sadəcə heyran edir.


Ardı →

Kleptomaniya (Oğurluq xəstəliyi)

KleptomaniyaEhtiyacı olmadığı, dərhal istifadə etməyəcəyi halda və satma düşüncəsi olmadan bir sıra əşyaları icazəsiz olaraq götürmək, onlara sahib olma şəklində bir impuls nəzarət pozğunluğudur.

Şəxsin əslində o malı satın ala biləcək kafi maddi təcrübəyə sahib olduğu, ancaq buna baxmayaraq bu davranışı reallaşdırdığı müşahidə edilmişdir. Bu davranış daha əvvəldən düşünülməmiş və planlaşdırılmamış olub, birdən həyata keçirilir. Bu davranış birindən intiqam alma məqsədiylə edilməmişdir. Fərd bu davranışın səhv və əlverişsiz olduğunun fərqindədir. Kleptomaniklər bu davranışı reallaşdırmaq üçün başqalarından kömək istəmirlər. Tarixdə Fransa kralı IV Henrix və Sardiniya kralı Viktorun bu xüsusiyyətlərə sahib olduğu bilinməkdədir.

Narahatlığın uşaqlıq yaşlarında başladığı müşahidə edilmişdir. Fərd bu davranışı reallaşdırmadan əvvəl sıx bir gərginlik hissi keçirir. Bu davranışdan dərhal sonra xoşbəxtlik, rahatlama və böyüklük hissi yaşayır.

Narahatlıq haqqında aparılan tədqiqatların azlığı, bu vəziyyətlərin insanlar tərəfindən gizlədilməsi və bu vəziyyəti reallaşdıran kəslərin sağlamlıq xidmətlərindən çox məhkəmələrə sövq edilmələri səbəbiylə gerçək sıxlığı tam olaraq bilinməsə də min adamdan altısında rast gəlindiyi müəyyən olunmuşdur. Tutulan dükan oğrularının % 5-25`ində müəyyən olunmuşdur.


Ardı →