Şir evdən getdi və... güllələndi

şirİlk film “Qız, oğlan və şir” filmi olub. Berberovlar ailəsi öz mənzillərində çəkilib. Ata, ana, qızları Yeva və oğlanları Roma. Filmi Çingiz Rəhimov lentə alıb. Rəssamı Elçin Axundov olub, bəstəkarı Oqtay Rəcəbov. 

Bu məşhur şir barədə söhbətləşdiyimiz Elçin Axundov danışır ki, şir evə daxil olanı adamı yaxınlaşıb iyləyirdi: “Mənim də düz çiynimə qabaq pəncələrini qaldırıb qoydu, iyimi alıb dönüb getdi. Bir az dəm oldum, sonra özümə gəldim. Düşündüm və bununla da cəsarətləndim ki, bu şir yiyəsini yemir, uşaqlarla oynayır, artıq rejissorla dostlaşıb, məndə yeməli nə var ki, məni yesin. Eyni ilə Oqtay Rəcəbovu da iylədi, o da evdən çıxıb birbaşa öz evinə qaçdı. Filmin maliyyə işlərinə baxan oturub sənədləri yazırdı, şir yaxınlaşıb yan tərəfdən onun qıçını iyləyir, bu da ayağı ilə vurub deyir “paşol”, elə bilir itdir. Birdən çönüb görəndə ki, qarşısında şir oğlu şir dayanıb rəngi oldu əhəng kimi. 
Dedi adə, “mən ölüm”, bilmir, “sən öl” qanmır mən getdim, qaçdı. İşıqçılar da yuxarıdan aşağı düşmürdülər”.

Bu olub 1974-cü ildə. O vaxt şir balaca imiş. Ona tərəf müqabili dişi şiri Rostov heyvanxanasından tapıb gətiriblər. Çəkiliş vaxtı şirlər arasında sevgi macəraları da yaşanırmış, özü də cəmi 3 aylıq olublar. Film ekranlara çıxıb və uğurlu da nümayiş olunub. 
Ardı →

Əşyalar danışır

Saat duz işləməyəndə zaman anlayışı itirNədənsə bəzi əşyalar olduqca səmimi bir dillə danışırlar. Məsələn: paltar ipindən asılmış paltarlar. Onlar dünyanın faniliyinin eskizləridir. Yəni, ipdə yellənərkən öz boşluğunu, yüngüllüyünü ifadə edirlər. Və bizə isbat etməyə çalışırlar ki, budur siz nə vaxtsa bizim içimizdə olmayacaqsınız, ya da biz sizin əyninizdə.

Deməli, nəsnələrin də öz doğal dili var. Yaxud saatın yatması. Saat yatanda – dayananda həmişə geri qalır, zamanı ləngidir, bizi cavan saxlamğa çalışır. Niyə saat olduğu vaxtdan irəli getmir? Maraqlıdır. Saatın yatmağı yeganə şeydir ki, biz ona aldanmağımıza sonradan təssüflənmirik.
Göründüyü kimi saat düz işləməyəndə zaman anlayışı itir. Yəni, insan zamanı özü də bilmədən azdırır, yaxud da əksinə. Bu konteksdə saatın səhv işləməyi bizim xeyrimizədir.

Amma, bəzi əşyaların yaxşı işləməməsi bizi ölümə aparır. Məsələn: Avtomobilin əyləci işləməyəndə biz maşından daha çox ölümü sürürük. Yaxud bəzi əşyaların yaxşı işləməyi bizə ziyan vurur – ət maşını yaxşı çəkəndə, bıçağımız iti olanda birinci əlimizi kəsir.  Amma, saat düz işləyəndə də xeyrimizə olur, səhv işləyəndə də.


Ardı →

Empedokl

EmpedoklSiciliyada varlı və aristokrat bir ailədə dünyaya göz açmış bu körpə sonralar bütün dünyanı heyrətə gətirəcək qabiliyyəti və istedadı ilə həm xalqına, həm də ölkəsinə böyük bir şöhrət gətirmişdir.

O, Eskulap və İbn Sinadan sonra dünya təbiblərinin üçüncüsü, Siciliya təbabətinin banisi hesab olunur.

Həkimlik fəaliyyətinə şamanlıqla başlamış və təbabəti şamanlığın vəhdətində inkişaf etdirərək böyük uğur və şöhrət sahibi olmuşdur. Empedokl həm də peşəkar sehrbaz idi. İnsanların gözü qarşısında möcüzələr yaradan, özünə daha çox diqqət cəlb etdirməyi xoşlayan, ekstravaqant geyimləri ilə seçilən uzun saçlı, bu insan haqda dolaşan şaiyələr bu gün də səngimək bilmir.

Səyahəti sevərdi. Lakin bu səyahətlərdə " həm ziyarət, həm ticarət" prinsipindən yararlanar, üz tutduğu məkanda öz auditoriyası qarşısında özünü təbliğ edər, sehr və möcüzələr göstərər, təlqin və psixoterapevtik prosedurlardan istifadə edərək hamını özünə ram etdirərdi. Hətta onun barəsində yağışları və küləkləri idarə edə bilən ilahi güc sahibi kimi formalaşmış əfsanə və rəvayətlər mövcud idi.

Əslində Empedokla şöhrət gətirən ən uğurlu və mütərəqqi təlimlərdən biri bataqlıqlara qarşı mübarizə və onların qurudulması ideyası oldu.


Ardı →

Bisütun kitabəsi

Müstəbidlər tarixi qələbələri ilə daim öyünüblər. Qəhrəmanlıqlarını gələcək nəsillərə çatdırmaq üçün bəzən özləri də bilmədən möcüzə yaradıblar. Belə möcüzələrdən biri üç dildə yazılmış Bisütun kitabəsidir. 1306 sətirlik kitabənin 515 sətri qədim fars, 141 sətri akkad (babil), 650 sətri isə elam dilində olub. 
   
   Hakimiyyət uğrunda mübarizədə o, doqquz rəqibini məğlub edir. Eradan əvvəl 521-ci ildə taxta çıxır. Hörmüzdən sonra dünyanın ikinci qüdrətli şəxsiyyəti sayılır. Adı Darayavuş olsa da, düşmənləri onu Dara çağırır. Dara bir çox ölkələri fəth edir. Möhtəşəm bir imperatorluq qurur.
Ardı →

Hər kəsin əməlinin əvəzi verilər

Deyirlər ki, Harun ər-Rəşidin Bağdaddakı sarayının bağçasında rəngbərəng, növbənöv güllər var imiş. Dünyanın hər nöqtəsindən ən gözəl çiçəklərin toxumunu gətirib bu bağçada əkmişdilər. Amma çiçəklərdən birini xəlifə xüsusi sevirdi.

Həmin gül kolu çiçək açanda qoca bağban onu dərib Haruna gətirir, Harun çiçəyi ta solana kimi gözünün qabağında saxlayır, ətrini qoxlamaqdan doymurdu. Bağbana tapşırıq vermişdi ki, bütün güllər bir yana, bu çiçək kolundan xüsusi muğayat olsun. Çünki bu gül kolu ildə bir dəfə, özü də cəmi bircə çiçək açırdı.

Ardı →

Əfsanəyə çevrilən sevgilər

  • Sevgi

Onlar sevginin simvollarına çevriliblər. Bu yazıda dünya tarixində ən məşhur sevgi hekayətlərindən danışacağıq. Onlar real şəxsiyyətlər olublar. Seviblər, sevgiləri kitablara düşüb, dastana çevrilib.

Dünyanın ən məşhur sevgi dastanları :

Əsl Romeo və Culyetta-  Mark Antoni və Kleopatra (eramızdan əvvəl, Roma və Misir)
Məhəbbətləri o qədər güclü olub ki, onları ayırmaq üçün müharibə başlayıb. Mark Antoni Kleopatraya olan sevgisi ucbatından Roma ordusunu Misirə gətirmişdi. Amma onlar ayrılmaqdansa, ölümü üstün tutdular: real Romeo və Culyetta məhəbbəti.

Napoleonsayağı eşq- Napoleon və Jozefina (XIX əsr, Fransa)
Napoleon gözəl Jozefinaya ilk baxışdan vurulur, amma sevgisini etiraf etmək üçün illərlə gözləməli olur. Evləndikdən sonra xəyanət və faciə ilə dolu şiddətli bir məhəbbət yaşayırlar. Jozefina varis dünyaya gətirə bilmədiyinə görə, Napoleon onu tərk edib başqa qadınla evləndi. Jozefina öldü. Amma Napoleon onu unuda bilmədi.


Ardı →

Tibet

  • Turizm
Deyilənlərə görə Tibeti və onun mədəniyyətini başa düşmək üçün mütləq oraya səyahət etmək lazımdır. Amma bu hamıya nəsib olmur. Söhbət səyahətin maddi vəsaitdən asılı olub-olmasından getmir, sadəcə, Tibetə getməkdən ötrü mütləq ora dəvətnamə almaq lazımdır. Onu əldə etmək üçün buddist və ya dindar insan olmağa ehtiyac yoxdur. Dəvətnamə özünü və daxili aləmini tanıyıb dərk etmək istəyənlərə verilir. Tibet sizin üçün maraqlıdır və oraya getmək üçün dəvətnamə aldığınızı hiss edirsinizsə, 
Tibet şəhəri
Uzun illər ərzində Tibet xarici vətəndaşlar üçün qapalı məkan olub. Yalnız 1984-cü ildən sonra Dünyanın Örtüyü adlanan bu məkana səyahət etmək imkanı yaranıb. Tibetin ərazisinə yalnız Çin hökumətinin nəzarəti altında turistik qrupların tərkibində daxil olmaq olar. Tibetin paytaxtı Lxasa Nepaldan Tibet yaylasını keçərək dörd gün ərzində cip və ya turistik avtobusla Himalay dağını keçərək bir saat 15 dəqiqə ərzində təyyarə ilə uçmaq olar.

Ardı →

Tutanhamonun sirri: saxtakarlıq, yoxsa lənət?

Tutanhamon — İndi bu adı tanımayan yoxdur.  XX əsrdə arxeologiya tarixi üçün bu Misir fironunun qəbrinin açılması, çox mühüm hadisədir.

    1922-ci ildə arxeoloq Hovard Karter Tutanhamonun qəbrini aşkarlayır. Qəbirdə zəngin xəzinə və çoxlu mumiya tapılır. Amma Karter qazıntılar zamanı bəzi qəribə davranışlar nümayiş etdirir.

    Əfsanəvi fironun məzarı necə aşkarlandı?

   1917-ci ildə Karter öz komandası ilə fironların dəfn olunduğu ərzilərdə  geniş miqyaslı qazıntılara başlayır. Tutanhamonun məzarı aşkarlanan əraziyə yaxınlaşanda, qəfildən Karter vadinin başqa tərəflərinə keçməyi əmr edir. 1922-ci ilə qədər, düz 5 il arxeoloqlar qazıntılar aparır, lakin heç nə tapmırlar. Beş ildən sonra, Karter qrupu əvvəlki yerə qaytarır. Arxeoloji qazıntılar aparan qrup, çox asanlıqla fironun hörülmüş qapılı məzarını aşkarlayır. Məlum olur ki, giriş qapısı düz iki dəfə açılıb, sonradan hörülüb. Arxeoloqlar daş piltələri qaldırdıqdan sonra, daşlarla dolu dəhlizə rast gəlirlər. Bir neçə gün daşları kənara yığır və yolu açırlar. Daha bir hörülmüş qapı aşkar edilir. Həmin qapının ardından onlar qızıl xərəklər, böyük qızıl tac, alebastr vazlar, qeyri-adi mücrülər və iki heykəl tapırlar. Lakin otaqda daha bir qapı var idi. Hiss olunurdu ki, bu qapını daha öncə kimsə açmağa çalışıb. Bu qapını da açır və üç böyük loja, bir də bir kiçik otaq tapırlar. Otaq müxtəlif bəzək və məişət əşyaları ilə doldurulmuşdu.


Ardı →